Fotoqrafın həyatının son günü – Feyruz Muradovun yeni hekayəsi

Adamlar var ki, qəribə ölümləri ilə diqqət mərkəzinə  düşürlər. Ətrafdakı bütün adamların diqqətləri  bir anda  onlara sarı yönəlir. Hamı onun barəsində danışmağa başlayır.

Fotoqraf  Seyfi  də məhz belə adamlardan idi.  Amma  sağlığında  onun  ağlına belə gələ bilməzdi  ki,  belə bir qəribə ölümlə  həyatı tərk edəcək və  hamı onun ölümü barəsində danışacaq.

Seyfi  çəkdiyi  fotoları  kompyuterdə işlədikdən sonra,  axşamüstülər  dükana getməyi  xoşlayırdı. Beləcə  o həm  gəzərək dincəlir , həm   də evinə  ərzaq alıb  gətirirdi . Hərdən  yolda köhnə  tanışı  Raufla  rastlaşırdılar. Rauf axşamüstülər  tək   gəzməyə çıxır,  şəhərin küçələrini  piyada  gəzməyi sevirdi. Seyfi  onun  bu  xasiyyətinə  bələd idi.  Odur ki,  Raufla rastlaşmaq və  onunla bir qədər  dərdləşmək üçün  məhz  günün  bu vaxtında dükana getməyi  bəhanə edib  evdən çıxırdı. Həmişə rastlaşa bilməsələr də , hərdən  təsadüfü yolları kəsişirdi. Seyfi  Raufun  havasını dəyişmək məqsədi ilə evdən  çıxdığını  bildiyindən əvvəlcə onunla ərzaq mağazasına getməsini   və bundan sonra birlikdə gəzmələrini təklif edirdi. Rauf  hər dəfə onun təkifini həvəslə qəbul edirdi.Axı heç də hər gün rastlaşmırdilar. Axşam qaranlığında şəhərin küçələrində gəzdikləri zaman Seyfi öz valeynlərindən, qohumlarından , uşaqlıq illərindən söhbət açırdı. Moskvada keçən tələbəlik illərini xatırlayırdı.  Seyfi bir dəfə onun dünyasını erkən dəyişmiş valideynləri barədə bir kitab yazmasını xahiş etdi.  Əslində onun Raufla görüşməyə məqam axtarmasının səbəbi bu idi. Rauf bir qədər fikrə gedərək cavab verdi :

–Onlar  dünyalarını çoxdan dəıyişiblər. Ölümlərindən çox zaman keçib.İndi onlar haqda kitab yazmaq gecdir. Vaxtında olsaydı olardı.Onların zamanında yaşamış adamların əksəriyyəti artıq həyatda yoxdurlar. Odur ki, bu kitabla maraqlanıb oxuyan çox az adam olacaq.Yalnız   ailə üzvləriniz üçün kitab maraqlı doğuracaq. Bu da çox azdır. Kitab çap olunsa da, evin bir küncündə  yığılıb  qalacaq.

Bununla da kitab söhbəti  bitdi. Raufun ağlına belə gəlmirdi ki, bu söhbət və görüşlərindən bir müddət sonra Seyfi qəribə tərzdə dünyasını dəyişəcək. O, bir də heç vaxt axşamüstü gəzməyə çıxanda Seyfini görməyəcək. Seyfi  daha bir də heç vaxt axşamüstülər  binaların arasından görünərək ona tərəf gəlməyəcək və bir də qaranlıq küçələrdə söhbət edə-edə gəzməyəcəklər.

Rauf yerli qəzetdə  işləyirdi. Düzdür o ali təhsil  almamışdı və redaksiyaya  jurnalist  kimi  işə qəbul edilməmişdi.  Amma geniş mütailəli , istedadlı olduğu üçün  məzmunlu  yazıları ilə  qəzetdə çıxış edir  və  oxucuların rəğbətini qazanırdı. Yerli  camaat  Raufu istedadlı  jurnalist kimi tanıyırdılar. Rauf Seyfi ilə elə redaksiyada tanış olmuşdu. Seyfi ara-sıra redaksiya üçün şəkil çəkib gətirirdi.Elə o zamandan  tanışlıqları  başlamışdı.

Seyfi  uşaq  yaşlarından fotoqrafiya ilə məşğul olurdu. Anası  bağça direktoru idi. Atası isə ali təhsilli mühəndis . O,  neft sahəsində çalışırdı. Atası bir   dəfə Moskva şəhərinə  gedərkən o vaxtlar,   sovet   hökuməti  dövründə  çox  yayılmış   “Zenit” markalı fotoaparat  alıb gətirdi. Şəkil çıxarmaq üçün digər qurğular da aldı. Sovet  hökümətinin dövründə bu fotoaparatlar çox baha qiymətə satılırdı. Hər  kasıb-kusub adam bu  fotoaparatı   alıb işlədə bilməzdi. Seyfiyəsə belə imkan verilmişdi. Bunu görən məktəbli Seyfi  fotoqrafiyaya maraq göstərməyə başladı. Seyfi  zirəng uşaq çıxdı. Elə orta məktəbdə oxuduğu illərdən şəkil çəkib pul qazanmağa  başladı.  O, illərdə  hind filmləri  çox populyar idi.  Filmlərdən olan kadrlar qəzet köşklərində satılırdı.  Seyfi də şevik tərpənərək kinomexaniklərdən  hind  filmlərinin  kadrlarını  pulla  alıb   şəkillər çıxarırdı. Çıxardığı şəkilləri  köşkə  10 qəpiyə   təhvil  verir, oradasa  şəkilləri alıcılara  20 qəpikdən satılırdı.

Artıq  orta məktəin yuxarı  siniflərindən başlayaraq  Seyfi  rayonda  fotoqraf kimi tanındı. O, məktəb tədbirlərində , texnikomda keçirilən “Mavi gecə” yığıncaqlarında  fotoqraf kimi iştirak edirdi.  Bir tədbirdə yüzlərlə şəkillər çəkir və çəkdiyi şəkilləri gecə ilə çıxarıb müştərilərinə çatdırırdı. Müqabilində  yaxşı qazancı olurdu .O, əvvəlcə atası ilə,  sonralar isə tək   Bakıya hətta  Moskvaya gedir və şəkil çıxarmaq üçün lazım olan dərmanlar, fotokağızlar  alıb  gətirirdi.  Sanki o yaşından qabaq  inkişaf  etmişdi. Yeniyetməlik  yaşlarından başlayaraq  pul qazanmağa başlamışdı. Orta məktəbi  bitirdikdən  sonra   o Moskvaya yollandı.  Moskva şəhərində fotoqrafiya instituna daxil oldu. Bu SSSR-i məkanında yeganə belə məktəb idi. Dörd il Moskvada təhsil aldı.

Lakin həyat bəzən insanla  acı zarafatlar etməyə  xoşlayır. Sanki həyat sənə hər şey verib  səni arxayınlaşdırır.  Həyat sənə yalnız xoş üzünü  göstərir. Sən onun başqa  üzünün olmasını unudursan, yaddan çıxarırsan. Həyatın belə bir üzünün olduğundan xəbərsiz olursan.Sənə elə gəlir ki, həyatın pis üzü yalnız başqa adamlar üçün ola bilər. Sənin üçünsə ola  bilməz. Bu aldanışdır. İnsanın sadəlövhlüyüdür.

Seyfi artıq 26 yaşına çatmışdı.  O yeniyetmə yaşında pul  qazanmağıyla  ətrafdakıların təəccübünə səbəb olurdusa,  artıq 26 yaşında pul qazanması heç kəsi heyrətləndirmirdi. Bir yandan da anasının 52 yaşında qəfil dünyasını dəyişməsi Seyfiyə ağır zərbə oldu. Bundan cəmi bir il sonra atası da dünysını dəyişdi. Aldığı  ağır həyat zərbələri  Seyfini xeyli sarsıtdı. Bir neçə il depresiya  və ruh düşkünlüyünün  təsiri altından  çıxa bilmədi. Hiss edirdi ki, bundan sonra daha heç bir  vaxt əvvəlki  illərdə olduğu kimi xoş həyat yaşaya bilməyəcək.

Seyfi  evlənmişdi.  Ailəsi , iki övladı var idi. Onlara görə özündə güc tapmalı idi. Valdeynləri həyatdan getsələr də vəzifədə işləyən dayısı  var idi. Düzdür dayısı onların rayonunda yaşamırdı. Bakıda yaşayırdı.Özü də polisdə zabit idi.  Bir də bibisinin həyat yoldaşı  Elnur  müəllim vəzifədə idi. O  bu  rayonda yaşayırdı. Elnur  yaşca Seyfidən 13 yaş böyük idi.  İdman institunu qurtarmışdı. Xeyli müddət məşqçi işləmişdi. Yaşa dolduqdan sonra  uşaq gənclər idman məktəbinə müdir  keçmişdi.O, mübariz xarakterli , nikbin təbiətli bir adam idi. Onun Seyfiyə təsiri çox  böyük idi.

Bir tərəfdən də cəmiyyətdə təlatümlü prosseslər baş verirdi. Sovet ittifaqı kimi bir dövlət dağıldı.  Müstəqillik dövrü başlandı. İlk illər xüsusən ağrılı keçdi. Seyfi  hətta ata-anasının erkən itkisini də unutmağa başladı. Həyat özü bunu ona məcbur edirdi.  Həyat çətinləşmişdi. Müəssisələrdə iş dayanmışdı. Məktəblərdə , texnikomlarda daha uşaqlar nə şəkil çəkdirirdilər nə də vinetka.  Seyfi  pul qazanmaq məqsədi ilə Moskva şəhərinə  getdi.  O,  sovet dövründə dörd il Moskvada  təhsil almışdı.  Bu şəhərə bələd idi .Lakin indi dövran ayrı dövran idi. Seyfi bazarda yer götürüb pal-paltar  alveri etməyə başladı .Ürəyincə olmasa da dolanışıq üçün bundan ayrı yolu yox idi.  Bir neçə il beləcə keçdi. İllər keçdikcə, tədricən vətənində vəziyyət yoluna düşürdü. Evdə də Seyfinin geri, evinə qayıtmasını  istıyirdilər.  Seyfi də evinə döndü.Yenidən fotoqraf sənətinə qayıtdı. Artıq məktəblərdə və pedaqoji texnikomda uşaqlar yenidən vinetka şəkilləri çəkdirməyə başlayırdılar. Pedaqogi texnikomun müdiri Seyfini görən kimi tanıdı.Onun  texnikomda yenidən fotoqraf kimi fəaliyyətinə razılıq verdi. Seyfi işinə çox can yandırırdı.  Kompyuterdə şəkilləri  düzəldmək  üçün yeni proqram öyrəndi. Vinetka şəkilləri kompyuterdə yığarkən özünıməxsus  formalar düşünüb tapırdı. Onun yığdığı  vinetkalar heç kimin işinə bənzəmirdi. Tam  fərqli olurdu. Seyfi orta məktəblərdə, uşaq bağçalarında da işlər götürdü.Yenə əvvəlki  kimi yaxşı qazanc əldə etməyə başladı. Böyük oğlunu evləndirdi . Ona ev aldı.

Hərdən bibisinin həyat yoldaşı   Elnur müəllim də   zəng edrdi. Onun  idarəsinə gəlib  şəkil çəkməyə çağırırıdı. O, başqa tanış idarə müdirlərinə də xahiş edirdi ki, əgər iş olsa Seyfini  çağırsınlar.  Onlar da dostları  Elnurun  müəllimin  sözünü  yerə  salmırdılar.  Zamansa öz işini görürdü.  Elnur  müəllimin ürəyində problem yaranmışdı.Bir dəfə infarkt  keçirmişdi.  Müalicə alıb yaxşı olmuşdu. Amma rejiminə ciddi əməl etməli idi.  Seyfi onun yanına gələndə səhhəti ilə maraqlanırdı. Elnur da hər dəfə ona nikbin cavab verirdi.  Hətta xəfifcə gülümsünürdü də . Necə olmasa  Elnur müəllim keçmiş idmançı , idman ustası idi.  Seyfi bibisinin həyat yoldaşının belə mərdliyinə heyrət edirdi. Özü də onun kimi bu xüsusiyyətlərə yiyələnməyə  çalışırdı,  onun kimi olmaq istəyirdi.

Seyfinin işləri günügündən yaxşılaşırdı. O, qonşu rayonların da məktəblərinə gedir  və işi artmaqda davam edirdi. İşlə bərabər qazancı da sürətlə çoxalırdı. Uğurlarından  ruhlanaraq  bütün çəkdiyi  vinetkaları  kompyuterdə özü yığırdı. İstəmirdi ki, onun yığdığı  vinetkalar   başqa fotoqrafların  işləri  ilə  eyni olsun.Halbuki   digər   fotoqrafların  heç biri  vinetkaları  özləri yığmırdılar. Onlar şəkilləri dizaynerlərə  təqdim  edir və montaj işlərini pul müqabilində dizaynerlərə gördürürdülər.  Seyfi isə bunu özünə sığışdırmırdı. Özünü başqa fotoqraflarla eyni səviyyəyə endirmək istəmirdi. Gecə səhərə kimi kompyuter arxasında yuxusuz qalır,  şəkillərini dəqiqliklə işləyir,  yorğunluğuna isə məhəl qoymurdu.Hərdən kiçik qardaşı onlara qonaq  gələndə Seyfiynin belə  əməlinə  əsəbləşirdi.

—Nə var , saatlarla   kompyuter arxasında oturursan. Dur ayağa.  Bir həyətə  düş. Adamlarla görüş, söhbət et. Axrı xəstəlik tapacaqsan bu cür işləsən.

Seyfi isə :

—Heç nə olmaz. Mən işimdən  zövq alıram.  –cavabını verdi.

Qardaşı da heç nə edə bilmədiyini görüb , deyinə-deyinə çıxıb gedirdi.

Son illər  məktəb və bağça  direktorları  fotoqrafların  yaxşı  gəlir   əldə etdiklərini görürdülər. Onlarda tamah hissi oyanırdı.  Fotoqraflardan  müxtəlif  yollarla   haqq  tələb  etmə  prossesi başlanırdı. Fotoqraflar  onların  tələbləri  ilə   razılaşmaq  istəməyəndə  aralarında  münaqişələr, intriqalar   yaranırdı.   Bu cür münaqişə ilə bir gün Seyfi də üzləşdi.  Rayon məktəblərindən   birinin təcrübəli  direktoru   bütün  siniflərin  vinetka pullarını özü  yığdı. Müəllimlərə   tapşırıq verdi ki, heç kim  fotoqrafa  pul  verməsin. Hamı pulu gətirib ona versin. Bütün pulları yığan direktor ürəyi istəyən məbləği  ayırıb  cibinə  qoydu.  Seyfiyə də nə qədər istəyir o qədər pul verdi

–Bu bəsindir—dedi.

Ilk dəfə bu halla  rastlaşan Seyfi  direktorla  mübahisəyə  girişdi.  Pulunun qalanlarını tələb edib hay-küy yaratdı.  Direktorsa inadından  dönmədi.  Həyacandan Seyfinin  çöhrəsi  qap-qara qaraldı. Nəfəsi təntiməyə başladı. Hamı elə düşündü ki, onun bu halını görən məktəb direktoru onun pulunun qalanını  qaytaracaq.  Lakin  direktor heç nəyə  məhəl  qoymayaraq  kabinetinə  keçdi. Əsəbi-əsəbi məktəbdən  çıxan Seyfi yolda huşunu itirib  yerə  yıxıldı. Təcili yardım gəldi.  Onu xəstəxanaya apardılar. Həkim  müayinədən sonra bildirdi ki, infarkt keçirib. Onu xəstəxanaya yerləşdirdilər.

Seyfi  xəstəxanada müalicə aldıqdan sonra evə buraxıldı. Amma daha əvvəlki kimi öhtəsinə  çox iş  götürmürdü. Həkimlər belə tapşırmışdılar.  Səhhətinə görə narahatlıq keçirirdi. Texnikumda işləmək onun səhhətinə  əl vermirdi. Odur ki, direktorun köməkliyi  ilə Seyfini  icra hakimiyyətinə keçirdilər.  İcra hakimiyyətində  iş   nisbətən az idi.  Bu vəziyyət  Seyfiyə sərf edirdi. Qazancı  az olsa da  əvəzində   sağlamlığını  qoruya  bilirdi. Daha  çox  pul  dalıyca  qaşmaq  imkanı qalmamışdı.

Onun  bibisinin həyat yoldaşı  Elnur müəllim isə artıq təqaüdə çıxmışdı. İstəsəydi  vəzifəsində qalıb   işləyə  bilərdi. Amma sağlamlıq  daha mühüm idi. Seyfi hərdən onunla  görüşürdü.Elnur müəllim ondan xeyli illər əvvəl bu xəstəliyə düçar olmuşdu. Amma deyib-gülur, həyatına davam edirdi. Ona baxdıqca  Seyfi də ruhlanırdı. Özünün də onun kimi  hələ uzun illər yaşacağına ümüdləri artırdı.  Sanki aralarında gözəgörünməz   bir  bağ onları birləşdirməyə  başlamışdı. Elnur  müəllimin nikbinliyi,   həyata  inamı   gizli  şəkildə   Seyfiyə də təsir göstərirdi.

Seyfi bir neçə il yeni həyat ritmində, yeni idarədə işini və həyatını davam etdirdi. Hər  dəfə həyacanlı   anlar yaşayanda   Elnur  müəllim onun yadına düşürdü. Onun xəfif  təbəssümü  və işlətdiyi   nikbin ifadələr:

–Xəstəlik həyatın sonu deyil. Hələ yaşayacayıq.  Hələ bundan sonra da neçə-neçə illər yaşayacayıq.—söyləməsini   xatırlayırdı.   Bu ifadələr Seyfinin inamını artırırdı.  Sanki Elnur  müəllim onun  xilaskarlıq  mələyi  idi.  Ö zü də yaşayır və Seyfini də yaşamağa vadar edirdi.

Bir gün Elnur  müəllim gözlənilmədən dünyasını dəyişdi.  Ölümünün səbəbi ürək tutması olmuşdu. Onun dəfnində Seyfi də iştirak etdi. Dəfndən sonra Seyfi özündə bir halsızlıq, zəiflik sezməyə başladı. Elə bil əvvəlki  nikbinliyi, ruh yüksəkliyi  Elnur müəllim ilə birgə harasa çəkilib getmişdi. O, Elnurun  müəllimin vəfatından sonra daha həyacanlı olmuşdu.Ona elə gəlirdi ki, belə bir qəfil ölüm onun da başına gələ bilər. Halbuki Elnurun  sağlığında belə məsələlər heç onun yadına da düşmürdü.  İndisə  o sanki öz gözəgörünməz  dayağını  itirmişdi.

Həmin gün icra hakimiyyətinin  növbəti   tədbiri keçirilirdi. Yaz fəsli olduğundan tədbir şəhərin mərkəzi  parklarından  birində keçirilirdi.  Yaz  günəşi  aydin s əmadan xəfifcə boylanaraq insanların  çöhrəsində  təbəssüm doğururdu. Tədbir iştirakçıları bir-bir çıxışlar edir  fotoqrqf Seyfi isə çıxış edən hər iştirakçının  fotosunu  həvəslə çəkirdi. Tədbirin hər anı , hər məqamı bir  fotoya çevrilirdi. Seyfi öz işini həvəslə yerinə yetirir , xəstəliyini də tamam unudurdu. Lakin o unutsa da xəstəlik onu unutmamışdı. Xəstəlik onun yanında idi.  O qəfildən özünü göstərdi. Seyfi sinəsində duyduğu  kəskin ağrıdan özünü  itirdi. Əlini  cibinə  atıb həkimin  təyin etdiyi  və  həmişə  yanında gəzdirdiyi  dərmandan  birini  cibindən  çıxarıb atmaq istədi. Lakin  bunu bacarmadı.  Sanki əlləri sözünə baxmırdı. O, bir  anlıq  Elnur müəllimi  xatırlamaq istədi.  Amma xatırlaya bilmədi. Elnur müəllim haradasa uzaqlarda idi. Onu tərk etmişdi. Seyfi onu axtarır amma heç cür tapa bilmirdi. O daha yox idi. Seyfi  yalnız   bu an ilk dəfə  köməksiz  qaldığını hiss  etdi  və  sarsılaraq  üzü  üstə yerə  yıxıldı. Tədbir  iştirakçıları  arsında  çaxnaşma  yarandı. Hamı özünü ona tərəf atdı.Tez təcili yardıma zəng etdilər. Tədbir  keçirilən park  xəstəxanaya  yaxın  ərzidə yerləşirdi.  Odur ki, həkimlər bir anda özlərini   hadisə  yerinə yetirdilər.  Lakin artıq gec idi.  O dünyasını dəyişmişdi.

Seyfinin ölümündən  cəmi bir neçə saat  sonra Rauf  çayxananın önündən keçərkən fotoqraf  tanışları  onu çayxanadan  səslədilər. Fotoqraflar a dətən həmin çayxanada  toplaşıb  söhbət edirdilər. Rauf  da  hərdənbir   onlara qoşulurdu. Amma bu çox az hallarda olurdu. Bu gün necə oldusa  Rauf  onların  təklifini  qəbul etdi. Yaxınlaşıb  onlarla  çay  süfrəsi  arxasında  əyləşdi. Fotoqraflaradn  biri  iki  saat   əvvəl  parkda  keçirilən  tədbir   zamanı Seyfinin yıxılıb dünyasını dəyişdiyini bildirdi.  Rauf  əvvəlcə deyilənlərə  inanmadı.  Amma digər fotoqraf  da  deyilənin doğru olduğunu   söyləyəndə  inandı ki,  Seyfinin ölümü həqiqətdir.  Rauf  bir dəfə  söhbət  zamanı  Seyfiyə bildirmişdi ki,  icrada  pandemiyadan  sonra  tədbirlərin  sayı artıb. Tez-tezl tədbirlərdə iştirak etməsi, ürəyində problem olan Seyfi  üçün  ağır  nəticəyə səbəb  ola  bilər.  Amma Seyfi onun sözlərini  qulaqardına  vurdu. Ola bilsinki, Raufun sözlərinin səmimiliyinə   şübhə ilə yanaşdı. Bəlkə də güman etmişdi ki, Rauf  bəlkə  paxıllıqdan  belə  deyir.  Axı  Rauf özü də bir müddət fotoqraf kimi fəaliyyət  göstərmişdi.  Amma Raufun   sözləri  səmimi idi.

Hər adamın sözlərində paxıllıq  əlamətləri axtarmaq  və görmək heç də düzgün deyil. Bir çox hallarda  bizə deyilən  sözlər  həqiqət  olur. Heç də paxıllıq   səbəbindən   deyilmir .  Belə sözlərin səmimiliyinə   inanmaq   və  o  sözlərə  qulaq  asmaq  gərəkdir.  Əsassız   inamsızlığın nəticəsi isə çox vaxt  acınacaqlı  qurtarır.

 

 

25 avqust 2024-cü il.

Yazıya 52 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.