Türkiyə sərhəddə erməni ovuna çıxır – Əməliyyat

ovErməni mətbuatı və sosial şəbəkələrində yayılan statistik göstəricilərə görə, Qarabağ klanının zülmündən yaxa qurtarmağa çalışan ermənilər hazırda daha çox Türkiyədə məskunlaşmağa cəhd edirlər.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi xəbər verir ki, son 3-4 ay ərzində Türkiyəyə gedən ermənilərin sayı artıb.
Bəzi ekspertlər Türkiyədə baş verən terror hadisələrinin fonunda ölkəyə erməni axınının heç də sosial-iqtisadi vəziyyətlə bağlı olmadığı, PKK-ya dəstək vermək və ya kəşfiyyat işi görmək istəyənlərin hesabına artdığı qənaətindədirlər.
Açıq şəkildə olmasa da, Türkiyə hüquq mühafizə orqanlarının “erməni ovu”na başlaması barədə bəzi xarici informasiya saytlarında məlumatlar gündəmə gəlir. Xəbərlərə görə, Türkiyə sərhəd keçid məntəqələrində nəzarəti gücləndirib və bir çox Ermənistan vətəndaşı geri qaytarılıb.
Türkiyənin vətənpərvər jurnalistlərindən ibarət bir qrupun apardığı araşdırmalara görə, Türkiyə sərhədini keçə bilməyən ermənilər qonşu Gürcüstana üz tutur və orada qeyri-leqal yollarla 400-500 dollar məbləğində pul xərcləyərək Gürcüstan pasportu əldə edirlər. Daha sonra bu pasportlarla və saxta adlarından istifadə edərək Türkiyə sərhədini Gürcüstan vətəndaşı kimi keçirlər. Sərhədi uğurla keçərək Türkiyə ərazisinə daxil olan həmin ermənilərin əsasən vəzifəli şəxslərin, onların yaxınlarının və dövlətlə əlaqələri olan iş adamlarının evlərində müəyyən işlərə düzəlməyə və onların nüfüzundan istifadə edərək öz məqsədlərinə çatmağa can atdıqları bildirilir.
Qeyd edək ki, bir müddət öncə Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy Türkiyə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində terrorçularun öz təlim bazalarını Ermənistanın işğalı altında olan və nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisinə köçürmək niyyətində olduğunu açıqlamışdı.
Ekspertlər hesab edirlər ki, daim ASALA, ARABO kimi terrorçu təşkilatlara qucaq açan seperatçı rejim bu dəfə də PKK yaraqlılarını müdafiə edir, onların sıralarını öz vətəndaşları hesabına artırır və müxtəlif üsullarla Türkiyəyə göndərilməsini təmin edir.(Axar.az )

Yazıya 596 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.