Azərbaycanlı rəssam Royal Paşayev (az-ya) sosial mövzuya toxunan art-layihə yaradıb. Maqdalena adlı layihə özündə incil personajı – tövbə edən əxlaqsız qadını əks etdirir.
Layihə Mariya Maqdalena – əxlaqsızlıq yolu ilə pul qazanan, İsa Məshi gördükdən sonra isə öz peşəsini atan və onun ardınca gedən günahkar qadın barədədir. Nəticədə İsa Maqdalenanı qəbul edir, ancaq onu əhatə edən insanlar bununla razılaşmır. O zaman İsa Məsih “İlk daşı günahsız olan atsın” deyir.
Rəssam öz incəsənətini ifadə etmək üçün layihədə 20-ci əsrin 50-60-cı illərində hakim olan pop-art təmsilçilərinin təsviri incəsənət istiqamətini və stilini seçib. Hazırda Royal Paşayev ABŞ-da, Texas ştatının Ostin şəhərində yaşayır və Amerikanın bir neçə şəhərində sərgilərə hazırlaşır.
Mənbə: büro 24/7
Yazıya 627 dəfə baxılıb