Yazıçı-publisist Yunus Oğuz, tərcüməçi Hüseyn Adıgözəl və Türkiyənin Bilge Kültür Sanat Yayın Dağıtım Sənaye və Ticarət LTD Şirkəti arasında anlaşma imzalanıb.
Bu anlaşmaya görə türkiyə türkcəsinə çevrilən kitabların bu şirkət tərəfindən ekskuliziv hüquqları alınıb.
“Olaylar”ın xəbərinə görə, ilkin olaraq müəllifi Yunus Oğuz olan və Hüseyn Adıgözəl tərəfindən Türkiyə türkəcisinə uyğunlaşdırılan “Təhmasib şah”, eləcə də “Şah arvadı və cadugər” əsərləri bundan sonra 5846 saylı Fikir və Sənət Əsərləri Qanununa uyğun olaraq sözügedən şirkət tərəfindən nəşr edilib yayılacaq və həmin əsərlərin satışı təşkil olunacaq.
Yazıya 556 dəfə baxılıb