İlqar Məmmədov – Atam

images                   Qocalır mənim atam saçlarına dən düşür,

Ele bil ki, uca dağdı zirvəsinə çən düşür,

Bu saçlara baxanda yadıma hərdən düşür,

Oturardıq atamın dizləri üstündə biz

Saçlarını didərdik

Qara tüklər içində ag tükləri seçərdik

Onda atam cavandı,biz isə uşaq idik

Bəs haradan biləydik,

Hardan biləydik ki, biz

Təzə ağaran tüklər müdrikliyin rəmzidir

Qocalığa nişanə rənglərin ağ rəngidir

Yazıya 604 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.