Məhəmməd TURAN – Toy nəğməsi…

12119004_1644259745815327_8563565984306098338_n(3)Əlinə düzülmüş o göyçək xına,

Bəzəsin ömrünü ömrün boyunca…

Dədə evindəki “qız otağın”a

Birdə bax ,  birdə bax , bir də doyunca…

.

Həyat cənnət olsun ayağın altda,

O göyçək gözündən sevinc tökülsün…

Sabah açılmasın gün ağaranda,

Sevdiyin güləndə gecən sökülsün…

.

Ağlama kövrəlmə bu toy günündə

Yaşın o daş-qaşa təzə nur əkir…

Xoşbəxt ol , xoşbəxt ol – yeddinci qatda

Kövrəlmə uzaqda bir göz yol çəkir…

.

Şair təbim…

Aşır-daşır sığışammır,

Bu dünyaya şair təbim…

Atır oxu qüssə-dərdə,

Dönür yaya şair təbim…

.

Aşır ömrümün boyunu,

Aşır könlümün boyunu,

Oyuna qatır oyunu,

Kövrələndə şair təbim…

.

aparır sabaha məni

Bəlkə neçə əsrlərdi…

Başıma salacaq dəni

Ömrümə yox şair təbim…

.

Paydı vallah əvəzi yox

kədərin də ləzzəti çox…

Tutacaqdır hər zaman tox

Gözlərimi şair təbim….

.

Sevgi yaş tanımır…

Sən mənim ömrümə gələndə gülüm,

Cığaz ürəyimin dörd yaşı vardı…

Mənim əllərimdə sənin əllərin

Bütün uşaqların “beşdaş”ı vardı..

.

Pöhrə sevgi idik həyat bağında

Ehh şirin-şirin də söhbət edərdik…

Arada öpərdim qızıl saçından

Sevgiylə odlanıb eşqə gedərdik…

.

Nənəmə vermişdin şəklini gülüm

“Nəvənə verərsən” demişdin hələ…

Ay allah dörd yaşın sevgisinə bax

Qüdrəti oxşardı çağlayan selə…

.

Düşür hər xatirə yadıma bir-bir

Neyləyim kövrəldir şair qəlbimi..

Nə olsun uşaqdıq? Qanıram indi

Hələ sevməmişəm sən tək heç kimi

.

Şairə sevmək olmazmış…

Yolunda daş kəsək bitər.

Gələn gedər gedən ötər.

Quru canı batar itər.

Şairə sevmək olmazmış.

.

Naləlidi dili könlü…

Ağ bəxti var qara günlü…

Başdan başa eşqdi ömrü…

Şairə sevmək olmazmış…

.

İnsanlarda könül çiymiş

Həyat çiymiş , ömür çiymiş..

Eşq şairə qənimiymiş

Şairə sevmək olmazmış..

.

Yenə ərşə qalxıb , diləyim Allah…

Yenə ərşə qalxıb diləyim Allah

İlhama köklənən günlərimdəyəm…

Gülüşü unudub yanağım Vallah

Qüssədən yüklənən günlərimdəyəm…

.

Elə gözüm baxır yola yol çəkir…

Heç bilmirəm dərdim nədir , ünüm nə?

Bu durğunluq vərəqlərə nur əkir

Şeirlər çoxalır  , noolsun? günüm nə?

.

Həsrətmi bu qədər qəlbimi yoran?

Yoxsa qəriblikdi ya da ki nədi?

Yaman deyinirəm vallah ömürdən

Həyatın çörəyi dizlərimdədi…

Yazıya 897 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.