Elmar VÜQARLI – SƏN BAĞLANMALIYKƏN DÜYÜN DÜŞMÜSƏN ÖZÜNƏ (tək şeir)

Elmar VÜQARLI“Bir gün varlığından xəbərsiz qalsam,

dəli olaram”, – dediyin insanın

üstündən aylar keçdi,

illər ötdü.

Və mən səni itirərək tapdım.

Tərk etdiyim həmin yerdəsən, bilirəm,

amma eyni adam ki deyilsən?!

Gördünmü ki, insan düşüncələrdə yaşayıb,

qəlblərdə ölərmiş.

Özün tez-tez deyərdin,

ürək etibarsızdır,

odu, yanğısı sönərmiş.

Hər güləni xoşbəxt olmadığı kimi,

hər ağlayanı da bədbəxt deyil bu dünyanın.

Sən bağlanmalıykən

düyün düşmüsən özünə.

Gözlərdən hər zaman

göz yaşı düşmür,

gözlərdən, görürsən,

adam da düşür,

sevgi də,

həyat da,

ölüm də düşür,

özün də düşürsən,

sözün də düşür.

Bu gecə bitirdim zamanı,

üflədim keçmişimi

toz kimi boşluğa.

Sonra döndüm, aynaya baxdım ki,

yenə yanımda özüməm.

Bütün hər şeyə rəğmən

vidalaşdım bəzi sözlərlə,

sən deyə başlayıb,

biz deyə bitənlə.

Artıq gəlməsən də olar…

Yazıya 440 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.