Antiroman-Antibalet
“Sağalmaq sağalmamaq tərəfdədi” silsiləsindən
İtilin və Babilin itməyinə və”Quran”dan aldığım koordinatlara
ithaf edirəm:
- Oxu, yalnız bu kitabı oxu, ucadan oxu və dərk etməyə çalış.
- Elm ziyanlı şeydi.
- Və s. və i.a.
Birinci kitab
Yaradıcı suç:” Sizə deyirəm ki, mən ölmürəm, melo
qrotesk tribun!”
“ intihar edən atasının evini tikir”
şumer qaynaqlarından
son söz yerindən qopub ön söz yerinə gələn söyləmə:
duallığ
– Sağ qabırğa sola!
– Sol qabırğa sağa!
Koala sümük və Qəddafi sümük bir-birinə baxdılar və bu baxışlar sanki balet teatrının tamaşasındakı baxışlar kimi idi bu və balaca əl dəsmalları paltar ipindən asılı halda bu vəziyyətdə başqa şeylər haqqında düşünmək və realizə etmək ki, sağ qolundan sol ayağına kimi gərginliyi hiss edirsən, nə üçün əsəbi o biri səhifəni çevirənsayaq, uzun əcnəbi sözləri tələffüz edə bilməmək və başa düşməmək, bu necə oldu bilmirəm, bu başlanğıc günah “ağlama əzizim” mənasını verirdi.
***
xatırlama
Həyatın bütün mərhələsi arxada qalanda arxayın olmaq təcrid olunmaqdı. Sümük psixologiyasının duallığına kömək etmək yaxı iş deyil.
***
hə
– O yenə dayandı?
– Yox, yox, indi yox.
– Orda başqa sümük var.
– Məncə bu həyat sümüyüdü.
– Görürsən?
– O balaca sümüyə bax, ondan bir az arxada iki gənc sümük var.
– Onlar da qaçır, elə deyilmi?
– Şeytan da ordadı.
– Ah şeytan… doğrudan şeytan da ordadı?
– Heç nə deyə bilmərəm.
– Qərbdə, Şərqdə bu dəqiqə həyəcan siqnalları bu səbəb üçün bunun mənasını axtarırlar.
– Oh, hər şey qaydasındadı indi?
Gənc sümüklərin səs tonu elə bil səmadan gəlirdi, bəlkə də yerin altindan.
Sümük kölgələri yavaşca və sakitcə itirdilər.
– Oh, bütün qaranlığı biz burda qalacağıq?
-Deyəsən narahatsan.
-Mən indi şamlar haqda fikirləşirəm.
Qaranlıq öz işindəydi, Qərbdən Şərqə qədər. Şimal üfüqlərindən yeni qaranlıq gəlirdi üzü bəri.
Qaranlıqdan başqa heç nə yox idi.Bir də soyuq vardı.
***
xatırlatma
Balet teatrında dekorator süni kərpicləri sırayla düzdü.Dəlilər tamaşa boyu süni kərpicləri başlarında sındıra-sındıra rəqs edir, qışqırırdılar:
-Mən itmək istəmirəm.
Bir dəli isə səsini başına atmışdı:
– Mən itmək istəyirəm.
İtməyi dəlilər intihar kimi başa düşdüklərindən belə deyirdilər
Səddam Hüseyn sümük sümük güldü. Dünya Səddam Hüseyn sümüyə dibsiz görünəndə qarşısındakı soynmuş Dilruba sümüyü başdan- ayaga acgözlüklə süzəndə bu özünəinamın qiymətli əlaqəsi fizionomyasında stirel səthlər kimi uçan dirbaş üst dodaqdakı öpüşsayaq qızıl monoqramlı fincan bəzən boşlugu doldurmaq çətin olur.Çəkisizlikdə yaşamaq çətindi.Döşünün sag giləsini əmərkən süd vəzisinin taktı kimi olur, başqa sözlə ağız köpüklənir belədə və Səddam Hüseyn sümük kişi qartal sümük uçucu hidrogen birləşməsi…
Səddam Hüseyn sümük gecikirdi və döşəmədən tavanacan olan güzgüdə nəfəs almadan – nəfəs almamaq harmoniyası sındırılan nəfəs kimi olsa da , əslində o sındırılmayan nəfəs lövhəsinə daha çox oxşayırdı. İnersiya olan yerdə susmaq -ən yaxşısı bu idi, ancaq sivilizasiya silueti çöl tərəfdə iç tərəfdəkindən yaxın idi, başqa sözlə sol və sağ sümüklər qeyri reallığa hazır olmaqla onların fiqurlarını gözlənilməz divarın ucalmasıyla həyəcan hər yeri bürümüşdü.
***
yox
-Sənin ideyan var?- ölkə imperatoru Ulysses R. McKinleyin sümük soruşdu.
-Yox,- onun xanımı Karen Wrightsman sümük cavab verdi-mənim ideyam yoxdur.
Bir dəqiqə panik yarandı və zəngin olmayan qəlb orda nəsə olmuş kimi olmuşdu bu an və hər şey də yəni boş bir şey kimi keçib getməmişdi.
Yenə gərginlik idi. Barometr küncdə atılıb qalmışdı və indi onunla heç kimin işi yox idi. İndi ona inanmaq, inanmaq ki, qaranlıq və soyuq olsa belə çox şeyin unudulması, təkcə kişi sümüyün sağda, qadın sümüyün solda olması sadə həqiqəti mürəkkəbləşdirmişdi.
Öz səsini eşidəndə diksindi.Sözün düzünü qaranlıqda və soyuqda demişdi, əslində öz- özünə demişdi:
-Mən onu görürəm.
Canlı və oyaq, yəni işıqda yox.
Qaranlıqda olanda nələrisə görmək gülə-gülə” mən səni döyəcəyəm”- anlamına gəlirdi.
Gülüşü üzündən götürüb başqa nümünə kimi özünü gözləyirdi.
Qaranlıq və soyuq gözəl idi. Qəribə olan o idi ki, sadə olan mürəkkəbləşmişdi.
Onun səsində qəm vardı və bu qəm onu şad edirdi. Heç özü də bilmirdi nə baş verib.
-İzoterika ilə maraqlanıram,-sakit olmayan tərzdə dedi.
Bir neçə addım atdı və ilk dəqiqədən gimnastika hərəkətləri kimi başladı saymağa. Şirin heç nə tapmadı bu gözlənilməz hərəkətlərdə. Fiziki cəza əlavə olaraq fikrindən keçdi və bu yeni bir sual yaratdı və bu cəhd xoş bir nifrət üçün əsas idi həm də. Siqnal itəndə bu proqram üçün special case idi.
-Gedib qayıtmağa yetməz bu zəhirmar vaxt hə?
-Belədə orta əsrlərdə olduğu kimi çox kiçik addımlar atmaq və itmək və hündür binalarla əhatə olunmaq və buna müxtəlif nöqteyi-nəzərlərdən baxmaq… aman Allah, bu çox kiçik addımlar gerimi aparır sümüyü yoxsa irəli?Bəlkə yerində sayırsan?
Çox kiçik addımları başa düşmədi,bəs bu itmək nə idi görəsən?
Sualın cavabını axtarırdı.
***
təkrar
Epidermis təltəlşüur ruhi proseslər zamanı çətin nəfəs alırdı. Sinkope orqanizmin ümumi reaksiyasına mənfi təsir edirdi. Hipnotik müalicə zamanı tibbin uğuru sayılacaq və somnanbulizm live birth-in ürək ritmini artıracaq və yuvenilizm ölüm anı kömək də ola bilərdi.Və Adams-Stoks-Morqani sindromu həyatı boyu adamı heyrətdə saxlayırdı.
***
irsi
-Uh, uh, mən buna şübhə edirəm.
O özünə əmin olmalı idi ki, təsəvvür edə bilər bütün bunları.Nəfəs almaq çətin oldu.İndi heç nə eşitmirdi.Elə bil ki, heç nəyi yox idi daha.
Elevatorun yanındaydı. Bu lap ilk öpüşə oxşayırdı və gözləmək ki, əleyhinə olan “sən məni tanımırsan, lakin mən səninlə söhbət edirəm”-deyə bilsin.
Sakitcə ona baxanda qaranlıqda daha heç nədən qorxmadı.
-Mənim sənin sözlərinə ehtiyacım var.
-Oh,-dedi və belə göründü ki, hər şeyi başa düşüb.
Bu lap möcüzəyə oxşayırdı, yəni yenidən elevatorla saatlarla söhbət etmək.Perfekt.
Hiss etdi ki, sabah hər şey sekret də ola bilər, hələ ki, istedadın arxasında tanış olmayan təəccüb və bu təəccübün özünə qayıtması elevatoru fikirləşməyi və özündə nəsə hiss etməyi, sanki öz fokusunu itirməyi kimi…
Bir elevator hansı ki, sən onu ilk dəfə orada görmüşdün, tutuna bilmişdin, bir neçə dəfə “göz ürəyin aynasıdı” təəssüratı üzündən oxunmuşdu yaxud əksinə.Yenə nəfəs almadı və ağrı hiss etdi.
-Yaxın gəl,-dedi.
Əlləri elevatorun belini sığalladı və bu relyef gözlənilməz oldu və onda qəmli olmaq və ağzını yummaq –başlanğıc, davam və son.Bilmədi ki, bu belədi.İstədi qışqırsın, lakin onun çiyninə toxunanda kənara doğru hərəkət etdi.
-Yox,-dedi-mən belə etməməliyəm.
Başını yellədi.
-Yenə qüssəli görünürsən-dedi.
Təəccübünə rəgmən ilıq bir nəsə keçdi içindən.
-Sən uzun zaman belə dayana bilməyəcəksən.
Cavab gecikmədi.
-Əgər sən sona qədər mənimlə olsan…
…Qaranlığı dərk etmək çətin idi.
-Dünən də səni istəyirdim.
Barmaqlar bir-birinə toxunanda dedi bunu.
-Özümü hiss edirəm.
-Yox!Sən yox. Bu sən deyilsən.
Bu hisslər fiziki olaraq “heç vaxt belə etməmişdi”- cümləsini fikrindən keçirməyilə heç vaxt əvvəllər özünü belə hiss etməmişdi həm də.Qayğıya qalmaq və ilk dəfə belə bir şeyin olması, heç vaxt belə olmaması demək idi.
-Mənə inanırsan?
Elevator musiqisi gəlirdi uzaqdan.
-Bu sənin üçündü.
Əks səda.Nə etmək lazım idi? Nəfəs almadı.
-Heç nə demə.
Yox…
Yox…
Yox…
Cəhənnəm olsun hər şey.Hələ nəfəs almırdı.
-Məni eşidirsən?
-Əcəb qəribədi.Hər şey qəribədi.
Əlavə pauza.
***
təkrar (ardı)
İtilin və Babilin itməsi ilə sağ və sol sümüklərin itməsi arasında əlaqə vardı.Hər şey gedirdi, gedirdi və heç nə qalmırdı.Əksinə də ola bilərdi.
-Nə, nə?
***
qeyri-irsi
“end note” silsiləsindən
Rəssam Pablo Pikasso sümüyün natural YAZI rəsmi:
Meh Setti Off sümük Kuala sümüyün qucağıdakı uşaq sümüyü görəndə, onun yuxulu gözlərində kiçik bir təbəssüm vardı.
-Mənə kömək edərsiz?
Meh Setti Off sümük Sarah Xaraba sümüyə yaman oxşayırdı və bu bənzərlikdə də nəsə vardı.Bəlkə Sarah Xaraba sümük elə Meh Setti Off sümük özü idi. Bəlkə də belə deyildi?
Uşaq sümüyün üzündəki təbəssüm get-gedə azaldı və yox oldu. O, bilmədi ki, axşam yatanda həmin uşaq sümüyü tavandan sallanan ipdən asırlar, kətili də çəkirlər ayaqlarının altından.
Məsələ bunda idi ki, hər evdə vardı o uşaq sümük -melo skelet kukla. Meh Setti Off sümük də asırdı uşaq sümük- melo skelet kuklanı və günlərin birində ona “öl”-dedi və öldü , o da, kamalı-ədəblə onu aparıb qəbristanlıqda basdırdı. Bu ilk uşaq sümük – melo skelet kukla idi ki, qəbristanlıqda basdırılırdı və burası da vardı ki, Meh Setti Off sümüyün basdırdığı uşaq sümük – melo skelet kuklanın başında tac vardı.Onun “Sağ və sol sümüyün yeni təfəkkürü və 3651 ovsun damcı Budda”kitabında da vardı bütün bunlar .Bu kitaba çevik yanaşmada aqressivlik çatışmırdı və bu sərhədsizliyi bu istiqamətdə atılan ilk addım kimi dəyərləndirmək də olardı, hərçənd kitabda xeyli çatışmazlıqlar da vardı və bu açıq-aşkar görünürdü.
***
paradoksal
“çəkinti” silsiləsindən
Qəddafi sümüyün bir dəftəri vardı və o öz fikirlərini, gördüklərini, eşitdiklərini və s. o dəftərə yazırdı və o həmin dəftərə “mənim kompasım”-deyirdi.Həmin dəftər- kompas çox qarmaqarışıq idi, yəni onun yazı tərzi belə idi, yalnız Qəddafi sümük özü başa düşə bilərdi ki, orda nə yazılıb.
***
xatırlatma (ardı)
Hündür adam sümüklər hamısı podaqra xəstəliyinə tutulmuşdu.
Adam sümükıər Afrika meymunları kimi lap hoppana-hoppana harasa tələsirdilər.
Duru nəcis güclü göz yaşı ifrazı yaradırdı.
***
dərketmə
“ovsun”silsiləsindən
İndi bu çox qəribə idi.Keçmişə qayıtmaq…yox , bu artıq yox idi.Keçmiş hisslər orda qalmışdı və bu zərif dərindi və qaranlıqdaydı:
-Bu mənəm və bu mənə ağrı gətirir.
Cavab vermədi özünə John Jefferies sümük və əlbəttə ki, bunu özünə demişdi.
Belə demək mümkünsə qaranlıqda təbii olmaq, “necə olmaq?”-sualına cavab kimi həyatın mənası və mənasızlığından razılıq etmək, iradəli olan hər şeydən bir az da güc tələb edirdi və sentmentallıqdan qaçmağın yolu bundan keçirdi. Özünü günahkar saymaq və pis şeylər haqda düşünmək nişangaha toxunanda nəsə çətin və nə baş verdiyini bilmək, necə deyərlər fantastikdi bu və həmin prinsip cəld və sadə başa gələn itgi (itmək) etibarlı,əlbəttə ki, yaxşısını Allah bilir o nə hiss edirdi. Heç nə.Bir dəqiqə, bir dəqiqə, yox, yox, və 3651 ovsun damcı Budda .Onda belə idi.Bəs sol sümüyün əleyhinə olan nəydi?Lent yazısını təkrar geri döndərəndə şübhə etmədi ki, ikisi də birdən nə olacaqdısa elə o da olacaqdı. Hə, hə, stop!
………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
Belə fikirləşdi ki, bu antipatiya…yox belə vəhşi ehtiras “dəlilər heç nədən qorxmur” və belə çıxırdı ki, ona həm də xatırlayın ki, biz bir az da günahkar…
– ?
Bir neçə dəfə gözünü yumması, bu lap özündən getməyə oxşayırdı.Uzun qaranlıq və uzun soyuq arzuolunan kimi Allaha dua etmək ki, bağışlasın günahlarını. Bağışlasın simvolları. Bəlkə bağışlama özü ağrı simvoludu?Heç özü də bilmirdi, dəyişmişdi bir az yoxsa.
Təbii olmayan sağ sümük hissləri, ağrıları, günahları tamam başqa düşüncələr üçün tamam başqa hissələrə yol açmışdı. Bunda təbii olmayan qaranlıq və soyuq “mənə niyə qəribə deyil?”-sualına cavab kimi əllərinə və ayaqlarına baxdı. Sağ sümüyü ağrıdı.Bu elə beləydi.
Gənc qaranlıq və gənc soyuq hə, hə belə hisslər ona tanış idi. Dostdoğma anasından aldığı əxlaq , yəni belə tarixi analoq optimal qərar üçün “bu elə belədi” fikri “nəyə inanırsansa o doğrudu “-anlamındaydı və Mona Lizanın sağ sümüyü portretindəkindən çox zərif çıxmışdı, elə bu idi sirli təbəssümün sirri və hava attraksionu belə yaxın idi sümüyə.
***
paradoksal (ardı)
“ çəkinti “ silsiləsindən
Qəddafi sümük quru üzümü çeynədikcə insanın 72 damarı olması fikri başından çıxmırdı.Yaddaşı onu pəncərənin önünə çəkirdi.Səs eşitdi:
-Sən öz təəbələrinə nə vermisən?
Cavab gecikmədi:
-Cənnəti vermişəm, cənnəti.
Kompas-dəftərinə baxdı.Bütün bunlar orada qeyd olunmuşdu.
***
qeyri irsi(ardı)
“end note” silsiləsindən
-Nə deməkdi bu ?
Bu insan səsinə oxşamırdı.Simpatik olan bu motiv orjinallığı üçüncü şəxsə ötürə bilərdi. İzah ilk baxışda “niyə belə deyirsən?”lə bitirdi sonda .
Dünya ona əvvəldən mehriban olmamışdı,ancaq bu antimehribanlıqda bir doğmalıq da var idi. Qayğı geri qayıtmışdı.
Qaranlıq arzuolunandı.Çoxlu səslər vardı və bu səslər içində məna axtarmaq və…
-Bəlkə də siz haqlısınız.
-Razı olmaq elə doğru olmaqdı.
Bilmədi özgə nə desin.
-Arxamca gəlin.
Meh Setti Off sümük yuxulu kimi görünürdü və bilmirdi ki, nə baş verib və bunun keçici olması yaxud keçici olmaması kimi görünürdü elə.Burası da vardı ki,o Sarah Xaraba sümüyə yaman oxşayırdı.
-Vaxt lazımdı.
Dönmədi.
-Nə?
-Hər şey səhvdi.
Başa düşməyə çalışdı.
Boş əlini yellədi.Səsi titrəmədi.Birin bilirdi, o birini bilmirdi və bu müxtəliflik gətirmirdi heç də.Bir dəqiqə, iki dəqiqə, üç dəqiqə. İlk dəfə rast gələndə gözləri qonur rəngdə idi.
Qaranlıq idi.Həyatında çox şeylər uzunmüddətli deyildi, yəni sümüyün qalan hissəsi dəyişmişdi.
Külək başlamışdı.Sağ ayağı ağrıyırdı. Səs tonu heç dəyişməmişdi qaranlıq ağac kimi , həm də dərisayaq yumşaq olduğu üçün sifətini əlləri arasına aldı.Sümük isti deyildi. Bəs bu yumşaqlıq hardandı?
Fikirləşdi bəlkə o iyi xatırlayar.Dinmədi.Fərqi var idimi?Bütün bunlardan sonra o heç bilmədi nəsə demək lazımdı, buna hiss etməmək də demək olardı.Emfatik və…
Heç nə görməmək…
-Bəlkə də səhv edirəm.
Özünə oxşadı.Özünə oxşayanda şəxsi həyatındakı nifrət peyda olması expressionlar kimi peyda olanları – görünənləri , dərindən dərin toxunulmaz halda görmüşdü.Əvvəllər olduğu kimi.Bu haqda heç kimə deməyəndə gözündən yaş da gəlmişdi.Adam sümüyü işğal edən nifrət sevgini kənar edəndə birgə gözəl olan , solmaqla qaranlıq fantaziyasını önə çıxaranda:
-Xoşlamıram ki, soruşsam, sən bilirsən bunu- dedi.
Sarah Xaraba sümük güldü.
Meh Setti Off sümük Sarah Xaraba sümüyə yaman oxşayırdı, yaman və bu bənzərlikdə nəsə mistik bir şey var idi.
***
dərketmə (ardı)
“ovsun”silsiləsindən
Çox salnamələrdə belə sümüyün sağ və sol sümük olması haqda heç nə yazılmamışdı. Sizi narahat edən nədi axı?Necə varsa elə də deyirdi və bu çox çətin sual idi və heç kim bu necə olub, yaxud həqiqət hansı tərəfdədi bilmirdi. Tale isə başqa şey deyirdi. Tamam başqa.
Sağ sümüyün əllərinə baxanda “məndən inciməyin”-deməsi harda ki, olması vacib idi, möcüzəli bir iş kimi niyə susursunuz mistik dialoqlarla bu kosmik ritorika da.Heç olmasa nəsə deyin və belə dəhşətli müdrik deyim tərzi belə çıxır ki, günahkar yenə sol sümük idi?Və belə natural tarix də praktiki və böyükerudusiya s..o ..l sü..m…ük vicdanla desək okeanda qum sümük kimi bu ki, sağ sümüyün əksidi.
-Yaşamaqdan kim bezib ki?Heç dilənçi sümük də bezməyib. Bəlkə kral sümük bezib?Bəlkə dilənçi sümüyün arvadı sümük yaxud kral sümüyün xanımı sümük bezib?
Dilənçi sağ və sol sümüklər kral sol sümüyün ayaqlarına döşənmişdilər. Susmuşdu hər şey və hər kəs.Təkcə kral sümüyün xanımı sümük qımışırdı.Həyat-hər kəs- heç nə-və nəticə!3651 ovsun damcı Budda sağ sümük-3651 ovsun damcı Budda (bu barədə ancaq Ernest Hemingwey sümük bilir, oxuculara heç bir məlumat hələ ki, ötürməmişəm, məncə yazıçı hər sirri oxucuya açmağa borclu deyil və umumiyyətlə əsər oxucu üçün deyil və mən bu barədə artiq internetdə getmiş yazimda yazmışam) sol sümük. Cənnət- cəhənnəm! Və bütünlüklə sürrealizm bürümüşdü aləmi. Hmmmmmm.
Psixator sol sümük hisslərin bütün qammaları ilə tez-tez və təkrar-təkrar deyirdi öz-özünə:
-Bu oyun idi. Bu oyun idi.
-Niyə belə düşünürsunuz? Niyə belə düşünürsünüz?
-Bunu mən bilmirdim. Bunu mən bilmirdim.
-Hansı fikri? Hansı fikri?
-3651 ovsun damcı Budda versiyasını. 3651 ovsun damcı Budda versiyasını.
-Səni sevirəm. Səni sevirəm.
-Qısa addımlarını.Qısa addımlarını.
-Qəribə yuxularını. Qəribə yuxularını.
-Qara gecəni. Qara gecəni.
-Soyuğu, sopsoyuğu.Soyuğu, sopsoyuğu.
-İstəyirsən inan,istəyirsən inanma. İstəyirsən inan, istəyirsən inanma.
-Uçan əllərinin manerasını.Uçan əllərini manerasını.
-Ancaq bu, başqa heç nə.Ancaq bu , başqa heç nə.
-Mən bilmirəm.Mən bilmirəm.
-Sakit deyiləm. Sakit deyiləm.
-Ritorik olan budu?Ritorik olan budu?
-Dəlisən? Dəlisən?
-Hə. Hə.
-Mən də. Mən də.
-Möcüzə nədi? Möcüzə nədi?
-Qəlb faktı.Qəlb faktı.
-Bəlkə fakt yoxdu. Bəlkə fakt yoxdu.
-Heç nə demə. Heç nə demə.
-Sən də. Sən də.
-Bu nədi? Bu nədi?
-Psevdohəyat. Psevdohəyat.
-Mahnıdakı kimi. Mahnıdakı kimi.
-Hə. Hə.
-Gəl oxuyaq. Gəl oxuyaq.
-Oxuyaq. Oxuyaq:
…………………………………………………………….
Ümid birinci ölmüşdü. Ümid birinci ölmüşdü.
Hər şey əsəbdən keçmişdi.Hər şey əsəbdən keçmişdi.
Si-lya-sol-fa-mi-re-do.Si-lya-sol-fa-mi-re-do.
Pauza.Pauza.
***
şəkillənmə: başqasının şüuru
“oxşar fiqurların olmaması” silsiləsindən
Ernest Hemingwey sümüykdə qəribəlik vardı.Narahat halda “mən bilmirəm” –deyəndə təəccüblüsü bu idi ki, bu həqiqət də ola bilər və bu epizodu unutmağın çətin olduğunu izah etməyin çətinliyi “sən burda deyilsən”lə bitəndə o belə fikirləşmirdi.
Yenə qaranlıqdı və kifayət qədər natural olan limitsiz hisslər kiçik və boş stəkanda böyük qaranlıq və orjinal bayquşlar daha yaxşı uçurdular belədə və bu üzsüz və semantik olana daha başqa heç nə əlavə etməmək, ola bilsin ki, magik olan hər şey haqda fikirləşməyəndə bu səssizlik onu daha da əsəbləşdirirdi və çətin nəfəs almasıyla hər şey daha bitmədi və pıçıltını eşitməmək mümkün deyildi:
-Sənnnnnnnnnnnnn…
-Nə?
Pıçıltı:
-Mənə qulaq as.
Hər şey hərəkətsiz idi.Səs vardı. Siqnal yoxdu.Bilirdi ki, nəsə ona sarı gəlir.
-Oh, yox. Yox.
-Belə danışdığıma görə bu ideya itirilmiş , bəlkə itiriləcək və bunların fərqinin görünən tərəfində güman ki, onunçun açıq qalan suallar vardı və bu suallara cavab onun nə etdiyi və nə istədiyilə əlaqədar olanlardı.
-Səhv nədədi?
Birlikdə “Yox. Mənə cavab lazımdı”-deyəndə “hə, hə, hər kəsə bu cavabı bilmək vacibdi”-cavabını eşitdi.
-Bir dəqiqə. Burda mənə lazım olacaq nəsə var.
-Bu mümkündü?
-Yox.Min kərə yox.
-Nəsə səhvdi.Bax bu dəqiqdi.
-Bu hələ başlanğıcdı.
-Mən elə demədim.
-Üzümə bax.Nə dedim sənə?
-Nə dedim sənə.
-Yaxşısan?
Sarah Xaraba sümüyün davama ehtiyacı olması, baxmayaraq ki, Ernest Hemingwey sümüyün ümidin birinci ölməsilə fikirləşdi ki, onun davama ehtiyacı var?
-Xatırlayırsan, onda ki, bildin bu həqiqətdi, bilmədim əvvəllər nədən rastlaşmamışıq.
-Yaxşı olardı ki…
-Şşşhhh!Qulaq as…
Bu mubahisə predmeti idi.
-İcazə ver sənə bir məsləhət verim.
Sözünün sonunda”young lady”-demək istədi, dilinin ucundan qaytardı və əlavə etdi:
-Çox, çox üzr istəyirəm.
Kimsə bizimlə gəlir.
-Kimsə bizi izləyir demək istəyirsən bəlkə?
-Yox.Yox, əlbəttə ki, yox.
-Belə deməyimə görə məni bağışla.
Hiss etdi ki, belə demək istəyir:”Let me help you”. Demədi.
Bu nə idi?Nə baş vermişdi?Heç vaxt?Əlbəttə nəyisə səhv edə bilərdi, lakin bunu təkrarlamaq bu artıq ciddi işdi.
Bu sükutun davamıydi və Sarah Xaraba sümüyün davama ehtiyacı olması tərk etməmişdən əvvəl bu atmosferdə bu heç də sadə deyildi və bu çox optimistik idi həm də.
Ernest Hemingwey sümük:
-Sən çox mehribansan, – deyəndə yerə tökülən hörümçək bağırsaqlarında bir ciddilik və dərin düşüncə,əli ürəyinin başında ,dalğın və xüsusi həssaslıq, hər şeyin yoxa doğru getdiyi anda qatmaqarışıq şəkildə, etməli olduğunu etməməyə gecikməsi və bu ovqatın mənalı və mənasız şeylər qovuşuğunda xilası mümkün idi.Əlbəttə mümkün olmayanları hərçənd ki, düzgün nöqtədə tapmaq və eyni zamanda daha dərinə enmək çox mürəkkəb şeyləri asanlaşdıracaqdı və bunun yerdə qalan heç nəyə aidiyyatı yox idi.Yerə tökülən hörümçək bağırsaqlarında nəsə vardı. Bu elə bil Nuhun gəmisinin gəlişinə işarəydi.Heç vaxt belə olmamışdı və qeyri-təbii olan fərqli aləmdə illuziya təsirində mümkün olan mümkünsüzdü və bu boşluqda yaşamaq da yaşamamaq kimi bir şey idi və onda aydın oldu ki,”For whom the bell tolls.”
***
qurban
“inanc” silsiləsindən
Gümüş sümük hansı ki, 3651 ovsun damcı Budda əvvəl qurtarmaya o soyuq və qaranlıq gecə kimi Əzra qəbristanlığındakı avadanlıqlar kiçik təbəssümlə “bunun mənası nədir?”-deyə soruşanda cavab gecikmədi.
-O.K. Qulaq asın.Siz məni başa düşməlisiniz və bunu eşitməlisiniz.
Divarın arxasındakı sərdabədə çoxlu cənazə sümükləri aşkar olunmuşdu ki, təəccüb etməmək mümkün deyildi.Döyüşçü sümüklərin əllərində nizə vardı, başlarında tunc dəbilqə. Bəzək əşyaları qadın sumuklərindən xəbər verirdi.
Sağ və sol sümüklər özlərini hökmdar sümüklərinə qurban vermişdilər.
Nəfəs almadan qulaq asmaq və “əlini mənə ver”-deyəndə spasedəki kölgələr necə varsa elə də “mənəm-mənəm”- deyən hökmdar sümüklərinə intizarsız qalmadı, yox, orada bir baxış , yox hədsiz sümük baxışları onların yenə də hökmdar sümüklərinin qulluğunda olmalarından deyirdi.
-Siqnal qutusu itdi?
-Yox. Bu xüsusi məqsəd idi.
-Siz köməksizsiniz.
-Gözlə, mən də sizinlə gəlirəm.
Ürəyi sürətlə vurmadı və heç nə başa düşmədi..Başa düşmədi ki, ona nə olub.Necə olub beynindən hər şey silinib. Bilmədi ağlasın yoxsa gülsün.Bu sözü bir də…
Stop.Kimsə vardımı orda?
Soyuq idi. Soldan sağa fırlanırdı hər şey.Kürənin daxilində fəlsəfi fiqurlar var idi.
Gümüş üzüyün idarəedici qövsvari səma cisimləri gecə- gündüzü əks etdirən 6-9 u
əks etdirirdi.No comment.
***
şəkillənmə: başqasının şüuru ( ardı)
“ oxşar fiqurların olmaması” silsiləsindən
Sarah Xaraba sümüyün ürəyi sürətlə vururdu.Ağzını aça bilmirdi.Qəribə idi hər şey.Bilmirdi ona nə olub? Nə baş verib?Stop!Çatışmazlıq həm onundu, həm də onun deyildi.Əlinə toxunanda hiss etdi ki, bu əl onun əli deyil.Daxili məkan o məkanda deyildi.Daxili olanla xarici olanlar başlanğıcdan nəyə işarə edirdi?Prinsipcə bu nə idi?
Dəfolunmazlıq z-dən a-ya qədər bu tamlığın özü yenə də mən və qeyri mən deyirdi.Subyekt subyekt idi, həm də obyekt olmalıydı.Yox.
Sarah Xaraba sümük elə trayektoriya cızırdı ki, onun sahəsini və həcmini müəyyən etmək olurdu.
Ernest Hemingwey sümük isə elə trayektoriya cızmışdı ki, onun sahəsini, nə də həcmini hesablamaq mümkün deyildi. Bu söyləm tüstülü aləmə əvvəlcədən hər şeyin(nəticənin)yerli-dibli bambaşqa çatışmazlıqdan qurtulmaqla və hər şeyi alt-üst etməyilə və sonda təkzibə yer qalmamağıyla, götür-qoy etmədən özünə qaytarması, gileyin tərsinə olaraq çox qəribə tərzdə səs-küy yaradırdı və hörümçəyin yerə tökülən bağırsaqları darıxmaqdan ötrü darıxanda heç nə başa düşmək olmurdu.
Çay dalğaları hörümçəyin yerə tökülən bağırsaqlarına daha xoş gəlirdi və qüvvə haqqında fikirləşəndə ciddi və tühaf uğultular get -gedə güclənirdi ki, bu da hərəkətin görünüşünü dəyişirdi.Ola bilsin ki, bu dekorasiyadan kənarda hər şey darıxdırıcı idi və sükut möcüzə təsiri bağışlamırdı. Burada nələrisə əlavə etmək,onu nələrdənsə məhrum edirdi.
3651 ovsun damcı Budda pilləli piramidanı yuxarı qalxanda hörümçəyin yerə tökülən bağırsaqları dua edirdi.
Ernest Hemingwey sümük özünü yuxarıdan atanda aşağıya baxdı, göy üzü ordaydı.Hörümçəyin yerə tökülən bağırsaqları yaxşı bilirdi ki,zümrüd yosunlar ardınca qaçmaz mələklərin.Yeri səhv düşmüş mələklərin hüzurunda söylənilənləri zümrüd yosunlara atmadı və dedi:
-İlahi, göy üzü hardadı?
Suala sualla cavab gəldi:
-Şikəstə ilanlar,görün kimin eşqi var?
Onda heç bir sümük bilmədi ki,su atın ağzından axırmış.Hüzn, ah-nalə öz dünyasından kənarda hal tuturdu.Hörümçəyin yerə tökülən bağırsaqları Tuba ağacı üçün darıxırdı.Kağız qayığa toxunanda küsüb gedirdi işarət.Vallah, billah, simibillah beləydi.
Ernest Hemingwey sümüyün gözlərində əsəbi ifadə hər şeyi üstələmişdi.Başqa cür sonluq başqa cür gözəl idi.
Divarın o biri tərəfində hörümçəyin yerə tökülən bağırsaqları yol gedən uyuyandı.Baş hərfləri xatırladıqca hər an ovcunda söz vermədikləri göy üzündəydi.Yanılmışdı və yanılmaq elə uzalı əlin qovuşmağı idi və hörümçəyin yerə tökülən bağırsaqları özünə tərəf gedirdi.
Bu dünya kənara çıxmaqdan yaranmışdı və Ernest Hemingwey sümük bilirdi ki, qaranlıqda soyuq su israrçıdı və nə isə düz deyildi.Yox!
Hörümçəyin yerə tökülən bağırsaqları çıxış yolu axtarırdı.Reallıqdan qaçmaq, baş götürüb qaçmaq? Sevgidən nə qalıb?
Səsin gəldiyi hündürlükdə hər şey heç vaxt baş verməmiş mövcudluq kimi idi,amma nəsə baş vermişdi.
-İlkin su tərpənişini xatırlayırsan?
-Ciddi və tuhaf uğultular gücləndikcə hərəkətin görünüşü dəyişirdi.
-İlk cəhtdə…
-Bütöv təsəvvürdən danışırsan?
-Mən burda olmuşam.
-Nə baş verib?Deyəsən unutmuşam.
-Özünü elə apar ki,guya hər şey …
-Axı sən nədən danışırsan?
-Unutma ki, darıxdırıcı olan hər şey fərdidi.
-Məktubu daha necə adlandırmaq olar?
-Namə.
-İlluziyaların gələcəyi…
-Alınacaq, hə alınacaq.
-Doğru deyirsən?
-Yaman narahatsan.
-Bir ayağım donub.
-Xatırlaya bilərsən sənə nə olub?
-Mənə nə olmuşdu?
-Hər şeyi tərsinə xatırlayırsan.
-Tez yox…
-Bəlkə də heç vaxt.
-Belə demə Tanrı xatirinə.
-Bu çox vacibdi.
-Yoox!Yox!
-De görüm bu nədi?
-Atamın yadigarı.
-Əcəb yadigardı.Silahdan da yadigar olar?
-Olar, olar.
-Bu harada olub?
-Oak parkda.
-Həəə.Əcəb soyuqdu.
-Sən yaxşısan?
-Sözlə ifadə eləmək çətindi.
-Bu metamarfoza…
-Öhö, öhö…
-Yox. Yox.
-Ora bax, ora bax.
-Hara?
-Oda.
-Qaranlıqda od daha aydın görünür.
Geriyə addım atdı.Öz- özüylə danışırdı.
Öz-özüylə danışan sümük görmüsünüzmü?
***
təcəlla
“dəruni” silsiləsindən
Koala sümük yaxşı bilirdi ki,doğmaq çətin şeydi.Onu da bilirdi ki,insan dünyaya defektlə gəlir. Bu faktdı və Koala sümük bunu çoxdan bilirdi.Onu da bilirdi ki,əgər uşaq sümük – oğlan sümük doğularsa qadın sümüyün döşünün bir giləsində kişi cinsi sümüyə aid olan hər şey olur.Döşün digər giləsindəsə su olur.
Əgər uşaq sümük – qız sümük doğularsa döşün bir giləsində qadın sümüyə aid olan bütün fizioloji əlamətlər olur.Döşün digər giləsində yenə də su olur.
Oğlan uşağı sümüyə aid olan su qız uşağı sümüyə aid olan sudan ağır gəlir.
Möcüzəli nəfəs alma və özündən sonra daha bir özün olma və dərin pauza və üz- gözündə nəsə olan bir şey-bir, iki,üç, dörd, beş, altı yox,3651 ovsun damcı Budda da olmayacaqdı işıqda,yoxsa…
Koala sümük birdən başa düşdü ki,şəkillərin bir-birindən fərqlənməməsi və quşların daha ağaclarda oturmaması qara səma ilə əlaqədardı və şübhə ilə baxdı özünə.
-Mənə bax.
Gülmədi.Tibb ensiklopediyasında da tibbi əməliyyat zamanı insan sümüyün qəribə səslər çıxarması əleyhinə yazılmışdı və bunun səbəbini tapmaq da gec deyildi əlbəttə,baxmayaraq ki, bunun gec olması fikrini başından çıxarmırdı.
Bu emosiyanın analoqunun ritorik məsələ və ritorik sual kimi itməyin özü də fəlsəfi bir şey idi və bu qəribə saat çox güc tələb edirdi.
3651 ovsun damcı Budda vitamin əyri qıçı da düzəldərdi.Belə də olardı ki, belə şeyləri…nə isə…Bax onda, bax onda bildi ki,bu nə isə başqa şeydi.Aman Allah!
Daxilində eyni anda qaranlıq, həm də soyuq addım səsləri eşidəndə və o səsə diqqətlə qulaq asanda antipatiya…
Bu frazanın ardını artıq bilirdi. Stop!
***
Balet teatrında dekorator öz işindəydi.Dəlilər qolf oynaya-oynaya rəqs edirdilər və qışqıra-qışqıra ucadan şövqlə deyirdilər:
-Bizim itməkdən xoşumuz gəlir.
***
qeyri irsi(ardı)
“end note” silsiləsindən
Meh Setti Off sümük elə bil ki,Sarah Xaraba sümüyün silueti idi. Düşünmək olardı ki,şüşə nəqqaşı nə istədiyini bilirdi, baxmayaraq ki, təsvirolunmaz fiqurlar yaradıcılıqla , daha başqa təhlükələr (ədəbi) divar kağızlarında ümidsizlik kimi sənin başa düşmədiyin şeyləri dərinliyə enməklə çətinliklə də olsa həzm edə biləcək.
-Bu inkişaf deyil.
-Bu boşluğun özünəməxsusluğu,üslubun görüntüsüdü, ancaq vəziyyət dəyişə də bilər və görüntülərdən çıxanlar nəqş olunanda yöndəmsizliyə meyllilik obraz kimi estetik, həm də sadə olana nəqşin dediyi yerə- təkliyə çəkər hər şeyi və bu ideal fırlanmaq kimi mənasızlıqda bu antisəliqəsizlik əmələ gətirər bu nəqşəbənzər şeylər özünəqayıdışı, bunu bilirsən?
Çəpəki baxdığında Meh Setti Off sümük Sarah Xaraba sümüyü azadlığın gətirdiyi inamsızlıq və misillilik , həm də misilsizlikdə başlanğıc üçün qaranlıq fikirlərin nə qədər önəmli olduğu qənaətindəydi, hərçənd nəyin yerində, nəyinsə yerində olmamasının buna qətiyyən dəxli yox idi. Narahatlıq üçün naməlum və fərqli olan adlar barədə düşünəndə bildi ki, bu tamam şərti bir şeydi.
-Pozulan yazılar.
-Nə qədər çəkisi olsa belə daş torpağa düşəcək.
Meh Setti Off sümük üçün peyda olmaq fikir mübadiləsindən müxtəlif müstəvilərin kəsişməsi qoxusu gəlirdi, amma bu duyum başqasının deyil özünündü, aman Allah , bu əks-sədada şüşə nəqqaşı hər şeyin başlanğıcının məhz suyun tərpınişindən üzü bəri gəldiyi qənaətindəydi.Giriş qapısından çıxmaq olmazdı.Başqa heç nə.
“paradoqsal” (ardı)
“ çəkinti” silsiləsindən
Qəddafi sümük qıraqdakı sağ sümüyə baxdı.Digər bir itmiş ağız sağ sümüyə vəhşi gözlərlə baxanda:
-Qorxma,-deməsiylə başını qaldırdı və o da “hə”-dedi.
Qəddafi sümük digər sümükləri görəndə bilmədi ki, alov niyə aləmi başına götürüb, axı qatı qaranlıq idi.Bu vaxt başqa tərəfdən gələn səsi eşitdi:
-Arxamca gəl.
Qısa məsafədə öz addımlarından çıxan taqqıltılarda “arxamca gəl”-sözlərinin altındakı yer vaxtdan-vaxta xaotik nəzərləri görməyəndə orada ilin günləri, duz və quru çörək olan və onu gözləyən və qaşlarını yuxarı dartan və”sakitləşməyə çalış”,-deyəndə onu tərk edən və eşitməyə və əksinə qaranlığa baxanda bilmədi “yox”-desin yoxsa”hə”.
Bu lap hər şeyin başlanğıcı kimi idi.
İtmək fikri ilk dəfə başından keçəndə sona qədər hər şeyin qorxunc , həm də sevincli olması fikrinin nə qədər düzgün yaxud qeyri-düzgünlüyünü üzə çıxaracaqdı.Yox, orda başqa heç nə yox idi və ətrafa baxanda günah və günagsızlıq haqda heç vaxt bu qədər düşünməmişdi və birdən yadına miss Hind sümük düşdü.Çox şey danışmışdı miss Hind sümük ona və o sümük Allahın bəlası idi, lakin o ölkə imperatoru Ulysses R.McKinley sümüyün qarşısında az qala özünü itirmişdi:miss Hind sümük danışırdı və Qəddafi sümük heyranlıqla ona baxa-baxa saqqalını tumarlayır və diqqətlə ona qulaq asırdı:
“Siyirməni açın və kənara çəkilin!-Bu qara kostyumlu, hündürboylu, sağlamgörünüşlü FTB əməkdaşı sümüyün sözləridi və o muzeyin direktoru sümük olan cılız və bəyaz üzlü miss Hind sümüyə baxıb gülümsünür və:
-Yox, yox mən heç vaxt qadın sümüklərə aid olan yerlərə baxmıram, ancaq indi baxmaq istərdim.
Hiss olunur ki, yalan danışır. Sabah gənc ölkə imperatoru Ulysses R.McKinley sümük çox vacib bir muzeyin açılışına gələcək və yerli camaat sümüklərlə də görüşəcək.Odur ki, bir gün öncədən yoxlanılır hər şey.
FTB-nin hündürboylu əməkdaşı sümük stolun siyirməsini yoxlayır:pomada, krem, ətir və s. qadın sümüyə aid olan əşyalardı orda yalnız.Sonra paltar şkafına yaxınlaşıb, qapını açır, oradakı paltarların hamısını yoxlayır və yenə də gülümsünüb deyir:
-Vəzifəm bunu tələb edir-və çıxarkən bütün qapılara plomb vurur.
Günorta FTB-nin başqa bir əməkdaşı sümük gəlib onun gənc ölkə imperatoru Ulysses R.McKinley sümük və onun xanımı Karen Wrightsman sümüyə məlumat verərkən özünü necə aparmaq qaydalarını başa salır.
Qarşıda uzun bir gecə…və indi üzündən həyəcanlı olduğu dərhal hiss edilən miss Hind sümük danışır, şəkillər haqqında məlumat verir.Gənc ölkə imperatoru Ulysses R.McKinley sümük qulaq asır, “bəli,bəli”-deyir və belədə miss Hind sümük bir az ürəklənir və sözünə davam edir.İndi o mərhum ölkə imperatoru sümüyün litseydə oxuyarkən litsey səhnəsində Robert sümük rolunu necə məharətlə oynadığını nəql edir.
Gənc ölkə imperatoru Ulysses R.McKinley sümük gülümsünür və deyir:
-Siz düz deyirsiniz.”
Qəddafi sümük əlini tumarladığı saqqalından çəkib, əzalarında hər şeyin yerini bildiyi miss Hind sümüyün alma yanaqlarından öpdü və soruşdu:
-İndi özünü necə hiss edirsən?
Miss Hind sümük işvəylə cavab verdi:
-İndi bu mümkün deyil.
Bir-birini nəfəs almalarından başa düşürdülər və miss Hind sümük Stalin sümüyü görəcəyinə və onunla tanış olacağına sevinirdi və bu Qəddafi sümüyün Stalin sümüklə görüşləri zamanı olacaqdı.
İndi Qəddafi sümük miss Hind sümüyün döşünün bir giləsini oynadırdı, bu o gilə idi ki qız sümük doğulanda qadın sümüyə aid olan fizioloji xüsusiyyıtlər o gilədə cəmlənmişdi.
***
şəkillənmə: başqasının şüuru(ardı)
“oxşar fiqurların olmaması”silsiləsindən
Rəssam Pablo Pikasso sümüyün natural YAZI rəsmi:
Ernest Hemingwey sümük Koala sümüyün qucağındakı uşaq sümüyü görəndə , onun yuxulu gözlərində kiçik bir təbəssüm vardı.
-Mənə kömək edərsiz?
Meh Setti Off sümük Sarah Xaraba sümüyə yaman oxşayırdı və bu bənzərlikdə nəsə vardı.Bəlkə Meh Setti Off sümük elə Sarah Xaraba sümük özü idi. Bəlkə də belə deyildi?
Uşaq sümüyün üzündəki təbəssüm get-gedə azaldı və yox oldu.O bilmədi ki, axşam yatanda həmin uşaq sümüyü tavandan sallanan ipdən asırlar, kətili də çəkirlər ayaqlarının altından.
Məsələ bunda idi ki, hər evdə vardı o uşaq sümük-melo skelet kukla.
Ernest Hemingwey sümük də asırdı uşaq sümüyü –melo skelet kuklanı və günlərin birində ona “öl”-dedi və öldü, o da kamali-ədəblə onu aparıb qəbristanlıqda basdırdı.
Bu ilk uşaq sümük-melo skelet kukla idi ki, qəbristanlıqda basdırılırdı və burası da vardı ki,Ernest Hemingwey sümüyün basdırdığı uşaq sümüyün-melo skelet kuklanın başında tac vardı. Onun “Sağ və sol sümüyün yeni təfəkkürü və 3651 ovsun damcı Budda” kitabında da vardı bütün bunlar. Bu kitaba çevik yanaşmada aqressivlik çatışmırdı və bu sərhədsizliyi bu istiqamətdə atılan ilk addım kimi dəyəndirmək də olardı, hərçənd kitabda xeyli çatışmazlıqlar da vardı və bu açıq-aşkar görünürdü.
***
xatırlama (ardı)
Dəlilərdən biri qışqırdı:
-Mən küçədə yaşayanda daha xoşbəxt idim.
Başqa bir dəli gözlərini bərəldib:
-Kim mənə”can”-desə mən ona “can, can”-cavab verərəm-dedi.
hörümçək toru
Hörümçək toru aləmi başına götürmüşdü və hörümçəyin yerə tökülən bağırsaqları bunu aləmə bəyan edirdi:
-www.(və s.)
***
sağ sümüyü sol sümüyə bağlayan bağ:
rəngləri yemək də mümkündür
“dərviş çilləsi” silsiləsindən
bismillahir rəhmanir rəhim
mən
bilirdim ki qatar
20 dəqiqədən sonra
vağzala çatacaq
və 18 ci əsrdə yaşamış
naməlum rəssamın çəkdiyi
bədənümma güzgüdəki qadının
qəflətən sağ əlini
sol çiynimə qoyması ilə
adamların bizə baxıb
pıçıldadığını hiss edəndə yük maşınlarının səsinin
20 dəqiqədən sonra
vağzala çatacaq qatarın səsinə qarışması ilə
səyahətçilərin 180 km
məsafə qət etməsi
və həkimin ünvanını
mənə deyə bilərsinizmi
deyə soruşan xanımın
boylu boylu
nümayəndə heyətinin tərkibində
çinə getməsi
və qədim çin təbabətinin
köməyi ilə orada doğması
və ağ evin buna reaksiyası
partizanların qaranlıqda
yolu itirəcəklərindən qorxduqları
20 yaş cavan bələdçi olsaydı
bu xarici qonaqların
qoca palıd ağacının
altında zarıldadığı
və mənim eynəyim sınıqdır deyən
şimali irlandiyalı
john jefferisin
oxford universitetinin
tələbəsi olarkən
qrup yoldaşı
cənubi azərbaycanlı
truth nicknameli
şairə səminəyə vurulması
və səminənin
i`ll never be able to get
marry with you cümləsini
ingiliscə deməsini
və bütün bunları
2005 ci il 6 noyabr
parlament seçkilərini
müşahidə missiyasını
həyata keçirən
atətin beynəlxalq müşahidəçilərinin
tərcüməçisi olarkən
mənə danışması
cəmi 20 dəqiqəyə
qatar ağır ağır
qayalıqdakı əlyazmaların
ərazi bütövlüyünü
sui qəsd və qantökmə
daxiliqalaktik əlaqələr
və kifayət qədər olmayan
neytralitet kompaniya iştirakçısı
əuzi billahi minəş şeytanir rəcim
metaforalı ədalət məhkəməsi və humanist insan
sabaha dikilən baxışların yiyəsi mənim şahım
əhmədi mürsəl eşqiylə
özümü sərbəst hiss etməklə
küləyin birdən dəyişməsi
və bununla da xilasedicinin gəlməsi
cır cındır içində
paltarı sündüs
saç saqqalı bir qarış
əlində dəmir əsa yol gedən
bir məscidin
öz tərkib hissələrini
parçalanmaqdan qoruması
və tamlığın saxlanması
birtəhər düşünən maşınlar
və kompleks şəbəkə ilə
davamlı sirkulyasiya
ciddi nəticə etibarilə
uyğunlaşdırmaqdaykən təsadüf yoxsa fəxarət
ümummüsəlman ibadət
yoxsa kult
20 dəqiqə çəkən
77 sudan keçib
5 növbət vuran
Mən divanə ozan=divanə ozan təklə=
=ağayar xələf oğlu
azman səhrada
bu səbəbdən də
azadam şükür
anama da deyin ki
məndən nigaran qalmasın
mən onsuz da hər an
imtahan qarşısındayam
qəribsədiyim də göy üzüdü
vənnas
***
paradoksal(ardı)
“çəkinti” silsiləsindən
Rəssam Pablo Pikasso sümüyün natural YAZI rəsmi:
Qəddafi sümük Koala sümüyün qucağındakıuşaq sümüyü görəndə , onun yuxulu gözlərində kiçik bir təbəssüm vardı.
-Mənə klömək edərsiz?
Meh Setti Off sümük Sarah Xaraba sümüyə yaman oxşayırdı və bu bənzərlikdə də nəsə vardı . Bəlkə Meh Setti Off sümük elə Sarah Xaraba sümük özü idi. Bəlkə də belə deyildi?
Uşaq sümüyün üzündəki təbəssüm get-gedə azaldı və yox oldu. O bilmədi ki, axşam yatanda həmin uşaq sümüyü tavandan sallanan ipdən asırlar, kətili də çəkirlər ayaqlarının altından.
Məsələ bunda idi ki, hər evdə vardı o uşaq sümük-melo skelet kukla.Qəddafi sümük də asırdı uşaq sümüyü-melo skelet kuklanı və günlərin birində ona “öl”-dedi və öldü, o da kamali- ədəblə onu aparıb qəbristanlıqda basdırdı.
Bu ilk uşaq sümük-melo skelet kukla idi ki, qəbrisranlıqda basdırılırdı və burası da vardı ki, Qəddafi sümüyün basdırdığı uşaq sümük-melo skelet kuklanın başında tac vardı. Onun”Sağ və sol sümüyün yeni təfəkkürü və 3651 ovsun damcı Budda” kitabında da vardı bütün bunlar. Bu kitaba çevik yanaşmada aqressivlik çatışmırdı və bu sərhədsizliyi bu istiqamətdə atılan ilk addım kimi dəyəndirmək də olardı, hərçənd kitabda xeyli çatışmazlıqlar da vardı və bu açıq-aşkar görünürdü.
***
qeyri irsi(ardı)
“ end note “ silsiləsindən
Meh Setti Off sümük Sarah Xaraba sümüklə eyni yaşda idi.Baxanda elə bilirdin eyni almadı,yarı bölmüsən.Elə bil bacı sümüklərdi.
Cığır çox dar idi.Bir-birindən bir addım irəli-geri gedirdilər. Hamısı bu.
Meh Setti Off sümük birdən geri döndü və dedi:
-Üzüyümü itirmişəm.
-Hansı üzüyünü?-Sarah Xaraba sümük soruşdu.
-Nişan üzüyümü-Meh Setti Off sümük cavab verdi.
Soyuq idi. Bir də qaranlıq.
-Xatırlayırsan harada itirmisən?-Sarah Xaraba sümük soruşdu.
Meh Setti Off sümük cavabında:
-Yox,-dedi.
Məsələ burasında idi ki,Sarah Xaraba sümük bir üzük tapmışdı dünən, heç bir sümüyə deməmişdi bu haqda.
Dinamik olan nə idi?Adam sümük və Eve sümük arasında da sekret var idi, onda qala Sarah Xaraba sümüklə Meh Setti Off sümük arasında olsun.Müzakirə etməyə dəyərdi.
Dramatik insident barədə fikirləşməyə dəyərdi.Yaddaş itəndə heç nəyi qarışdirmadı və “bilmirəm niyə”-demədi və bu sürrealistik hekayət onun öz başına gələnlərdi.
İkinci faktor da vardı və irreal olan elə real idi və qızıl maska-yarı quş, yarı qadın sümük-aman Allah, bu ki, Yunan mifologiyasıdı.
Realistik detallar və fantastik hadisələr şimal ulduzu kimi vizual görüntülər idi bəlkə.Daxili və xarici konfliktlər metaforikal görünsə belə bu şifahi ironiya indi əvvələ keçmişdi.Formal və informal şəxsi(şəxsən) bu sümüklərə aid idi və bu epizod hadisənin detallarını açmayacaqdısa “mən bunu xatırlamıram”-deyən sümük hər günün axırında daha vacib olan hissləri unudurdu və bu unutqanlıq –gözlənti heç nə baş verməyəndə hər şeyin sonuna yaxın özün və arzuların=yuxuların…(ardı olacaq)
Mən razı idim ki,bir –birini unutsun hər sümük.Əlbəttə burada heç bir sümük yox idi.Hər şey dəyişmişdi və bu bir ağacın kökü kimi çox dərinə işləmişdi.Başqa yol yox idi və burada iki sümük var idi, başqa heç nə:
arzu=yuxu və reallıq.
İrreal olan real idi və əksinə.
Paraqrafın içindəkilər:
- Vücud.
- Gümüş.
- Quru üzüm.
Simvol : Sümük.
End Note: 3651 ovsun damcı Budda.
***
xatırlatma( ardı)
Yeri gəlməmişkən antiinama olan inamı heç nə olmamış kimi “mən belə düşünmürəm”- düşüncə daşıyıcısı kimi “mən belə düşünürəm”- deməsiylə bu istəyi əlbəttə başa düşmədi ki, nə baş verib:
-Heç kim haqda fikirləşəndə özünü düşünürsən.
-İçəridə nəsə var.
-Heç bir şey göründüyü kimi deyil.
İmpulsa mübtəla olmaq üçün bütün hisslər yozula bilərdi.Bu nifrət idimi?Çox qəribə hiss idi bu, çox. Təkərləmə kimi.
***
dərrakə
“ gözlənti”silsiləsindən
Dəvə sümükləri uça bilirdilər.
***
sən bilirsən?
“sənə nə lazımdı”-silsiləsindən
Edvard Staxura sümük bir neçə dəqiqədən sonra nəsə olacağını fikirləşəndə qəribə bir hiss bürümüşdü onu və o bütün bunları Skuns sümüyə danışanda Skuns sümük təəccüblə baxırdı ona.
Yenidən pauza.
“Yox –yox demək deyildi” və əlbəttə ki, bir həqiqət az idi.3651 ovsun damcı Budda yetərli olması ilə sakit yaşamaqdan optik cihazlar olmadığı vaxt bütün bunlar hardan gəlmişdi?
Onda beyni təşkil edən neyronlar və başqa hüceyrə formaları heç vaxt kömək etmədi.Heç demə neyron peykləri sümüyə sarı vacib və hər şeyin hazır olduğunu şübhə altına almaq heç yaxşı deyilmiş.
Belə-Belə-Belə.
Belə-Belə-Belə.
Sinir sistemində informasiyaların qəbulu və ona müdaxilə etməklə külək niyə qulaqlarının dibində vıy-vıy vıyıldayırdı, bilirdin?Deyirdilər bu əsəbdi. Sonra yaranan nəhəng doğruymuş və informasiyaların saxlanmasından bilinirdi ki, tüpürcək əsəbdən yaranmışdı.Maraqlı səbəb isə o idi ki, informasiyalar işləndikcə sürətlə azalırdı.Bu çox qəribə idi.Vəziyyət aydınlaşana kimi analogiya:hər şey başqa cür imiş.
Demə neyron peyki kompleksi gərəkli imiş. Neyron peykinə pataloji proseslər vaxtı belə yanaşma özü çox murəkkəb məsələ idi.
Belə.Sonra Edvard Staxura şeir deməyə başladı:
3651 ovsun damcı Budda
nifrət sevgimi
zır zır
zırıldamaq
beştəkərli motosikl aşanda
xurd xəşil olmağıyla
həvəslə
3651 ovsun damcı Budda
hikkə və hikkəsiz fırladanda
hər şeyi
bu nə sehir
bu nə sirr
onu
(nəyi?)
mənə ver
sən bilirsən?
sənə nə lazımdı?
***
qeyri irsi(ardı)
“end note” silsiləsindən
Meh Setti Off sümüyün Qəddafi sümüyə qanı yaman qaynayırdı.
-Qanyaradıcı funksiyanı başa düşürsən?
-Hə.
-Mən sənsiz qala bilmərəm.
-Sən hələ də məni sevirsən?
-Nədən belə deyirsən?
-Çox vaxt keçib.
-İndi də sevirsən…sevirsən…?
-Səncə?
-Sən bilirsən… belə…
-Nə?
-Sənə nə olub?
-Ciddi soruşursan?
-Çox ciddi.
-Bununla nə demək istəyirsən?
-Mən daha çox panoramaya nəzər yetirirəm.
-Panoramaya?
-Qarşıda hələ neçə panorama var.
-Panorama yoxsa həyat?
-Gəl arxamca..
-Nədən belə narahatsan?
-Bəs sümük hüceyrələri?
-Son vaxtlar heç nə alınmır.
-?!
-Bu səni çox həyəcanlandırır?
-Kimi-məni?
-Bu mümkün deyil?
-Əsəblər dözmür.
-Aman Allah?!
-Mən səni çox sevirəm.
-Qumun üzərində sümüklərini qızdırmaq maraqlı olardı.
-Sən başqa cür düşünürsən , vəssalam.
-Sakit ol, sakit ol.
-Deyəsən özündə deyilsən.
-Gör burda nə qədər sümük var.
-Uzun, qısa və yastı.
-Həm də yuxulu….
Sümük səsləri bir-birinin ardınca ölürdü.Orda daha heç nə qalmırdı.Nə baş verib?Sümüklər dirilib ayaq üstə qalxanda başqa hisslər “nəsə et” deyirdi.
Heç nə demədi daha.Ancaq yox.Səssizliyilə nəsə demək istəyəndə belə pıçıltı eşidilmirdi.
-Mən sənsiz yaşaya bilmərəm.
Sükut.
Hə: O.
Yox: Mən.
***
sağ sümüyü sol sümüklə bağlayan bağ:
rəngləri yemək də mümkündür (ardı)
“ nüans” silsiləsindən
ötən əsrin 60 cı illərində
deyilən kimi olmaq
kompromisə getmək istəməyən təxəyyülü
lakin ingiltərə sərgisində
üslubu mənim stilim
mənim gələcəyim deyən
müasir qovuşan son texnoloji
toxunan çin mətbəxi
maraqlı peşəkar
ümumiyyətlə şah əsər
mineral sular
modern qloballaşmaya nifrət
qoruyub saxlamaq
və özüylə apara bilməyəcəyi dəyişikliklər
oturaq həyat tərzi
kalorinin azlığı
bir az yağ
və bu siyahıya yulaf
bir də qızıl balıq məsləhəti
ət məhsullarının az qəbulu
vizual olaraq
şokoladlı desert hazırlanması
heç də asan deyil deyə
təbii komponentlər
qaymaq və ananans dondurmanın
dadından doymayan
sonuncu nüans və son sual
eyni dərəcədə arzulamaq
enerji gətirir
yaxşı da ola bilər
pis də
rəngləri isə yemək də mümkündür
müxtəlif rəngli
qadınların timsalında
***
Pablo Pikasso sümüyün çəkdiyi 100 x 81,3 cm ölçülü Gertrude Stein sümüyün
-portretdəki qadın sümüyün şəkildən çıxması
“havalanma” silsiləsindən
-Sənə soyuqdur?-şəkildən çıxan qadın sümük soruşdu.
Suala sualla cavab almaq əvəzinə Gertrude Stein sümük yeni sual eşitdi:
-Sən Gertrude Stein sümüksən?
Hiss etdi ki, ayaqları torpağa dəymir. Vücudunu da hiss etmədi.
– Mənə nə olub?- fikrindən keçdi.
Ağzını açmamışdı, ancaq sözlər açıq olmayan ağzından çıxmışdı, buna şübhə ola
bilməzdi.Yox!Yox , heç nə olmamışdı ona,bilirdi ki, yaşamaq gözəldi. Bəs onda şəkildən niyə çıxıb gəlmişdi?
Sükut davam edirdi, baxmayaraq ki, bir-birindən sorular sorurdular.Düzdü Sarah Xaraba sümük onun sualını eşitmişdi, amma cavab verməyə tələsmirdi.
Gertrude Stein sümük indi boynuna kubik bağlanıb gölə atılan jurnalist sümüyün başına gələnləri danışırdı ona:
“ Beşinci jurnalist sümüyün boynuna kubik bağlayıb böyük gölə atdılar və o gəlib çıxdı kefli yosunların yanına. Necə də yumşaq idi yosunlar, lap pərqu kimi.Gözləri gülürdü yosunların.Eyni vaxtda əli ilə sığalladı,sürüşüb balıq kimi əlindən çıxmaq istəyirdilər yosunlar onun.Qırışıqları açılmışdı, adam görmüşdülər.
“Nə gözəl,bura gəlib çıxma tarixçəsini danışsa nə yaxşı olar”,-yosunlardan biri dedi.Dinləyən yosun danışanın ağzının üstünə möhkəm bir şillə vurdu və ondan soruşdu:
-“Nəyüvə lazımdı tarixçəsi, atondu ya qardaşundu?
Əcəb gözəl iqlim idi bura və hər şey ruhun ehtiyacının tamlanmasına yönəlmişdi sanki burda.Həm də bir etiraz idi bu üst dünyaya və üstdən üstəki dünyaya.Əlbəttə yosunlardan altda,yəni aşağıda da dünya vardı və orda həm də insanın əli və ayağı danışırdı, şəhadət verirdi.Günahsızlar danışırdı əlbəttə, ancaq cinəyatkarlar danışmırdılar.
İndi birinci ağzını açan yosun ağzının üstünün hayına qaldı və başladı ağzının danışığını bilməyə.
Balıqlar səmaya baxmaq üçün suyun üzünə doğru üzürdülər.
Beşinci jurnalist sümük boynunu söykəmişdi kubik daşa . Kubik daşdan “Cəhənnəm roku”nun səsi gəlirdi:
Yosunlara yaxın ol
Ol, ol, ol
Mən burdayam, burdayam
Bom, bom, bom”
Sarah Xaraba sümük nəfəs almadan dinlədi bir müddət və qəflətən soruşdu:
-Sən onu bir də gördün?Bəlkə özü boynuna bağlayıb kubik daşı özünü böyük gölə atmışdı itmək üçün.
-Bu başlanğıc…
-Sümük…
Stop!Suyun ilk tərpənişini xatırladı.
Rəssam Pablo Pikasso sümüyün esgiz YAZI rəsmi:
Pablo Picasso sümük Məryəm ananı görəndə yalnız idi. Yalnızlığını itirdi.
Pablo Picasso sümüyün evində də melo skelet kukla var idi və o da evinin tavanından sallanan ipdən asmışdı melo skelet kuklanı və günlərin birində ona “öl”-dedi və o da öldü.O melo skelet kuklanı kamali ədəblə qəbirsanlıqda basdırdı , bu ilk melo skelet kukla idi ki, qəbristanlıqda basdırılırdı və burası da vardı ki,Pablo Picasso sümüyün basdırdığı melo skelet kuklanın başında tac vardı.
Soyuq idi.Həm də qaranlıq.Pablo Picasso sümük çiyinlərində qanad görəndə gözü kəlləsinə çıxdı. Dözmək çətin olurdu hərdən. Gözləmək, ən yaxşısı gözləmək idi. Vəziyyət nəzarətdən çıxmışdı.
Maraqsız olan da bir variant idi və maraqsız olan hər şey maraqlı idi həm də.Yeni olan daha nə isə düzünü desəm, bilirsən, bəs bu həqiqət deyildi?Daha nə isə hiss etmək və səhvlərdən yaxa qurtarmaq, daha nə bilim nə…, qulaq asın, bu heç də real deyil bəlkə?Necə etmək, nə cür etmək haqlı olmaq deyil hələ.
Maraqlı olan hər şey uydurmadı və bu məhdudlaşmaya ümid etmək , bu məhdudluqdan çıxmaq üçün yollar axtarmaq , qeyri-real olan isə realdı.
-Keçib gedəcək hər şey, hə?
-Nə oldu sənə?
-Bağışla, bağışla.
-Təəssüf, mən sadəcə əvvəl olanları…bu elə arzu olaraq da…
-Buna hələ də ümid edirsən?
-Nə istədiyini bilmək çox vacibdi.
-Başqa cür…
-Sən nə danışırsan?
– Bu gün çox qaranlıqdı.
-Həm də soyuq.
-Başa düş ki, bu asan deyil.
-Sübut eləmək…
-Nəyi?
-Özümü.
-Yox, yox bu belə deyil heç də.
-Özün bilirsən ki…
-Onsuz da…
-Əsas səbəb bu idi?
-Mən də çox təəssüf edirəm.
-Bu həqiqətdi?
-Ciddi soruşursan?
Ernest Hemingwey sümük fərqsizlik içində, nə isə…bu heç də xoş deyildi , baxmayaraq ki, bu çox müəmma idi həm də.Xırda hisslər böyük hisslərin tamlanması üçün …
Heç vaxt belə fikirlər keçməmişdi başından.Hər şey qaydasında olanda Ernest Hemingwey sümük , hər şeyin yerini bilirdi, vəssalam. Başqa heç nə.Onda Sarah Xaraba sümük bir də soruşdu:
-Ciddi soruşursan?
***
gözlənti
“üst mərhələ” silsiləsindən
Alnındakı nəfəs nə idi Qəddafi sümüyün və heç nəyin mümkün olmaması nə idi bilmirdi və əgər belədirsə alnındakı nəfəs -əvvəllər heç vaxt olmamışdı belə şey, yəni onun alnı ilə təmas ilk dəfəydi.Bu pıçıltı nəfəs pıçıltısıydı və bu an və bir-birinə dəyən dişlərin çaqqıltısını eşitmək və bir-birinə dəyən dişlərin 3651 ovsun damcı Budda o tərəfdə- niyə 10 yox, 34 yox, 776 yox, 4483 yox, 5839 yox, məhz 3651 ovsun damcı Budda o tərəfdə eşidilməsi alnındakı nəfəsin gücüydü və kiminsə xahişi bu yerdə tamamilə yersizdi.Ondan yuxarıda olanları realizə etmək və heç nəyi başa düşməmək və bu nəfəslə baş-başa yaxın məsafədə – bu özü də nə isə deyirdi.
-Sağ qabırğa sola!
-Sol qabırğa sağa!
Emosiya nəsə fikirləşməyə, nəyisə araşdırmağa və aydınlaşdırmağa mane olurdu.Bu hədd solda yoxdu və kiçik deyildi. Keçib gedəndə solda olmayan intizar qırılan bir sim kimi heç də gerçək yaxud yalan kimi ,suyun ilk tərpənişi nigarançılıq yaratmışdı.
Suyun ilk tərpənişi nəyisə zühur edəcəyini və bu versiyanın imtina eşqi kimi davam edəcəyindən xəbər verirdi və hələ imtina eşqinin sadalananları ortaya çıxarmasına və bu buluşmada fərdi etirazın betər suçlamalarla və səslənmələrlə bir ovuc irəli çağlayan termini ilə nəticəsiz qalan qırılmalar, yaşantı kontrolu fəhmlə uzaqlaşmağa çağırışıydı və bu cazibədar kölgə şüşə nəqqaşının əl işi kimi çoxmənalı və bu qarmaqarışıqlığın bir parlamadan həqiqət idimi?
Bu müqayisə şüşə nəqqaşıyla imtina eşqinin necə təsir edəcəyini və mum əşyaların təsvirinin süqutundan xəbər verməsi bir uğrama deyildimi? Yoğrulmuş nə varsa hansı biçimdəydisə, bu diləklərin hər şeyin üstündən xətt çəkməsi dolayısıyla uzunömürlü olmamasına aparıb çıxarırdı və gedirdi və yenidən gəlirdi və bu gedib- gəlmə seçim deyildi hələ. Bu hər nədisə üçüncü bir şeydi,bəlkə də diksinmədi,çün diksinmədən sənə sarı dönə bilər, dönməyə də bilər və bu qıcıq gedər, gedər, gedər, yenə qayıdar, qayıdar,qayıdar.
Bu nə deməkdi?
Bəlkə də qaçılmazlıq kimi fiziki və ruhi vaxtda vücud, gümüş və quru üzüm ağa ağ, qaraya qara deməməklə görən bu nə deməkdi, hə.Başqa işlər sırasında qorxu hiss etməmək , ayaq havasına təşnə dolu bir sarsıdıcı normal yaxud anormal çoxmənalılıq təsdiq idi,yoxsa antitəsdiq? Bu imtina eşqi nəyin təkrarıdı?Bəlkə başlanğcdı və bu iddia və iddiasızlıq güc alıb almamaq dönə -dönə təkrarlanır və bəlli olmur ki, bu qaranlıq yenilik diqqəti hara aparır :vücuda, gümüşə yoxsa quru üzümə… yoxsa Qəddafi sümüyün özünə…
***
sag sümüyü sol sümüyə bağlayan bağ
rəngləri yemək də mümkündür (ardı)
“ azərbaycan əhlinə xitab” silsiləsindən
quai” d orsaiı
başa düşmək üçün
huşunu itirənə qədər
içmək lazım da deyildi
hökmranlıq edən imperatorun arvadı
qədim əlyazmadan bu yana
gifts are raining on uz
cümləsini əldə bayraq tutaraq
bunu etməyə sizi nə vadar edir
deyə soruşan anda
gənc bir qız
velosipedini divara söykəmişdi
baxmayaraq ki siqaret çəkməyin
təhlükəli olması haqqında
çoxlu sayda təbliğat aparılmışdı
və hesaba gəlməyən kəsəyən tələsi
yəni atasından çox
anasına oxşayanların
qüssəli qüssəli ataları üçün darıxan
heç bir adam bu ağrıya dözə bilməzdi
və bu çin yeməklərinin əksər vaxt
əriştə və düyüdən ibarət olduğu qədər
aydın olduğundan elə həmin vaxt
seçilmiş nümayəndələrdən bir çoxu
nümayişkəranə tərzdə iclasda iştirak etmədilər
və hamı başa düşdü ki hakimin səlahiyyət müddəti
43 il sonra qurtaracaq
hökumət nümayəndələri bütün qapılara
plomb vurub kiril əlifbasında
qrafikə uyğun olaraq danışıqların
hər hansı formada yenidən başlanmasını
ikinci və üçüncü şəxslərdə işlənən yasaq
və hədə bildirən
və bu məsələni
başqa cəhətdən qiymətləndirir deyib
həyata keçirilməsi mümkün olmayan planları
yaşayarıq görərik ki İTMİŞ adam sümük üçün
ağı demək nə deməkdi
və çayı keçməmiş hop deyən wall streetdə
azerbaiyan and armenia are at war now
cümləsindən başqa hər şeyi bilənlər
qanun bu cür prosedurlara yol verir
və bu südə su qatılmasına
razı olanlara divarın kövrəkliyi
westminister palacedən hamıya məlum fakt
tale dönəmində bizim yaşadığımız yer
buradan uzaqda deyil və new wordun
do not worry him deyən vaxt
uşaqlar həyətdə oynayırdılar
siqaret çəkən adamın üzücü
öskürəyinin olması isə
mən yaxşı bilirdim bütün bunlar isə
şamaxının təklə kəndindən
və şirvan şəhərindən
aydın görünür
***
sən bilirsən? (ardı)
“ sənə nə lazımdı” silsiləsindən
Rəssam Pablo Pikasso sümüyün natural YAZI rəsmi:
Edvard Staxura sümük Kuala sümüyün qucağındakı uşaq sümüyü görəndə , onun yuxulu gözlərində kiçik bir təbəssüm vardı.
-Mənə kömək edərsiz?
Meh Setti Off sümük Sarah Xaraba sümüyə yaman oxşayırdı və bu bənzərlikdə də nəsə vardı. Bəlkə Meh Setti Off sümük elə Sarah Xaraba sümük özü idi.Bəlkə də belə deyildi?
Uşaq sümüyün üzündəki təbəssüm get-gedə azaldı və yox oldu. O bilmədi ki, axşam yatanda həmin uşaq sümüyü tavandan sallanan ipdən asırlar, kətili də çəkirlər ayaqlarının altından.
Məsələ burasında idi ki, hər evdə vardı o uşaq sümük-melo skelet kukla.
Edvard Staxura sümük də asırdı uşaq sümüyü-melo skelet kuklanı və günlərin birində ona “öl”-dedi və öldü, o da kamali-ədəblə onu aparıb qəbristanlıqda basdırdı.
Bu ilk uşaq sümük –melo skelet kukla idi ki, qəbristanlıqda basdırılırdı və burası da vardı ki, Edvard Staxura sümüyün basdırdığı uşağın- melo skelet kuklanln başında tac vardı.Onun “Sağ və sol sümüyün yeni təfəkkürü və 3651 ovsun damcı Budda”kitabında da vardı bütün bunlar. Bu kitaba çevik yanaşmada aqressivlik çatışmırdı və bu sərhədsizliyi bu istiqamətdə atılan ilk addım kimi dəyərləndirmək də olardı, hərçənd kitabda xeyli çatışmazlıqlar da vardı və bu açıq-aşkar görünürdü.
op-be
“ ovutma(q)” silsiləsindən
Suyun dibi yelləndikcə qaranlıq məsafə deyilən bir aranı gözəllər gözəli kimi süddən ağ olsa belə bir üzü yarpaq kimi solan,digər üzü yarpaq kimi solmayan Meh Setti Off sümük yazılanlara xiffətlə “Ya Rəsulullah!”-dedi.
-Xeyir nədi, şər nədi?
Suyun dibi yellənirdi.Uğultu vardı.
Cümlə həşəratlar bağırsağı yerə tökülən hörümçəyin, içəri qaranlıq olsa belə hövlnak yalansız olan hər şeyə əlini qaldıracaqdı. Suyun ilk tərpənişi dirilməkdə olan hər şeyin dənizdən coşqun olduğu qənaətindəydi.
Boş qalmış yeri dolduracaq sümüklər uzanı əlləri-olacaq olanları, olmayacaq olmayanlara müjdə olmuş müjdəçi kimi görürdü.
-Bu gün “Ya Su”-deyəndə ilk dəfə səsləri tanıdı. Kənar –uçurum demək deyildi.
-Mən Suyam.Bilirsın ki, mənə zaval yoxdu.
-Sənə, sənin böyüklüyünə inanıram.
-Upuzun yolda illərin təcrübəsi sənə göstərəcək ki,ilk tərpəniş sənin sümüklərinə səbir əta edəcək.İlk tərpənişdən öyrənəcəyin çox şey var.Fəth bundan başlayacaq.Nəticəni görəndə mənə doğru yüyürəcəksən.
-Doğru söyləyirsən?
-Haqsızlığa qarşı haqq olacaq.
-Bəs ədalətsizliyə?
-Ədalətsizliyə qarşı ədalət görəcəksən.
Bu sözlərdən sümüyü keyimiş Sarah Xaraba sümük dedi:
-Su…Su… Bu təsəvvür fikri qəti edəcəksə ,əhdimiz sümüklərin iniltisini kəsəcəksə, havada uçuşan beşiklər damlanın axması naminə çırpınacaqsa sənə indidən uğur diləyirəm.
-Göyüm- göyüm göynəyən əlvan rapsodiyalar bölgüylə göstəriciləri müəyyənləşdirir, bir ora bax.
-Bu bölgü şərti olacaq yəqin?
-Məna dərinliyi ilğımlı düzdə…
-Nəhayətsizliyə gedir-yəqin belə demək istəyirdin, hə?
-Boşluğa məhəl qoymadan gedirsə , hə.
-Demək sən də suyun ilk tərpənişinə and içəcəksən?
– Hə.
-İlk su şırımları eskiz cızanda ağac daha dizini yerə vurmayacaq.
-An dayanacaq?
-Qeyri-ixtiyar heyrət tər qönçələrin titrəyişi kimi “yaxına gəl”- deyəndə “qaranığın xeyir körpə sümüklər”-cavabıyla…
-Elə deyil?
-Qurban olum belə sehirə.
-Müqəddəslik budu, bu.
-Of…Of…
***
Birinci kitabın sonu
ardı var
Şirvan şəhəri
Divanə Ozan Təklə
(Ağayar Xələf oğlu)
müstəqil yazıçı
Yazıya 855 dəfə baxılıb