Vergilər Nazirliyinin əməkdaşı Azər Aslanov dünya çempionu oldu

74908175_557332121744376_5335484893675651072_nKultur.az xəbər verir ki, Kiqboksing WKA versiyası üzrə İtalyanın Karara şəhərində 30.10.2019-03.11.2019-cu il tarixləri arasında keçirilən Dünya Çempionatında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşı Azər Aslanov qızıl medala layiq görülüb. Bu münasibətlə Azərbaycan Kiqboksing Federasiyasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev Azər Aslanovu qəbul edərək təbrik etdi, çoxsaylı ölkələrin iştirak etdiyi dünya çempionatında Azərbaycan Dövlət Himnini səsləndirdiyi və Bayrağını dalğalandırdığı üçün təşəkkürünü bildirdi.

Qeyd edək ki, Azər Aslanov bundan öncə də bir neçə dəfə dünya çempionu və kubokunun qalibi olmuşdur.

Yazıya 981 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.