***
Ruhlar var dostum,
Ruhlar;
Yerə,göyə sığmayan…
Baxmaq istəməzlər Gözlərdən,
Üzmək istəməzlər Damarlarda;
Məhkum olduqları Bədənlərdən,
Həsrətlə boylanarlar
Azadlığa.
Yorğun,bitkin halda…
Uçmaq istərlər,
Elə hey,uçmaq;
Yoxluğun başladığı,
Varlığın bitdiyi yerə,
Cənnətin tapıldığı,
Tanrının itdiyi yerə..
Sevginin gəldiyi,
Hər yerin eşq
Olduğu yerə,
Ölümün öldüyü,
Zamanın Durduğu yerə…
Ruhlar var,dostum,
Ruhlar;
İncimələri,
Bir sözdən,səsdən asılı,
Toxunuldumu,
Qəfəslərini paramparça etmək istərlər,
Soyunub cəhənnəm libaslarını məzara;
İtmək istərlər…
Ruhlar var dostum,
Ruhlar,
Getmək istərlər,
Sadəcə,
Getmək istərlər…
Ümid, Canını kimə tapşırsın,
Hamıda bir tikə ölümü dadır..
əlimdən məzarlıq qoxusu gəlir,
O isə, israrla əlin uzadır..
Qaç məndən uzağa,
Qaç,
Yaşamaq istərsən,
Sənəki,yaraşmaz yarımçıq ömür;
Ayrılaq,
Boşanmaq istərsən..
Mən,
Günəşin batışı,
Sona çatmaqdayam;
Mən,
Sənin aldanışın,
Ölümün Arzusuna çatmaqdayam.
Uzaq dur…
***
Qana susamış damarları
Qırmızının yoxluğuna inandırmaq..
İşığa möhtac qaranlığın
Günəşə uzanan əllərini bağlamaq..
Gözləri,
Dərinliyinə ən saf duyğuların,
Rəng çalarlarıyla çəkilmiş rəsmi,
Görməməyə alışdırmaq..
Allaha açılan əlləri bağlayıb,
Yumruq-yumruq döymək
Göy üzünü,
Yer üzünü..
Tanrıdan qaçıb tanrılaşmaq;
Və çığırmaq dəlicə,
Görmək istəyənlərin,
Üzünü,
Özündə göstər özünü..!
***
Elə əllərinin qabarına,
Dırnaqlarının arasına yığılan
Zəhmət kirinə yaraşırdı sevmək.
Elə pas tutmuş
Dəmir qoxulu üst-başına,
Alnının tərinə yaraşırdı sevmək..
Elə pulqabına
Nifrət edən kağızlara;
Cibində kilsə zəngi çalan
Qəpiklərə yaraşırdı sevmək..
Elə xəyallarının
Altında əzilən ruhuna,
Ümidlərinin vurduğu
Təpiklərə yaraşırdı sevmək..
Dünyanın ağasına,
Bəyinə yaraşırdı sevmək..
Sən,ay kasıb,yetim adam,
Nəyinə yaraşırdı sevmək..!?
“Noyabr tanrısı”
Soyuqdu,soyuq,soyuq…
İçim tir-tir əsir;
Üşüyürəm.
Yaşatmayacaqdın,Tanrı,
Bu qışı yaşatmayacaqdın.!
Keçdi,
Səninlə barışmaqdan keçdi,
Uşaq ürəyimin Sevgisinə,
Atmayacaqdın Tanrı,
Daş atmayacaqdın..!
Unut mən adlı bəndəni,
Əlini çək yaxamdan,
Cəhənnəmsə yerim,
Olsun;
Göndər,
Göndər gəlsin arxamdan…
Unut Tanrı,unut,
Elə bil heç yaratmadın,
Üsyansa bu,
Üsyansa,
Olsun..!
Üsyan edirəm;
Öldürdün,yaşatmadın..!
Yağdır yağışını,
Yağdır qarını,
Bumbuz küləyini əsdir içimə…
Düşünmə qapanıb ayaqlarına
Mərhəmət umacam-
“Bağışla,
Bağışla,
Qanımı bəsdir,içmə..!”
Unut məni Tanrı,
Unut,
Elə bil bədənimə,
Öz ruhundan üfürmədin,
Bir günah işləmədim;
Özünü də unut Tanrı,
Unut ki,
Yaratdığının,
Varlığına tüpürmədin…
“Qiyamət”
Alnına dayadığın
Silahın tətiyini
Çəkərsən,
“Sur” çalınar;
Hər kəsi öldürməyə,
Dünyanı dağıtmağa,
Bir intihar bəs edər…
“Oktyabr…”
Oktyabr və Sən…
Heç kimi gözləmirdim;
Ürəyimin qapısın
Döyəcək barmaqları,
Sıxıb ovuclarına,
Gözləmirdim gələsən…
Oktyabr və mən..
Çıxıb özüm özümdən,
Gedirəm;
Uzaqlara…
Dünyanı sevgi deyil,
Uşaqlar qurtaracaq..
Gedirəm;
Səni də,sevgimi də,
Lap elə dünyanı da,
Tapşırıram gunahsız,
Tərtəmiz uşaqlara…
Yazıya 645 dəfə baxılıb