Ədəbiyyatşünas-alim Rüstəm Kamalın “Uzaq kölgələrin səsi” adlı esselər kitabı işıq üzü görüb

rkAzərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi  üzvü, filologiya elmləri doktoru, professor, “Qızıl qələm” və Həsənbəy Zərdabi mükafatları laureatı, tənqidçi, ədəbiyyatşünas, esseist, istedadlı qələm sahibi Rüstəm Kamalın “Uzaq kölgələrin səsi” adlı esselər kitabı işıq üzü görüb. Kitabda müəllifin ən yeni dövr Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan poeziyasının banisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, Stalin mükafatı laureatı, şair-dramaturq Səməd Vurğun, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalqyazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Komsomolu mükafatı laureatı, yazıçı-nasir Yusif Səmədoğluna həsr olunmuş esselər yer alıb.

“aybKitab” layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

Qeyd edək ki, bundan öncə AYB tərəfindən gerçələşdirilən“aybKitab” layihəsi çərçivəsində  Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair, nasir, tərcüməçi Seyran Səxavətin Xalq yazıçısı Yusif Səmədoğlunun əziz xatirəsinə həsr olunmuş “Kenquru” adlı povest və hekayələr toplusu işıq üzü görmüşdü.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

İctimaiyyətlə əlaqələr şöbəsi.

 

Yazıya 501 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.