1969-cu ilin 14 iyulu – Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı

IMG_00771969-cu ilin 14 iyulu – Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı!
Ağstafada Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova çıxış edərək müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb.  Bildirib ki, Azərbaycanın XX əsrdəki inkişafının əsası məhz 1969-cu il iyulun 14-də qoyulub. Həmin tarixdən 53 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.
Daha sonra “Dahi şəxsiyyət” filmi izlənilib. 
Məlumat üçün bildirək ki, tədbir Ağstafa Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi,  “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçilib.
IMG_0088 IMG_0093 IMG_0101
Lalə Qarayeva
Ağstafa nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.