Mən on səkkizlərimdə,
Tamamilə başqa idim..
Gözlərim günəşdən parlaq,
ərkəsöyün
biraz şıltaq…
Saçlarımı heç yığmazdım,
qıvrılardı xumar- xumar
buruq tellər çiyinlərdə..
Qırçın- qırçın ətəkləri,
bənövşəyi geyimləri
çox sevərdim..
Dolaşardım addım-addım,
gəncliyimin sətirlərin…
Çoxların bihuş edərdi
o bahalı ətirlərim..
İnanmazdim təsadüfə,
hər günümü,
son gün kimi yaşayardım…
Qavramazdım məsuliyyətin anlamını,
xəyallarim yüksəklərdə,
baxışlarım üfüqlərdə,
buludlardan boylanardım..
Mən on səkkizlərimdə
Tamamilə başqa idim…
Gülərdim mən,
qəhqəhəylə..
Kimsə sevgidən bəhs etsə,
deyərdimki sevgi-yoxdur..
Dəlisiz siz?!
inanmayin..
…taki sənə rast gəldiyim
günə qədər
Gülərdim mən
kimsə gözlərdən yaş töksə
deyərdimki bir oğlanın
göz yaşına aldanmayın
…taki sənə rast gəldiyim
günə qədər…
Mən on səkkizlərimdə
tamamilə başqa idim..
Sevgini bir ümid bilib
mən qoynuna sığınmışdım..
Çoxdandı sən demə təkdim
sevilməkçün darıxmışdım..
Bir qadını xoşbəxt etmək
gör necə də asant imiş…
Leylini də Leyli edən
sadəcə
MƏhəbbət imiş…
İllər keçib,
Böyümüşəm..
Həsrət ilə..
daha çiyinlərim görmür
o qapqara saçlarımı..
Mən xəlvətcə gizlədirəm
şal altında ağlarımı..
Məhəbbətsə qalıb hələ,
həmin qıvrım tellərimdə..
qırçın-qırçın ətəyimin
güllərində..
Libasımın kəmərində
sarılıbdı mənə bərk bərk..
Məhəbbətsə qalıb hәlә,
həmin gəncin həsrətində…
İndi geri cağırsamda
Gecdir artıq…
Gecdir artıq…
Ürәyim çırpınır yenә,
Mənim “on səkkizlərimdə”..
Bir şəhər tap…Gözdənuzaq… |
Bir şəhər tap..
Gözdən uzaq…
Hər günümü sən oğurla,
Ya satın al həyatımı bir dükandan,
Yoxsa gəlib birgecəlik
Sevmədiyim biriləri götürərlər kirayəyə,
Yaşayarlar ürəyimdə
Mən olmadan…Sən olmadan…
Hər ay sonu dağıdarlar ümidimi,
sonra tərk edib gedərlər
Uçuq- sökük bir ev kimi…
Bir şəhər tap
Gözdən uzaq…
səbəblərim heç olmasın
qaçmaq üçün..
neçə ildir gizlətdiyim sirlərimi
açmaq üçün
Bir şəhər tap
Gözdən uzaq…
Orda küləklər əsməsin
saçlarıma düzən verib görüşünə gələn vaxtı
pozmasın meh tellərimin sırasını…
Axı onlar neçə ildir gözləyirlər,
əllərinin sığalını…
Bu halımı soruşmaqçün kimsələrin olmadığı
Bir şəhər tap
Gözdən uzaq..
Tərkedilmiş arzuların ünvanına apar məni
Toz basıb bax!
O gənc oğlan o şıltaq qiz..
Necə ağılsız olduq..Ax!..
Bir şəhər tap
Gözdən uzaq….
Bir şəhər tap
Gözdənuzaq…
Sükut qoxsun küçələri,
əlimdən tut gecələri,
Tapılmasın biriləri,
ki,nəzərin salsın bizə..
Sual dolu,qınaq dolu baxışlarla,
süzməsinlər bizi gizlin
Rahat-rahat dolaşacaq bir park olsun
Birdə şirin bir pambiq al..
Uşaq təki dadım ondan,
Qaça- qaça keçib yoldan,
Sarmaşıq tək dolanım mən boğazına..
Səndə mənə bərk- bərk sarıl,
nəfəsimi tükət qorxma!
Neynəyirsən gülsatanı?
Güləvəzi məni qoxla..
Bİr şəhər tap..
Gözdən uzaq,
Bİr şəhər tap… |
|