İslam Sadığın əsərlərinin ilk dörd cildinin təqdimat mərasimi keçirilidi

410985502_6886480598112883_7799565058450926832_n

20 dekabr 2023-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında tanınmış şair, Filologiya elmləri doktoru İslam Sadığın əsərlərinin ilk dörd cildinin təqdimat mərasimi keçirildi.

Kultur.az xəbər verir ki, elm və ədəbiyyat adamlarının iştirak etdiyi mərasimi özünün “Vətən” şeiri ilə açıq elan edən səbəbkar ilk olaraq sözü Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayevə verdi. Natiq İslam Sadiq yaradıcılığına səyahət edərək, ədibin Azərbaycan elmi və ədəbiyyatı üçün gördüyü işlərdən danışdı.

Sonra söz çıxışçılara verildi. Professorlar – Məmməd Əliyev, Nizami Tağısoy, İlham Həsənov, Əlizadə Əsgərli, Asif Rüstəmov, Qüdrət İsaqov, Yaqub Babayev, Yaşar Qasımbəyli, Filologiya elmləri doktoru Vaqif Yusifli, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, Atatürk Mərkəzinin müdir müavini Osman Musayev, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Əlövsət Ağalarov,  yazıçı və şairlər – Tahir Tais, Əkbər Qoşalı, Qalib Sailov, Əli Rza Xələfli, Zəki Bayram, Səfər Alışarlı, Siyasət elmləri üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə və başqaları çıxış edərək İslam Sadığın yaradıcılıq yolundan söz açdılar, səbəbkarı yeni kitabları və 70 illik yubileyi münasibətilə təbrik etdilər.

Mərasimdə İslam Sadıq uzun müddət ədəbi yaradıcılıq və elm sahəsində səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə şair-tərcüməçi, Mahmud  Kaşqari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlının təqdim etdiyi  “M.Kaşğari Xidmət Madalyası”na və şair-publisist Zaur Ustacın təqdimatı ilə “Bayram Bayramov” mükafatına layiq görüldü.

Gəbəydən Sahib Camal Məmmədin, Tovuzdan Çingiz Qəriblinin yubilyara həsr etdiyi təbrik şeirlərini İslam Sadıq böyük sevgiylə ifa etdi.

Təbriz aşıqlarının və Aşıq Samir Pənahovun ifası söz məclisini rövnəqləndirərək saz-söz məclisinə çevirdi.

Sonda İslam Sadıq AMEA-nın Mərkəzi Elmi kitabxanasının əməkdaşlarına və mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

 

410985502_6886480598112883_7799565058450926832_nWhatsApp Image 2023-12-20 at 19.44.05 WhatsApp Image 2023-12-20 at 19.44.06 (1) WhatsApp Image 2023-12-20 at 19.44.06 WhatsApp Image 2023-12-20 at 19.44.08 (1) WhatsApp Image 2023-12-20 at 19.44.08 WhatsApp Image 2023-12-20 at 19.44.09 (1) WhatsApp Image 2023-12-20 at 19.44.09 WhatsApp Image 2023-12-20 at 19.44.10 WhatsApp Image 2023-12-20 at 19.44.13 WhatsApp Image 2023-12-20 at 19.44.17 WhatsApp Image 2023-12-20 at 19.44.18 WhatsApp Image 2023-12-20 at 19.44.19 (1) WhatsApp Image 2023-12-20 at 19.44.19 WhatsApp Image 2023-12-20 at 19.44.21 WhatsApp Image 2023-12-20 at 19.44.22 (1) WhatsApp Image 2023-12-20 at 19.44.22 WhatsApp Image 2023-12-20 at 19.44.23 WhatsApp Image 2023-12-20 at 19.44.24

Yazıya 98 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.