Müəllimlərin etik davranış qaydaları… – Brilyant Ramazanqızı yazır…

Bu günlərdə orta məktəb müəllimi Brilyant Ramazanqızı özünün sosial şəbəkə səhifəsində belə bir paylaşım edib: “Dəyərli müəllimlər, anlamadığım, həmişə müşahidə etdiyim bir reallıq var, bəlkə siz aydınlıq gətirəsiniz. Əksər məktəb rəhbərliyinin nümayəndələri özləri müəllim ola-ola müəllimlərə niyəsə yüksəkdən baxırlar (sanki, Prezident Aparatının xüsusi, toxunulmaz nümayəndələridirlər). Direktor hansı müəllimlə azacıq sözləşsə, müavinlər direktordan qabaq həmin müəllimlə “rəsmən” əlaqəni kəsirlər. Rəhbərlikdən biri hər hansı müəllimlə şəxsi qərəzi varsa, bütün rəhbərlik o müəllimdən demək olar ki, üz döndərir. Müəllimlərə zəng edəndə öz sözlərini deyib, lovğalıqla müəllimi dinləmədən dəstəyi asırlar. İnanın ki, bu kobudluğu özlərindən böyük müəllimlərə də edirlər(hələ bəzən salam verib, salam almadıqlarını demirəm) və s. Müəllimlər biri-birinə bu kobudluqlardan şikayət edir, amma üzdə hər kəs razıdır…
Siz deyin, müəllimlərin etik davranış qaydaları bunlara da aid deyilmi?”

Əziz oxucular, müəllimin bu fikirləri ilə siz də razısınızmı?

Yazıya 37 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.