Londonun mərkəzindəki məşhur Biq Ben saatı təcili təmir olunmaq üçün 4 ay müddətinə dayandırılacaq
Oxu.Az-ın məlumatına görə, bu barədə Daily Mail qəzeti yazır. Parlamentin iclasında səslənən hesabatda bildirilir ki, saatın əqrəblərində ciddi problemlər var və əgər təcili təmir işlərinə başlanılmasa sonra gec olacaq. Təxmin edilir ki, saatın təmirinə 29,2 milyon funt sterlinq vəsait sərf ediləcək. Bəzi deputatlar isə hesab edirlər ki, Biq Ben Böyük Britaniyanın demokratiya və yüksək beynəlxalq statusu rəmzidir. Saatların dayandırılması parlamentin nüfüzunun düşməsinə səbəb olacaq.
Əgər layihə qəbul olunarsa, bu saatların tarixində ən uzunmüddətli təmir işləri olacaq.
Source:
Yazıya 695 dəfə baxılıb