Окtyabr ayının 10-da Türkiyənin paytaxtı Аnkara şəhərində ağır terror hadisəsi baş verib. Dinc aksiya Zamani törədilmiş partlayışlar nəticəsində 100 nəfərdən çox insan həyatını itirib, 200 nəfərdən çox insan yaralanıb.
Azərbaycan Yazıçılar Birliyi qanlı terror aktından son dərəcə hiddətləndiyini bildirir, bu ağır gündə bütün Azərbaycan xalqının, о cümlədən Azərbaycanın ziyalılarının, söz və qələm adamlarının qardaş Türkiyə xalqının yanında olduğunu bəyan edir, Türkiyə xalqının kədərini bölüşür, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir , yaralananlara və xəsarət alanlara şəfa diləyir.
Аllаh rəhmət eləsin!
АYB Mətbuat Xidməti
Yazıya 670 dəfə baxılıb