“Arazbarı” şeirlər kitabı Kazanda nəşr olunacaq

arazbarikitabTatar oxucular azərbaycanlı şair-publisist Sona Vəliyevanın şeirlərini öz doğma dillərində oxuya biləcəklər

Adəm Abbaslı/AZADİNFORM. Oktyabrın 17-dən 24-dək Tatarıstan paytaxtı Kazanda səfərdə olan tarixi romanlar müəllifi, “Olaylar”ın təsisçisi və baş redaktoru dr. Yunus Oğuz və Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı bir sıra yad-daqalan görüş və müzakirələrdə iştirak etmiş, Kazanda yerləşən önəmli qurum və quruluşlara, nüfuzlu kitabxanalara kitablar bağışlamışlar. 

Azərbaycanlı yazarlar, həmçinin yaradıcılıq baxımından əməkdaşlıq imkanlarını dəyərləndirmiş, müvafiq razılaşmalar əldə etmişlər. Belə razılaşmalardan biri də Tatarıstanda Azərbaycan, Azərbaycanda tatar yazarlarının müəllif kitablarının və ayrı-ayrı yaş qrupları, mövzular və janrlar üzrə topluların nəşr edilməsi ilə bağlı olmuşdur.

Qeyd edək ki, ilkin olaraq, Sona Vəliyevanın artıq Bakıda və İstanbulda işıq üzü görmüş ünlü “Arazbarı” şeirlər kitabının tatarcaya tərcüməsi başlanılmışdır. Şeirləri tatarcaya istedadlı yeni nəsil şairlərindən Rifat Salax çevirir. Onun Sona xanımdan etdiyi bəzi tərcümələr tatar ədəbi dərgilərində yayınlanmışdır. Şeirlər tərcümə olunduqdan sonra, o, Kazandakı nüfuzlu nəşriyyatlardan birində işıq üzü görəcək və kitabxanalara, mədəniyyət ocaqlarına, nüfuzlu ədiblərə paylanacaq, habelə Tatarıstanın kitab şəbəkələri vasitəsi ilə oxucuların ixtiyarına veriləcəkdir.

Kitabın Tatarıstanda və Azərbaycanda təqdimatının keçirilməsi də nəzərdə tutulub.

Yazıya 696 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.