AYSEL NƏSİRZADƏ – SEHİRLİ AÇAR

 

download

 

SÜKÜTDAN ASILMIŞ RUH 

Sükutdan asılmış ruh,
Ruhsuz qalmış bədən.

Mənasız həyat,
Mənasızlıqdan doğan sən.

Biz əksliklərin vəhdəti,
Vəhdətinsə əksiyiyik.

Nə qədər istəsək də,
Taleyin qadağa etdiyi
Qovuşa bilməz cütlüyük.



SEHİRLİ AÇAR

Kimsəsiz bir adada
Dənizin limanında, 
Kasıbın olanından,
Gücümün çatanından,
Sahilin qumlarından,
Balıqqulaqlarından
Bir ev tikdim mən bizə-
İsti yuva olsun
Dedim qoy eşqimizə.
Ağzına kilid vurdum
Kimsə görməsin deyə. 
O ev məndən hədiyyə
Olacaqdı ki,sənə…
Saatın zəngi çaldı,
Tez yuxudan oyandım…
Təssüf ala bilmədim,
Açar yuxumda qaldı.
Zəngli saatın səsi
Səni məndən ayırdı.

Yazıya 935 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.