İçərişəhərdə qeyri-adi Yeni il yolkası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Yeni il bayramı ərəfəsində Qız qalası yaxınlığında qeyri-adiliyi və orijinallığı ilə seçilən möhtəşəm art-yolka quraşdırıb.

İdarədən Azərtac-a bildirilib ki, bu ilki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir. İnstalyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır.

İçərişəhərdə qeyri-adi Yeni il yolkası

İdarə şəhərimizin sakinlərini və qonaqlarını qarşıdan gələn Yeni il bayram günlərində bir daha İçərişəhərə dəvət edərək onun qədim küçələri və çoxsaylı muzeylərini ziyarət etməyə tövsiyə edir.

Yazıya 724 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.