Abbas Səhhət – Məktəb şagirdi

abbas sehhet

İştə bir tərbiyəli, aqil bir uşaq,
İştə bir zirək, ayıq, kamil uşaq,
Geyinib məktəbli formasını,
Götürüb qoltuğuna çantasını,
Məktəbə şövqi-tama ilə gedir,
Keçməsin vaxtı deyə sürət edir.

Gecə-gündüz çalışır mərdanə,
İstəyir sibqət edə ərqanə.
Könlünün arizuyla-yektası:
Vətənü millətinin ehyası.

A çocuq, get sənə haq yar olsun.
Cümlə halında mədədkar olsun.
Elm təhsili əziyyətli isə,
Qışda yol getməyi zəhmətli isə,
Qorxma qeyrətlə çalış, əlbəttə,
Biləcəksən, oxusan tez vəqtə –
Ki, cahan içrə böyük insanlar,
Nə qədər zəhmətə düşmüş onlar.

Sinfi-ədadini təkmil eylə,
Məktəbi-alidə təhsil eylə.

Səy elə, sən də böyük insan ol,
Doğruluqla bu ada şayan ol!
Qoy cahan elm ilə pürnur olsun,
Vətən o sayədə məmur olsun.

Yazıya 1066 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.