“TANRININ HEKAYƏSİ” — Yeni nəşrlər

11850932_1138985236116559_1000950627_n

“APOSTROFF” nəşriyyatında  yazar Günay Səma Şirvanın yeni kitabı işıq üzü görmüşdür.
“Tanrının hekayəsi” adlanan  kitab  “Ayrılan yolların nəğməsi”ndən (Bakı – 2013) sonra yazarın oxucularla ikinci görüşüdür. Kitabda şairin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirləri toplanmışdır.
Müasir cəmiyyətdə qadın taleyi, ədalətsizliyə, haqsızlığa qarşı üsyankarlıq, “itirilmiş” doğmaların ağrısı, nisgili, məsum sevgi notları, “min ilin qəriblik” hissi – poetik axtarışlarının kökündə duran əsas məqamlardır.
Oxucular həmçinin, kitabda müəllifin insan – insan, təbiət – insan münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə tanış olacaqlar.

11 avqust  saat 17:00-da kitabevim.az marketində  kitabın təqdimatı  keçiriləcək.  Bütün şeir, söz sevdalıları dəvətlidirlər.

Günay Səma Şirvanı təbrik edir, Uğurlar arzu edirik!

kultur.az

Yazıya 741 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.