Tanınmış şair -rəssam Məmməd Dəmirçioğlu ürək çatışmazlığından dünyasını dəyişib.
Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun İncə Dərəsində – Qaymaqlı kəndində dünyaya gəlib. O, “Dəmirçioğlunu dindir”, “Eşqəm”, “Səhra gülləri”, “Söz-söz açılan göy üzü” kimi kitabların müəllifidir.
Müxtəlif mövzularda çəkdiyi rəsmlərlə rənglər dünyasının sirrlərini açan şair- rəssamın ölümü haqqında məlumatı mediaya kürəkəni Babək Məmmədli bildirib.
Məmməd Dəmirçioğluna Allahdan rəhmət, sevənlərinə başsağlığı diləyir, bir yarpaq şeirlə xatirəsini anırıq:
Gərdişi- dövrana bax,
Vuranın amanı yox.
Səbirlə dözənlərin,
Sabaha gümanı yox.
Uyub getdim gör nəyə,
Nəyə baxsın kor, nəyə?
Baxıb məni görməyə
Zamanın zamanı yox.
Ömür bircə anlıqdı,
İşıqdı, qaranlıqdı.
Qul olan qurbanlıqdı,
Kəsənin imanı yox…
Yazıya 721 dəfə baxılıb