Xərçəng xəstəliyi haqqında 5 vacib -Məlumat

xercengMüasir dövrün ən böyük qorxularından biri də xərçəng xəstəliyidir. Dünyada hər il minlərlə insan bu xəstəliyə yoluxur.
Bunun ən böyük səbəblərdən biri də məhz məlumatsızlıqdan qaynaqlanır. Biz bu qorxulu xəstəlik haqqında nə bilirik? Xərçənglə mübarizə etmək üçün nələr etməliyik? Gəlin özümüzü və sevdiklərimizi sığortalamaq üçün, bu xəstəliyin yaranma və inkişaf etmə prosesiylə tanış olaq.
Xərçəng xəstəliyi necə yaranır?
Bədənimiz müxtəlif hüceyrə növlərindən ibarətdir. Bir insanda mövcud olan hüceyrələrin ümumi sayı təqribən 100 trilyona qədərdir.  Ölü hüceyrələrin yenilənməsi və yaralanan toxumaların bərpası məqsədilə hüceyrələr bölünür. Mürəkkəb bir sistem lazımi yerlərdə uyğun miqdarda hüceyrə istehsalını və düzgün genetik bazayla təchiz olunmasını təmin edir. Hüceyrənin hara aid olduğu, nə qədər bölünə biləcəyi və nə vaxt öləcəyi barədə məlumatlar hüceyrə nüvəsində qeyd edilir. Hər bölünmədə bu məlumat kopyalanıb bala hüceyrəyə ötürülür. Bu proses bədənimizdə hər saniyə milyon dəfələrlə təkrarlanır. Nəzarətli olaraq həyata keçirilən hüceyrə bölünməsi, bədənimizi işlək halda saxlamağa kömək edir. Genetik məlumat səhv oxunduğu hallarda isə hüceyrə mutasiyaya, bir başqa ifadə ilə desək daimi dəyişikliyə məruz qalır.
Mutasiya (daimi dəyişiklik) nə deməkdir?
Mutasiyaya uğrayan hüceyrədə sağlam hüceyrədən fərqli olaraq, parçalanma və orqanizmdəki funksiyasına dair müxtəlif məlumatlar qeyd edilmişdir. Ehtiyac olmasa da, bu hüceyrə bölünür. İmmun sistemi xətalı hüceyrələri bərpa edə bilmir və bu yolla da mutasiyaya uğrayan hüceyrələr varlıqlarını davam etdirir. Nəzarətsiz parçalanma başlayır və uzunmüddətli dəyişikliyə məruz qalmış hüceyrələr çoxalır. Hüceyrələrin həddən artıq çoxalması mütəxəssislərin neoplaziya adını verdikləri şişkinlik və tumorlar əmələ gətirir. Beləliklə, həmin qorxulu şiş meydana gəlir. Bu şişlər də öz növbəsində xoş xassəli və pis xassəli olaraq iki yerə bölünür. Pis xassəli olan şişlər də xərçəng adlanır.
Pis xassəli şişin xoş xassəli  şişdən fərqi nədir?
Pis xassəli şişlər sürətlə böyüyür. Mövcud olduqları toxuma və orqandan kənara çıxaraq, digər orqan və toxumalara da yayılıb, zərər verə bilir. Xərçəng bəlli olmadığı bir anda qan-limfa damarları orqanizmin başqa nöqtələrinə sıçraya bilir. Bu vəziyyətə “yerdəyişmə” mənasında işlədilən metastaz adı verilir. Metastaz halında adətən ağciyər, qaraciyər və beyin kimi orqanlar hədəf olur.
Xoş xassəli şişlər isə daha yavaş böyüyür. Yayılmır, sadəcə olduqları yerdə böyüyür və damarlar vasitəsilə bədənin başqa nöqtələrinə sıçramır. Metastaza səbəb olmurlar. Ümumiyyətlə, həyatı təhlükəyə yol açmırlar. Əməliyyatla alındıqda nadir hallarda yenidən böyüyürlər. Hər xərçəng hadisəsi ölümlə nəticələnməyə bilər. Erkən diaqnoz, müalicə şansını artırır.
Xərçəng hüceyrəsi özünü gizlədə bilərmi?
Xərçəng xəstəliyi olan hüceyrələr sağlam hüceyrələrin tipik xüsusiyyətlərini əks etdirərək özlərini “görünməz” edə bilirlər. Beləliklə, müəyyən edilməmişdən uzun müddət əvvəldən özlərini gizlədə bilirlər. Bu bəzən illər, hətta on illərlə vaxt ala bilər. Mutasiyaya uğramış xərçəng hüceyrələrinin qocalma və ölüm dövrləri sağlam hüceyrələrdəki ilə eyni olmaya bilər. Xərçəng xəstəlikli hüceyrələr bir mənada ölümsüzdürlər.
Xərçəng nə üçün ölümcüldür?
Ölümə yol açan xərçəngin nəticələridir. Daimi dəyişikliyə məruz qalmış hüceyrələrin məhv etdiyi orqanlar artıq öz funksiyasını yerinə yetirə bilmir. Qaraciyər xərçəngi zamanı qaraciyər funksiyalarını yerinə yetirə bilməz. Bədənimizdə təmizləyici vəzifəsi görən qaraciyərin işləməməsi isə ölümə aparır. Eyni vəziyyət böyrək və ağciyərlər üçün də keçərlidir. Bir sözlə, xərçəng bizim üçün həyati əhəmiyyətə malik olan orqanları sıradan çıxarır.(Qaynar.info)

 

Yazıya 576 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.