Bu günlərdə nasir, şair, publisist, dramaturq, Əməkdar jurnalist Qərib Mehdinin “16-lar” adlı kitabı işıq üzü görüb.
www.kultur.az xəbər verir ki, müəllif sosial şəbəkə hesabında “Bu da 51-ci övlad sevinci. “16-lar”ı da qucağıma alıb, bağrıma basdım” yazaraq, sevincini paylaşıb.
“Kitabda Elçin, Aləmzər Əlizadə, Xəzangül, Nüşabə Əsəd Məmmədli, Ramiz Rövşən, Aydın Murovdağlı, Adil Cəmil və başqa ədəbiyyat adamları barədə fikirlərim var. Sıralama adı çəkilən müəlliflərin tutduğu mövqe ilə yox, yazılma tarixinin ardıcıllığı ilədir. Kitab 16 ədəbiyyat adamı haqqında 16 məqalədən ibarətdir”, – deyən müəllif yaxın günlərdə “16-ların” geniş oxucu kütləsinə təqdim ediləcəyini də qeyd etdi.
Yazıya 24 dəfə baxılıb