27 Sentyabr – Anım Günü münasibətilə Ədalət Partiyasının üzvləri Zəfər Abidəsini ziyarət ediblər.
Partiya üzvləri Zəfər Abidəsinin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyan gündür. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə 44 gün davam edən Vətən müharibəsi başlayıb. Döyüşlər zamanı Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək Vətən uğrunda canlarından keçiblər.
Vətən müharibəsi Azərbaycan tarixinin mühüm səhifələrindən biri kimi yadda qalıb. Müharibə zamanı şəhid olan hərbçilərin əziz xatirəsi bu gün də xalqımız tərəfindən böyük ehtiramla yad edilir.
27 Sentyabr – Anım Günü Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilib və hər il sentyabrın 27-də qeyd olunur.
Yazıya 9 dəfə baxılıb



















