Süleyman Rəhimovun 115 illik yubileyi qeyd olunub

8388AA0B-F153-40F3-A543-3483E5976974_mw1024_n_s

Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun 115 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub S.Rəhimovun bənzərsiz yaradıcılıq nümunələrindən, nəsrimizə bəxş etdiyi ölməz əsərlərdən söz açıb və onun qələm məhsullarını yüksək dəyərləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, institutun baş elmi işçisi Tehran Əlişanoğlu və başqaları Süleyman Rəhimovun yaradıcılığı, əsərləri, “Şamo” romanı haqqında məlumat veriblər.
Çıxış edənlər Süleyman Rəhimovun XX əsr Azərbaycan nəsrində xüsusi mövqeyə malik olduğunu vurğulayıblar. Yaratdığı möhtəşəm obrazlar qalereyası ilə hər zaman anılacaq yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğu bildirilib.
Tədbirin sonunda xalq yazıçısının oğlu Aqil Rəhimov çıxış edərək, atasına və onun yaradıcılığına yüksək qiymət verildiyinə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

ədalət.az

Yazıya 1063 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.