24 iyul 2015-ci il, saat 14 00-da Günay Səma Şirvanın “Ayrılan yolların nəğməsi” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcəkdir. Mərasim AYB-nin Gəncə bölməsində ( Gəncə şəhəri İnzibati bina 4-cü mərtəbə) baş tutacaq. “Ayrılan yolların nəğməsi” ilə görüşdə Gəncə ədəbi mühitinin nəhəng söz adamları ilə yanaşı, ədəbiyyata dəyər verən qonaqlar da iştirak edəcəkdir. Xatırladaq ki, Günay Səma Şirvan Ucar rayonunda anadan olub, Lənkəran Dövlət Universitetinin fiologiya fakültəsinin məzunudur. 90-cı illərin sonundan ədəbi-bədii,elmi-publisistik yazılarla mətbuatda, sosial şəbəkələrdə çıxış edir. “Ayrılan yolların nəğməsi” kitabında müxtəlif illərdə qələmə alınmış şeir nümunələri toplanmışdır. Bu, müxtəlif poeziya nümunələri yazarın dərin müşahidə qabilliyətini, hadisələrə bəzən fəlsəfi, bəzən ülvi, məsum baxışlarını sərgiləyir. Kitabda yer almış yapon şeir formalarından olan “hayku” və “tanka”lar da onun ədəbi axtarışlarının rəngarəng olmasından xəbər verir.
Yazıya 784 dəfə baxılıb