Günel Treu – Bilməzsən

8584_555758347803712_1865408792_n

Biri ürəyinə gələr gizlicə
gələr taxt-tacını qurar, bilməzsən.
sevgisi kafirin zəhərli oxu
səni min yerindən vurar, bilməzsən.

yad gələr könlünə doğmanın səsi,
sopsoyuq dad verər özgə kəlməsi.
qorxarsan,
gizlicə sevdiyin kəsi
kimsə gözlərində görər, bilməzsən.

sən onun sevdiyi ən dadlı yemi,
o sənin könlünün qəddar hakimi.
sevgisi ən ağır xəstəlik kimi
bütün varlığını sarar, bilməzsən.

adını könlünə izinsiz yazar
nə sənə söz deyər, nə qulaq asar!
ürəyindən sevgi adlı daş asar
səni zərrə-zərrə yorar, bilməzsən.

ayılıb özünü düzdə görərsən
ortada bir sevgin qalıb,
bir də sən!
ürəyin görsə ki çökən yerdəsən,
səndən məzar yeri sorar, bilməzsən.

Yazıya 747 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.