Tofiq Namazov — İşığın mübarək, Zirəddin Qafarlı!

11

Yanvarın on doqquzu sevimli şairimiz, millətimin istedadlı balası Zirəddin Qafarlının doğum günüdür. Şairin 60 yaşı tamam olur. Şair üçün 60 yaş az yaş deyil.  Bunu Mikayıl Müşvüq, Yesenin, Puşkin, Səməd Vurğun, Əli Kərim, Eldar Baxış, Ağamalı Sadiq, Akif Səməd kimi şairlər öz ömürlərində sübuta yetirdilər. Şair üçün 60 yaş az deyil .Şair üçün 60 yaş,60 illik ağrı-acıdır,əzabdır. Əzabın mübarək  Zirəddin  Əfəndi. Zirəddinin  şairliyi  Tanrı  yüküdür. O,yükü  anladığı  üçün, o  yükün  ağırlığını  çəkə  bildiyi  üçün  şairdir  Zirəddin  Qafarlı.

Aşıq  İlham  Aslanbəylinin  ifasında  sevə-sevə  dinlədiyimiz ,,Coban  Əmi,, şeri  nişan  verib  mənə şair Zirəddini. O, şer mənim illərdən bəri hoylu qalan ,,Ağbaba,, ağrımın laylasıdır. Bu laylanın bir müəllifi aşıq İlhamdırsa, bir müəllifi dəZirəddin Qafarlıdır. O, elin-elatın bağrından qopan Zirəddin Qafarlı.Köçünü vaxtsız sürüb getmiş coban Əhmədin oğlu Zirədddin Qafarlı.Bizim o, yerlərin dağına qalxıb, dərəsinə enən, düzünə çıxan Zirəddin Qafarlı.

Zirəddinnin heç bir fəxri adı olmasa da,xalqının, millətinin yanında fəxrlə çəkiləcək adı var. Adının işığı var. Bu gün millətimizin hər şeydən öncə işığa ehtiyacı var. ,,Çöldə quruyan ağac da susuzluqdan daha çox işıqsızlıqdan quruyur (E.Aslanbəyli) . İşığın mübarək şair.

Yazıya 887 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.