Novruz adətləri

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

  1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
  2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
  3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
  4. Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
  5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.Səməni xonçaları bəzəmək.
  6. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
  7. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
  8. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
  9. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
  10. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
  11. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
  12. Novruz oyunları oynamaq. Məsələn, ənzəli

Bayramlıq

Adətə görə , Novruz axşamı nişanlı qızların adına oğlan evi tərəfindən gətirilən bayram sovqatı saçaqlı tirmə şalla örtülmüş xonçalar , zərli boxçalar yan – yana düzülür.
Sovqat ipək parça , baş yaylığı kəlağayı , zinət əşyaları , müxtəlif “Bayram yemişi”qırmızı alma , rəngbərəng yumurta , yeddi növ şirniyyat və s ibarət olur. Xonçalar , səməni və əlvan şamlarla bəzənir.Digər xalq bayramlarında olduğu kimi Novruz bayramında da alnına , ayaqlarına xına (həna) qoyulmuş ,boynuna qırmızı parça sarınmış zınqırov asılmış toğlu ,qoç da aparılır. Gələnlər bu əziz bayram münasibətilə gözaydınlığı verərlər, bir – birini təbrik edərlər , el alqışlarına üz tutarlar : – Bayramınız mübarək neçə – neçə belə bayramlara çatasınız!
 Ömrünüz – gününüz bahar ətirli olsun üzünüzə xeyirli ,nurlu sabahlar açılsın , deyərlər.

 

Ev görmə 

Novruz bayramı günlərində təzə evə köçənləri təbrikə gedərlər . Yeni ev tikənlər cəhd edirlər ki , Novruz bayramına yaxın köçüb orada yerləşsinlər . İnama görə yeni ilin təzə evdə qarşılanması ailəyə uğur, xoşbəxtlik gətirər Qohum – əqrəba , dostlar -yaxınlar təzə evə köçənləri hədiyyələr və bayram sovqatlarıyla təbrikə gəlir ,ev sahibinə cansağlığı ,xeyir – bərəkət ,xoş günlər arzulayırlar.

Sünbül xonçası 

 

Novruz axşamında yaşlı olanların evinə aparılan pay xonçada Novruz bayramı süfrəsi üçün hazırlanmış nemətlər ,göyərdilmiş səməni ,ailə üzvlərinin sayı qədər şam , səməni olmaqla bərabər bir quru buğda sünbülü də olur . Bu sünbül evə bərəkət , artım payı olaraq gətirilir.

 

Novruz adətləri və təbriki

 

 

Əziz Oxucular! Sizi Baharın gəlişi,Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirik.
Həyatınız bahar kimi rəngli,gül ətirli,Novruz xonçası kimi şirinliklərlə dolu olsun.
Novruz evinizə bərəkət,sevinc,xoşbəxtlik gətirsin.
Bayram abu havasın hər zaman hiss edəsiz.
Neçə belə illərə çıxasız ən sevdiklərinizlə bərabər.

Yazıya 2459 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.