Aydan Umud – Vətənim

aydanVətən, sən mənim hər şeyim

Ürəyimdən axan qansan.

Vətən, sən mənim dünyamda

Müqəddəs bir ağ torpaqsan.

 

Yellər kimi əsib coşan,

Sellər kimi aşıb daşan,

Dəniz kimi dalğalanan

Üçrəngli al bayrağımsan.

 

Azərbaycan, ey şanlı keçmişə sahib

İgidlər, nərlər torpağı…

Söylə, haykır bu dünyaya

Qoy bütün aləm bilsin ki,

Neçə-neçə qəhrəmanlar, mərd oğullar

Mübarizlər şəhid verdin.

Başın sağ olsun, ey vətən!

 

Odlar yurdum Azərbaycan!

Səsin gəlsin ucalardan.

Sən bugünüm, sabahımsan

Dünyanı lərzəyə salan

Muğamım, Tarım, Sazımsan,

Qarabağım, Xocalımsan!

Yazıya 2795 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.