Üç şairin bir böyük eşqi – Tomris Uyar

10689777_542593482551064_5496881346499565216_n

 

Asan bir şey deyil üç böyük usta şairin eşqini qazanmaq, onların yaxasında medal kimi daşınmaq. Tomris Uyarın ürəyi elə böyük idi ki, hər kəslə bir az paylaşmaq istədi. O, 62 yaşında həyatdan köçdü; amma arxasında elə bir şeir çələngi buraxdı ki, qısqanmağa dəyər…

 

Həyatına girən iki şair, yəni sevdiyi adam Camal Sürəyya ilə həyat yoldaşı, göz bəbəyi, əri Turqut Uyar və “onu həmişə uzaqdan və platonik bir ehtirasla sevən” Edip Cansevər xatırlananda, onun da adı yada düşür.

 

“SON” TARİXİ GÖRÜŞMƏ

 

Ankarada, 20 Yanvar 1983-cü ildə yaşandı. “Varlıq” jurnalı üçün təşkil edilən şeir günü öncəsində bir araya gəlmişdilər. Mövzu, “Şeir tənqidləri, şeir yazıları” idi… Əslində, bu dördünün son dəfə bir araya gəlişi idi. Üçü şair olunca, təbii olaraq iclası idarə etmə işi Tomris Uyara həvalə olundu… Tomris Uyar bu qiymətli şairlərlə əvvəl yoldaş qalmağa çalışdı. Ən “həyəcanlı” eşqi olan Camal Sürəyya ilə şair, “üstü qalsın” deyib aramızdan ayrılana qədər də dostluğunu davam etdirdi. Tomris Uyarı ədəbiyyat dünyası gənc bir qadınkən tanıdı. Jurnalist-şair Ülkü Tamerin yoldaşı sınaq və hekayə yazıçısı Tomris Tamer olaraq… Tamer ilə evliykən Camal Sürəyyaya aşiq oldu… İkisi də evli idilər, ikisi də bir-biri üçün yoldaşlarından boşandılar və bu gün belə, “Türk ədəbiyyatının ən məhsuldar eşqi” tərifini haqq edən üç ili birlikdə keçirdilər. Eşqləri çox məhsuldar idi, çünki Camal Sürəyya eşq dolu ən gözəl şeirlərini onun üçün yazdı. Camal Sürəyya ilə olan əlaqəsi həm maraqlı, həm dillərə dastan idi. Yaxınları ikisi də bu dünyadan ayrıldıqdan sonra bu hekayəni izah etdilər: “Hər axşam Camal Sürəyya işdən çıxıb birbaşa sürətlə evə gəlirdi. Bir gün Tomris Uyar “Bir az gəz-dolan, yoldaşlarınla-filan görüş” dedi. Sabahısı gün gec gəldi Camal Sürəyya, daha sabahısı gün də, həmişə gec gəldi. Bu axşamlardan birində, örtük silkələmək üçün pəncərəni açan Tomris mənzilin girişində oturan Camalı gördü və gerçək ortaya çıxdı. Hər axşam işdən çıxıb evə gəlir, amma aşağıda oturub “gecikirmiş” Camal Sürəyya…

 

Üç ilin sonunda Camal Sürəyya ilə Tomrisin eşqi tükəndi və yerində gözəl bir dostluq qaldı… 2005-ci ildə nümayiş olunan Ərxan Altanın “Turqut Uyar haqqında Tomris Uyarla söhbət: Mən qaçaram aşağılara, qaçaram” adlı kitabı əlaqələrini çox gözəl izah edir. Necə tanış olduqlarını da…

 

“BIR XARAB SAATDIR ÜRƏYIM…”

 

Tomris Uyarın Turqut Uyar ilə evlənməsinə gətirib çıxaracaq qədər yaxınlaşmasının səbəbi də şübhəsiz şeir idi: “1966-cı ildə mən onsuz da Camal Sürəyyadan ayrılmaq üzrəydim. O da yoldaşından ayrılmışdı. Uşaqlarıyla İstanbula gəlmişdi. Burada tanış olduq. Hər halda bu, əsil tanışlıq idi, çünki o zaman bir də yaxın oturub danışmaq fürsəti tapdıq və məktublaşmağa başladıq. Bu məktublar əvvəl yalnız şeir şəklində məktublar idi. Hələ məndə qalır. Ümumiyyətlə, onun şeirlə bağlı düşüncələri, mənim onun şeirləri haqda düşüncələrim… Və anladığım qədəriylə çox sıxıntılı bir dövr keçirirdi. Yəni evlilik həyatında bir müddətdir yaşadığı narahatlıq və uyğunlaşmazlıq şeirinə də təsir etmişdi, yeddi ildir şeir yazmırdı. İlham pərisi kimi ifadə etmək istəmirəm, amma hər halda çox danışdığım, çox israr etdiyim, yazmasını çox xahiş etdiyim üçün deyim, yavaş-yavaş şeir yazma istəyi yenidən doğuldu”.
Həyatında ən uzun nəfəsli sevdası Turqut Uyar olur. Turqut Uyar üçün “Bir ara mən onun dünyaya açılan pəncərəsi olmaqdan da kənar bir şeydim, bir parçası kimiydim. Və özümü bir parçası kimi hiss etdiyim üçün də təbii ki, sıxılırdım…” demişdi. Uyarın onun üçün yazdıqları maraqlıdır. Ən məşhuru da, o zamanlar makinayla çoxaldılıb əldən-ələ gəzən bir şeirdir. “Bir xarab saatdır ürəyim, həmişə səndə durar”.

 

“BİR ADIN VARDI SƏNİN”

 

Ankara və İstanbuldakı ədəbiyyat çevrəsinin yaxşı bildiyi bir başqa gerçək də böyük şair Edip Cansevərin ona duyduğu gizli heyranlıqdır. Və Turqut Uyar onu əlindən qaçıracaqmış kimi sevməkdə əslində haqlıdır… Elə daha neçə gizli pərəstişkarı vardı, kim bilir? Edip Cansevər, hər il martın 15-də (onun ad günündə) açıqladığı yeni bir şeirlə səslənər Tomris Uyara… Şair ona “Bir adın vardı sənin, Tomris Uyardı” deyə səslənmişdi. O, məşhur yaş dəyişdirmə mərasiminə yetişən elə bir şeirdə israrla “Adını yenilə bu il, amma bax Tomris Uyar olsun yenə” deyir…

 

Ölümündən qısa bir müddət əvvəl Edip Cansevərin ona daha çox təsir etdiyini söyləyəcək, amma tənqidçi rəftarından imtina etməyərək: “Daha çox izah edən, daha bəzəkli və obrazlı. Təkrarı sevən bir şair…” O zamanlar Boğazda dənizlə öpüşən meyxanalarda, Tomris Uyarla Edip Cansevəri baş-başa rakı içərkən görən çox oldu. Onları elə görüb əllərini sıxma şansına çatmış, ədəbiyyata və şeirə maraqlı bir jurnalist, Tomris Uyarın bir an əvvəl sevdiklərinin yanına getmək üçün bu qədər çox içdiyini düşündü. Cansevərin bir salfetə yazdığı sətir isə dildən dilə gəzdi: “Tomris rakını çox sevərdi, mənsə onu…”

 

/axar.az/

 

Yazıya 788 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.