“Poladın izi ilə” – Polad Həşimovla bağlı filmin təqdimatı keçirildi

36d54-1651660877

Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan “Poladın izi ilə” filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Elnur Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, ictimaiyyət nümayəndələri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak ediblər.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

1651732010716041811_1000x669

Yazıya 157 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.