Pentaqon İŞİD-in yüksək rütbəli səhra komandiri Ömər əş-Şişaninin (Çeçen Ömər) öldüyü barədə məlumat yayıb.
Cihadçıların hərbi naziri vəzifəsini icra edən Şişaninin çoxsaylı yaralara görə həyatını itirdiyi bildirilir.
Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin sözlərinə görə, İŞİD komandiri bir həftə əvvəl ABŞ aviasiyasının hava zərbələri zamanı yaralanıb.
Martın 13-də Suriya Müşahidə Şurasından Şişaninin vəziyyətinin kritik olduğu barədə məlumat yayılmışdı.
Ömər əş-Şişanini İŞİD lideri Əbubəkr Bağdadinin hərbi məsələlər üzrə əsas məsləhətçilərindən biri idi. O həm də Rakkada əcnəbilərin saxlanıldığı həbsxanaya nəzarət edirdi.
Şişaninin başına 5 milyon dollar qoyulmuşdu. Əslən çeçen olan Əbu Ömər Gürcüstanda anadan olub. Onun əsl adı Tarxan Teymurazoviç Batiraşvilidir.(Strateq.az)
Yazıya 395 dəfə baxılıb