“Arazı adlayan məktublar” kitab oldu

WhatsApp Image 2024-07-20 at 09.33.54 (1)Bu günlərdə şair Musa Ələkbərli və publisist Rauf Vəliyevin birlikdə ərsəyə gətirdikləri “Arazı adlayan məktublar” adlı kitab işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabda görkəmli ədib, alim Mir Cəlal Paşayevin  böyük qardaşı, Cənubi Azərbaycanda yaradılan Milli Hökumətin qurucularından biri, S.C.Pişəvərinin ən yaxın silahdaşı Mir Xəlil Mir Ələşrəf oğlu Xəlilinin ömür yolundan bəhs edən yazılar yer almışdır.

Ailəsini və uşaqlarını Arazın o tayında qoyan Mir Xəlil Mir Ələşrəf oğlu Xəlilinin həsrət və intizar dolu məktublarının fotokopisi də kitaba daxil edilmişdir.

Şair Musa Ələkbərlinin Mir Xəlilinin ağrılı həyatından bəhs edən “Ayrılığın sonu yoxmuş” adlı poeması “Arazı adlayan məktublar”a  poetik ovqat gətirir.

Yazıya 66 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.