“Sülhə qanad olaq” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək


Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə “Sülhə qanad olaq!” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək. Tədbir rəssam Nəvai Metinin tərtibatçısı olduğu “Dünya Sülh Rəssamları” kataloqunun V hissəsinin təqdimatına həsr olunub.

Sərgi 29 yanvar – 1 fevral tarixlərini əhatə edəcək. Açılış mərasimi 29 yanvar tarixində saat 16:00-da baş tutacaq.

Tədbir Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunacaq.

Sərgidə müxtəlif ölkələrdən olan rəssamların sülh, humanizm və bəşəri dəyərləri tərənnüm edən əsərləri nümayiş etdiriləcək. Layihənin əsas məqsədi incəsənət vasitəsilə sülh ideyalarını təbliğ etmək, mədəni dialoqu gücləndirmək və beynəlxalq yaradıcılıq əməkdaşlığını təşviq etməkdir.

“Sülhə qanad olaq” sərgisi incəsənətsevərlər üçün açıq olacaq.

Yazıya 11 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.