Britaniya səfiri əlilliyi olan insanları öz iqamətgahında salamladı

Böyük Britaniya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld dekabr ayının 15-də öz iqamətgahında Azərbaycandakı əlilliyi olan şəxslər və təşkilatların nümayəndələri üçün qəbul təşkil etmişdir. “3 Dekabr-Beynəlxalq Əlillər Günü” və Milad bayramına həsr olunmuş qəbulda səfir qonaqları salamlayaraq 3 dekabr gününün əlilliyi olan insanların cəmiyyətdə tam və bərabər iştirakını təmin etmək, onların hüquqlarını müdafiə etmək və cəmiyyətin də diqqətini bu məsələyə yönəltmək olduğunu qeyd etdi. Həmçinin hər il bütün dünyada xristian və qeyri-xristian olan milyonlarla insan tərəfindən İsa Peyğəmbərin doğum günü kimi qeyd edilən Milad bayramı münasibəti ilə təbrik etdi.
Mərasimdə Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Birinci Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-in sədri Hafiz Səfixanov, Milli Paralimpiya Komitəsinin sıralarına qoşulan ilk xanım idmançı, Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Zinyət Vəliyeva və bir çox digər QHT sədrləri, KİV və ictimaiyyət nümayəndələri ilə yanaşı iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri və “Əlillər Dünyası” qəzetinin baş redaktoru Tahir Xudiyev və tərcüməçi Rəhman Xudiyev cənab səfirin bütün qonaqları çox səmimi, isti münasibətlə qarşılamasından söz açdılar və təşəkkürlərini bildirdilər.
“Əlillər Dünyası” qəzeti
16.12.2025

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.