Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının 60 illik yubileyini xalqımız adından təbrik edirik!
Vətənimiz zəfərlərlə tanınır,
Bayrağımız zirvələrdə ucalır.
Məqaləni bir fəlsəfi nəzəriyyə ilə başlayaq: «Təsadüf zərurətdən doğur».
Bəli, tarix boyunca bu nəzəriyyə zaman-zaman öz təsdiqini tapmış və hazırda həyatın bütün sahələrində biruzə olunmaqdadır. Bir ziyalı Azəri xanımının həyat və fəaliyyəti, onun yuxarıda qeyd olunan fəlsəfi nəzəriyyəyə olan düşüncə tərzi maraqlı və önəmli sübutdur:
Hüseynova Züleyxa Abbasəli qızının söylədikləri:
– Mən bir ana, nənə, həyat və fəaliyyətini Azərbaycan ölkəsinin inkişafı yollarına həsr edən vətəndaş olaraq, talehimin bir məqamı ilə fəxr edirəm və buna haqqım var. Ölkəmizin Prezidenti, bizi dünyada qalib xalq zəfər dühalı Vətən övladı kimi tanıdan Ali Baş Komandanımız cənab İlham Əliyevlə eyni gündə, eyni saatda, eyni dəqiqədə, eyni şəhərdə, eyni doğum evində doğulduğum o şərəfli tarix – 24 dekabr 1961-ci il Bakı şəhəri.
Sənədimdə yazılan
O məqam şərəfimdir.
Əzizlərimlə birgə
Fəxrim, qürur yerimdir.
Azərbaycanı dünyada şöhrət və zəfərlərlə tanıdan bir rəhbərlə hər birimizin öyünmək hüququmuz vardır. Bununla demək istəyirəm ki, həqiqətən də təsadüf zərurətdən doğur. Bəlkə də, mənim həmin o tarixdə dünyaya gəlişim təsadüfdür. Amma zərurət odur ki, mən qəlbən sevərək, çəkdiyi misilsiz zəhmətləri dəyərləndirərək, xalq yolunda, Vətən yolunda irəliləyərək bizi zəfərlərlə müjdələyən rəhbərimiz İlham Əliyev Cənabları ilə eyni tarixdə dünyaya gəlişimlə fəxarət hissi duyuram.
Haqqında söz açdığımız ziyalı xanım ixtisasca iqtisadçı-mühəndis olaraq, 60 illik ömrünün 30 ildən artıq bir dövrünü Vətənimizin inkişafı yollarına həsr edərək, uğurlarla çalışmış və dəfələrlə mükafatlarla, fəxri diplomlarla təltif edilmişdir. Züleyxa Hüseynovanın həyat yoldaşı Fikrət Hüseynov vətənpərvər ziyalı olaraq, Birinci Qarabağ müharibəsində ön cəbhədə döyüşmüş və hazırda Qarabağ müharibəsi veteranıdır. Fikrət Hüseynov 128 saylı hərbi zavodda ən hörmətli əməkdaşlardan biridir. Hər iki ziyalı vətənsevər valideynlərin ali tərbiyəsi ilə yetirilən oğul, qız və nəvələr bu günümüzə, gələcəyimizə nur saçan mayaklardır. Çünki məsəl var: «Gözəl nəsil yetirmək əsillərin işidir».
Bəli, yüksək mənəvi dəyərlərə məxsus zəngin insanlar sözün əsil mənasında insan adına layiq övladlar, nəvələr yetirir Vətənə. Haqqında söz açdığımız Züleyxa xanımın anası Şəfiyeva Simaxanım Bakıda, atası Şəfiyev Abbasəli Naxçıvanda doğulmuş, mötəbər şəxslər olmuşlar. Züleyxa xanım gənc ikən valideynləri əbədiyyətə qovuşsa da, İlahi ona kömək olmuş və o, həm işdə, həm ailədə layiqli məqam əldə etməyə qadir ziyalı olaraq təsdiqlənmişdir.
Amalında Nəqşicahanın səsi,
Dilində Bakımın şirin ləhcəsi,
Rəhbər ilə bir tarixdə doğulan,
Nüfuzlu ziyalı adını alan,
Yolunuz daima uğurlu olsun,
Övladlar, nəvələr hər an ucalsın.
Yaşasın zəfər günlərini ellərimizə yaşadan Dəmir yumruqlu Baş Komandanımıza duaçı olan xalqımız!
Züleyxa xanım kimi analarımızın simalarında bütün ziyalılar adından şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik Uca Tanrıdan!
Azərbaycan – Ana Vətən,
Ucadadır adın sənin,
Şükür ki, azad olundu,
Torpaqların, sərvətlərin.
Bu zəfəri Dahi Rəhbər,
Bəxş etdi ellərimizə,
Ey Ali Baş Komandanım,
Xalqım duaçıdır Sizə.
Keçən yola nəzər salsaq göstərər ki, Türkiyə – Azərbaycan İctimai Birliyi köklərə malikdir. İki qardaş ölkənin birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən iri miqyaslı layihələr strateji tərəfdaşlığı səciyələndirən mühüm məqamlardır. Qarşılıqlı səfərlər, hər iki dövlətin rəsmlərinin birgə görüşləri və sair kimi addımlar əlaqələrin inkişafında mühüm önəm daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səslənrdirdiyi bu fikirləri bir daha səsləndirmək istərdik: «Biz bu gün yalnız Qardaş İslam Ordusunun və Azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə və Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd edirik, eyni zamanda əziz şəhidlərimizin bizə əmanəti olan «Bir millət, iki dövlət» deyə rəsmləşdirdiyimiz qan qardaşlığımızı dərk edirik. Biz bir millət, iki dövlətik! Biz Türkiyə – Azərbaycan Qardaşlıq İctimai Birliyi olaraq hər iki ölkə üçün xeyirli işlərin aparılması üçün lazımi tədbirləri edəcək və davam etdirəcəyik. Biz Türkçülüyü yaşadacağıq. Bizim yol Turana gedən yoldur».
Aybəniz Rüstəmova, “ElTvinfo”-nun baş redaktoru
Yazıya 264 dəfə baxılıb