Xalq artisti Hacımurad Yegizarovun 75 illik yubileyi qeyd olunacaq

yeguzarovPayızda Azərbaycan xalq artisti Hacımurad Yegizarovun 75 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə yubiley mərasimi Dövlət Rus Dram Teatrında, oktyabr ayında baş tutacaq.

Hazırda Almaniyada olan Hacımurad Yegizarov alman və italyan kinematoqrafçılarının birgə lentə aldıqları bədii filmdə əsas rollardan birini oynayacaq. Xalq artisti yubiley tədbiri ərəfəsində Bakıya gələcək.

H. Yegizarovun yubileyi münasibətilə həmçinin “Yaddaşımın dalğaları ilə” adlı kitab da nəşr olunur. Kitabın təqdimat mərasiminin də oktyabrda keçiriləcəyi planlaşdırılır.

Adalet.az

Yazıya 755 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.