Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib

275929157_2139652322859758_8077818333226643585_nAzərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın “Ağrıların simfoniyası” adlı şeirlər kitabının təqdimatı keçirilmişdir.
“Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlidir. “Ağrıların simfoniyasıi” müəllifin “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”, “Tanrının yerdəki mələyi” və s. kitablarından sonra oxucularla növbəti görüşüdür.
Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Ofelya Qafarova təqdimatın məqsəd və qayəsi haqqında danışmış, filologiya elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Avtandil Ağbaba Rafiq Odayaın çoxşaxəli yaradıcılığı haqqında oxuculara geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, 15-dən artıq kitabı işıq üzü görən Rafiq Oday, eyni zamanda, 500-dən artıq kitaba redaktorluq etmiş, 200-dən çox kitaba “Ön söz” yazmış, 20-yə yaxın ədəbi almanaxın tərtibçisi, yüzlərlə elmi-publisistik məqalələrin müəllifidir.
Tədbirdə şairin qələm dostları – Asif asiman, Namiq Dəlidağlı, Arif Ərşad, Xəqani Abbasəli Öztürk, Lilpar Cəmşidqızı, Nazir Rüstəm, Mədaxil Cavadlı, Süleyman Sərraf, Gülvin Gülpinar Rafiq Oday yaradıcılığına münasibət bildirmiş, yeni kitabının işıq üzü görməsi münasibətilə müəllifi təbrik etmişlər.
Tədbir boyu Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında Rafiq Odayın bir-birindən maraqlı şeirləri səsləndirilmişdir.
M.Ə.Rəsulzadə adına kitabxana filial tərəfindən tərtib olunmuş, şairin həyat və yaradıcılığını əks etdirən “Rafiq Oday dünyası” adlı biblioqrafik göstərci şairə təqdim olunmuşdur.
Sonda yeni şeirlərini oxuyan Rafiq Oday görüşün yüksək səviyyədə təşkilinə görə M.Ə.Rəsulzadə adına kitabxana filialın müdiri Ofelya Qafarovaya və kitabxananın əməkdaşlarına, tədbirdə iştirak edən qələm dostlarına, poeziyasevər oxuculara, böyük ruhla şeirləri bədii qiraət edən şagirdlərə öz təşəkkürünü bildirmiş, 50-dən artıq “Ağrıların simfoniyası” və “Qərib ruhların nəğməsi” kitablarını imzalayaraq tədbir iştirakçılarına hədiyyə etmişdir.
Nigar Nəriman
и ещё 17
2Kamran Murquzov и ещё 1

Yazıya 129 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.