Aysel Nəsirzadə – DƏRDİ DƏRİN ŞƏHƏRİM

poeziyaBaxıram pəncərəmdən,
Gözüm yol çəkmir daha,
Çəkməyə yolmu qalıb?!
Dörd tərəfim göydələn
Hərə bir bina salıb.

Boğur məni bu şəhər,
Yenə ipi boynumda.
Çarəsiz qalmışam lap,
Əlim bükük qoynumda.

Uzaqlara boylanmaq,
İstəyirəm baxanda.
Uzaqlar da qalmayb,
Hər şey,hər kəs yaxında.

Kənddə şəhərə köçüb,
Seçilmir ağ qarası.
Kimsəyə çatmaz oldu,
Bu şəhərin havası.

Dərdi dərin şəhərim,
Aləmi çox qarışıq.
Dünyasın qaraldıblar,
Nə olsun hər yer işıq. 

 

 

İLAHİ ÖLÜMÜN QULAĞINI BUR

İlahi ölümün qulağını bur
Hərlənir fırlanır,
Kəsir yanımı.
Gah kecir sağıma,
Gah solumda qərar tutur.
Kölgə salır yollarıma
Yol dollaşır ayağıma .
Bir əlimdən körpə əli ,
Bir əlimdən o yapışır.
Körpəmin əllərindən
Ayırmağa çalışır.
İlahi ölümün qulağını bur,
Qurtar məni
“ölürəm”qorxusundan.
Uzaq tut ölümünü,
uzaq tut məndən
Əl çəksin ömrümün gənc yaxasından.

Yazıya 1767 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.