Azərbaycanda matəm elan olundu

12301505_987046724700237_4628741983869266642_n

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.
Azərbaycan prezidenti İlham Əliyev qərarına əsasən, 6 dekabr 2015-cı il mətəm günü elan edilib. Respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib, əyləncə xarakterli tədbirlər təxirə salınıb, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.
Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olunduğu, 1 nəfərin həlak olduğu , 30 nəfərin isə  itkin düşdüyü etiraf olunur.

Yazıya 681 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.