Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Ədibin yaradıcılığı dram və hekayə janrında yazılmış əsərləri ilə olduqca zəngindir. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan əsərlər yazmışdır. Ədibin yazmış olduğu əsərlər bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ilə ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrdiyi əsərlərdən biri də 1911-ci ildə yazdığı “Ac həriflər” əsəridir. Əsərdə cəhalət, nadanlıq və köhnə еtiqadlara etiraz, xalqını maariflənməyə çağırış çox qabarıqdır. Yazıçının “Ac həriflər” əsəri yetkin bir məzhəkədir. Ədib “Ac Həriflər” əsərinə görə “Humay” mükafatına layiq görülmüşdür. Əsərdə hadisələr Həsən dayının yeməkxanasında baş verir. Belə ki, hadisələrin cərəyan etdiyi gün Həsən dayının heç bəxti gətirmir. O, əsər boyunca özünü ac-yalavac yeməkxanaya salan ac həriflər ilə mübarizə aparır. Bu ac həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayıya kələk gəlirlər. Həsən dayı özü bunu ironik ifadə şəklində deyir: Çörəyi yeyən qaçır…
Əbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazmış olduğu kiçik həcmli səhnə əsəri olan “Ac həriflər” vodevil janrında yazılmışdır. “Ac həriflər” əsəri bədii dil və üslub xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında dəyərli yer tutmuşdur. Əsərin süjet xətti ilk baxışda çox sadədir. Əsərdə hadisələr ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində təsvir olunur. Əbdürrəhim bəy Haqverdiyev Həsən dayının yeməkxanasında baş verən hadisələrin və söhbətlərin fonunda dövrün mühitini canlandırır. Əsərin əsas obrazları Həsən dayı və onun yeməkpaylayanı Zərbəlidir. Pyesdə “ac həriflər” kimi tənqid hədəfinə çevrilənlər isə özünü ac-yalavac yeməkxanaya salan həriflərdir. Onlar yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayı və onun yeməkpaylayanı Zərbəliyə kələk gəlib, qaçırlar. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi oxucuda gülüş doğurur. Ədib yeməkxanaya gələn ac həriflərin hərəsini bir sənətin sahibi kimi təsvir edir. Yazıçı əsərdə dövrün “quru bəylər” -in prototipini yaratmışdır. Belə ki, onların heç biri yediyi yeməyin pulunu vermək istəmir. Dövrün “ac hərifləri” öz kələkləri ilə Həsən dayını aldatmaqla özləri ifşaedici gülüş hədəfinə çevrilirlər.
Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri 1993-cü ildə tammetrajlı film-tamaşası şəklində ekranlaşdırılmışdır. Əsər məzmununa, maraqlı obrazlarına, dilinə, mövzusunun əhəmiyyətinə görə olduqca qiymətlidir. Əbdürrəhim bəy Haqverdiyev bu pyesini xalqını böyük məhəbbətlə sevən, onun övladlarını daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər dramaturq kimi qələmə almışdır. Görkəmli yazıçı və ictimai xadim olan Əbdürrəhim bəy Haqverdiyev “Ac həriflər” əsərinin baş qəhrəmanı olan kababçı Həsənin xarakterindəki ziddiyyətləri ən kiçik ayrıntılarına kimi təsvir edə bilmişdir. Dramaturq əsərdə geniş məkan təsvirlərinə yer vermişdir. “Kababçı Həsənin dükanı. Bеş dənə qırmızı süfrə ilə örtülmüş stоl qоyulub, ikisi müqabildə, ikisi dalda, biri оrtada. Dükanın iki qapısı var: biri оrtadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı”.
Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərində kababçı Həsənin sözləri ilə dövrün “quru bəylər” ni belə ifşa edir. “Bu da bəy! Qоyasan axşamadək papağını əyri qоyub, çəkməsini cırıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yоx! Adamla da еlə danışır, guya Babaxan sərdarın оğludur! Apar, istəmədim о iki manat yеtmiş üç qəpiyi. О da sənin, Allahın min bir bəlası da! Adın da utanmır, bəy qоyur”.
“Ac həriflər” əsərində tipik obrazlar yaradılmış və həmin obrazlar vasitəsilə milləti özünü dərk etməyə, inkişafa çağırış edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev pyesdə milli koloritdən, milli məişətdən istifadə edərək, mədəniyyəti təbliğ etmiş, köhnəliyi tənqid edərək, insanları yeni dünyada yeniliyi duymağa çağırmışdır. Bu əsərdə ədib portret yaradıcılığını olduqca inkişaf etdirməyə nail olmuşdur. Əsərin ideyası əsərdəki surətlərdə öz tapmışdır. Ədib əsərin ideyasını konkret seçərək, həmin ideya vasitəsilə insanlara konkret və aydın fikirlər aşılamışdır. Dramaturq pyesdə dövrün həqiqətlərini göstərməyi bacarmışdır. Əsərdə müxtəlif taleli, müxtəlif xarakterli insanların həyatına yazıçı yanaşması açıq şəkildə görünür. Əbdürrəhim bəy Haqverdiyevin seçmiş olduğu mövzu və problemlərin qoyuluşu baxımından əsər olduqca böyük əhəmiyyətə malikdir. Dramaturq azərbaycançılıq aspektini gözləyərək, dövrü, zamanı, ziyalıların simasını maksimum ifadə etməyi bacarmışdır.
Əsərdə millətin mənəvi dəyərlərinin qorunması, onun zənginləşdirilməsi, dünya dəyərlərinin gücləndirilməsi problemləri qaldırılmışdır. Ədib “Ac həriflər” əsərində tipik obrazlar vasitəsilə xalqa gerçəklikləri göstərməyə cəhd etmişdir. Dramaturqun əsas amalı ideal Azərbaycan və onun inkişafı olmuşdur. Ümumiyyətlə, Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığında mövhumat, cəhalət, ədalətsizlik, insan hüquqlarının tapdanması, milli azadlığın boğulması, qara qüvvələrin ifşası, savadsızlıq kimi mövzuların həlli yolları göstərilmişdir. Ədib insanları, cəmiyyəti yeniliyə çağırmış və aparmışdır. Ədibin “Ac həriflər” əsərində toxunduğu məsələlər böyük tərbiyəvi əhəmiyyət kəsb edir.
Atakişiyeva Həcər
Yazıya 26 dəfə baxılıb