ƏDƏBİ TUFANLAR QARŞISINDA…
VƏ YAXUD
ARZULARI ÜMİDƏ KÖKLƏNƏN ŞAİR
Arzuları ümidə köklənən cəbrayıllılardan biri də, şəxsiyyəti və qələmi ilə fəxr edilən şair İsmayıl İmanzadədir. Şairdən söz düşmüşkən qeyd edək ki, bu günlərdə paytaxt Bakıdakı İstiqlal Muzeyində Biləsuvar Regional Mədəniyyət İdarəsi Kiçik Qafqaz dağlarının ətəyində bir diyar var… O diyar ki, qədim dövrlərin tarixini və çeşidli olaylarını özündə əks etdirir. Tanrı bu, diyara zəngin təbət sərvətləri və istiqanlı, mərd insanlar bəxş edib. Çələbilərin ruhu dolaşan torpaqda “Divlər sarayı”, Hacı Qaraman” ocağı, Sultan Həmid abidə kompleksi… və bir sıra müqəddəs məbəd və türbələrin yerləşməsi rayonun qədim tarixə malik olmasından xəbər verir. Yalnız Xudafərin körpülərini yada salsaq bu, yerlərin nə qədər dəyərli bir məkan olduğunu anlayarıq.
Yəqin ki, söhbətin Cəbrayıl rayonundan getdiyi oxuculara bəlli oldu. Cəbrayıl yalnız tarixi abidələri, flora və faunası ilə deyil, eyni zamanda elm adamları, qəhrəmanları və yazıb-yaradan şair-yazıçıları, o cümlədən, əsrlər öncəsi bu oymaqda çalıb-çağıran ustad aşıqları ilə də fəxr edə bilər. Dirili Aşıq Qurbaninin, Maralyanlı Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Abdullanın, Aşıq Surxayın… vətəni olan Cəbrayıl, təssüflər olsun ki, bu gün işğal altındadır. “Mazan nənə”, “Ağ oğlan”, “Diridağ”ı, “Qız qalası”… gözü yaşlı, ürəyi dağlı sakinlərinin yolunu gözləyir. Bu həsrət cəbrayıllıların da qəlbinə çöküb, gözlərində vətən həsrəti, çiyinlərində qəm yükü daşıyırlar. Lakin buna baxmayaraq sabaha ümidlə baxırlar və inam üstə kökləyiblər arzularını.
Cəbrayıl rayonu Tarix-Diyarşünaslıq Muzeyinin birgə əməkdaşlığı ilə tanınmış şair, Azərbaaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Cəbrayıl rayonunun İcra Aparatının nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşları, şair və yazıçılar iştirak edirdilər. Tədbiri açıq elan edən filologiya üzrə fəlsəfə doktoru, Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyinin direktoru Tarıyel Abbaslı şairin həyatı və yardıcılığı tədbir iştirakçılarına geniş məlumat verdi. Şairin şeirlərindən nümunələr gətirən T. Abbaslı qeyd etdi ki, İ. İmanzadənin ömrü sınaqlarla doludur. Onun həyatı ədəbiyyat sahəsinə əbədi bağlanıb. O, yalnız özü üçün yaşamayıb, eyni zamanda bəzi həmkarları və poeziyasevərlər üçün yaşayıb-yaradıb.
Təqdir olunası haldır ki, şairin ədəbi uslubu, yurd sevgisi bizi milli-mənəvi dəyərlərə sahib olmağa səsləyir. Onun yazdığı və ictimayyətə təqdim etdiyi şeirlər ədəbi-estetik tutum baxımından tədqirə və tərifə layiqdır.
Mingəçevir şəhərində ədəbi mühitin formalaşmasında, gənc yazarların yetişdirilməsində böyük əməyi olan İsmayıl İmanzadə hazırda gərgin və yorulmadan ədəbiyyat sahəsində külüng çalır. Şairin yaradıcılığında əsasən vətən, torpaq, yurd ağrıları əks olunur. Onun yaradıcılığı vətən sevgisinin həzin notları üstə köklənib. Lakin İsmayıl müəllimin yaradıcılığında yalnız itirilən əzəli yurd yerlərimizlə bağlı ağrı-acılar deyil, sevgi-məhəbbət motivləri, ana təbiətin tərənnümü və balalarımıza nəcib hisslər aşılayan uşaq şeirləri də üstünlük təşkil edir.
Əslində, bəzi hallarda şair keçmişini, yaşadığı hadisələri, kəndini-kəsəyini, el-obasını tərənnüm edir. İsmayıl İmanzadənin düşüncələrinin məhsulu bu gün göz qabağındadır. “İçimdə boğulan səs”, “Suya söylədiyim yuxu””, “Mən atamın qızıyam”, “Gözümdə yaşayırsan”, “Gedirəm üzü payıza”, “Qəriblikdə qalan dünyam” və sairə adlı kitabları şairin iç dünyasının təzahürüdür. Mən onun ədəbi dünyasına yaxından bələd olduğum üçün İsmayıl İmanzadəni mübariz şair adlandıra bilərəm. Bu fikirləri məhz ona görə əminliklə deyirəm ki, bütün məhrumiyyətlərə baxmayaraq dayanmadan Azərbaycan ədəbiyyatına özünəməxsus poeziya inciləri bəxş edib. Bu incilər istər məhəbbət, təbiət, istərsə də vətən mövzusu olsun, bütünlükdə şairin ürək çırpıntılarıdır. Ədəbi tufanların qarşısında əzmkarlıqla dayanan, məcburi köçkün kimi yurd həsrətini ürəyində daşıyan şair, qəlbinin bulud harayını bir çox hallarda kövrək misralarının közərtilərində əks etdirir.
Ta gənlik illərindən bu günə kimi o, böyük bir inkişaf yolu keşməyə müvəffəq olub. Və bu ədəbi inkişaf prossesi hələ də davam edir. Məhz buna görə də həmişə yeni fikir, yeni söz axtarışında olan və əksər vaxtlarda da istəyinə çatan şair, Azərbaycan poeziyasının ədəbi zirvələrində görünür. Nümunə olaraq Mingəçevir mühitindəki ədəbi hadisələr, ictimai formada isə, yuxarıda adları qeyd olunan kitabları, “Bənövşə ” adlı ədəbi dərgi və qələm yoldaşlarının ədəbi yaradıcılıqlarını əks etdirən almanaxlar buna əyani sübutdur. Bu ədəbi dərgi və almanaxlarda nəinki Mingəçevrdə yaşayan şairlərin şeirləri çap olunur, eyni zamanda yaxın bölgələrdən, ocümlədən paytaxt Bakıdan olan yaradıcı insanların da imzası görsənməkdədir. Bu isə ədəbi əlaqələrin geniş şəkildə cərayan etməsidir. Onun xeyirxah əməlləri yaradıcı insanlar arasında dostluq əlaqələrini, mənəvi bir körpünü xatırladır. Belə ədəbi prosseslərin baş tutması ən azından məhz İsmayıl müəllimin gərgin əməyinin uğurlu nəticələrindən soraq verməkdədir. Şairin paytaxt Bakıdakı İstiqilal Muzeyində keçirilən yaradıcılıq gecəsi də məhz bu baxımdan diqqəti şəkməkdə idi. Tədbirdə iştirak edənlər şairin həyatı, yaradıcılığı və şeirləri haqqında ürəkdolusu söz açdılar. Bu, görüş əlbəttə ki, böyük ədəbi hadisə kimi yaddaşlarda qaldı.
Azərbaycan ədəbiyyatında fəal rolu olan İsmayıl İmanzadənin poeziyası xalq tərəfindən sevilir və şeirləri könül oxşayan mahnılara çevrilir. Qələm dostumuzun şeirləri əsasında bəstələnmiş bu mahnıların bir neçəsi tanınmış mügənnilər tərəfindən səsləndirilərək hamıya nəcib hisslər aşılaya bildi. Sözügedən tədbirdə İcra Hakimiyyəti başcısının birinci müavini Arif Fərzəliyev Cəbrayıl Rayon İcra Hakimiyyəti adından şairə ünvanlanan məktubu və “Fəxri Fərman”ı ona təqdim etdi. Tədbirdə şair-publisist Əli Rza Xələfli, professor Rüstəm Kamal, polkovnik Vaqif Məhərrəmov, tarix üzrə fəlsəfə doktoru, şair Əjdər Yunis Rza, yazıçı Elçin Hüseynbəyli, şairə-yazıçı Mətanət Ulu Şirvanlı, aktyor Təvəkkül Əhmədov, ”Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu və başqaları çıxış edərək şairin ədəbi yaradıcılığına yüksək dəyər vermələri də hamıya unudulmaz anlar bəxş etdi. Çıxış edənlər İ. İmanzadə dünyası, poeziyası haqqında ətraflı söhbət açaraq bildirdilər ki, şair yalnız şeir yazmaqla kifayətlənməyib, əyalətdə yaşayan ən istedadlı yazıçı və şairlərin, o cümlədən gənc söz adamlarının tanınmasına yardımçı olub.
Müasir dövrümüzdə şeir yazan insanlar çox olsa da, etiraf edək ki, əsl şairlər azdır. Deyirlər, əsl qələm sahibləri Allah vergisi ilə dünyaya gəlirlər. Belə şairlər dərdini, sevincini, qəmini ruhən özlərində ehtiva edirlər. Duyğuların arxasınca yol alan həqiqi şairlər adətən, oxucuların sevimlisinə çevrilirlər. Məhz yazıda ədəbi uğurlarından qürur hissiylə söz açdığım şair İsmayıl İmanzadə kimi. İsmayıl müəllim, Doğma qardaşım qədər mənə əziz İsmayıl müəllim fikrimcə Allah tərəfindən seçilən və bəndələri tərəfindən sevilən şairlərdən biridir. Qoy, Tanrının kölgəsi onun üstünüzdən heç vaxt əskik olmasın!
MƏTANƏT ULU ŞIRVANLI
AYB-nin üzvü, “Seyid Əzim Şirvani” adına ədəbi məclisin sədri
Yazıya 949 dəfə baxılıb