21 fevral 2015-ci il tarixdə, saat 17 : 00-da, Bakı şəhəri Xalqlar dostluğu metrosunun yanında yerləşən 129 saylı orta məktəbin akt zalında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun Direktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi İbrahim İlyaslı ilə görüş keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fotoqrafları ,DGTYB üzvləri, gənc yazarlar Nofəl Ümid və Sərvər Kamranlı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, şair İbrahim İlyaslının həyat və yaradıcılığı haqqında ürəkdolusu danışıb, şairin Azərbaycan ədəbiyyatında mövqeyindən bəhs edərək son zamanlar əldə etdiyi nailiyyətlərdən söhbət açıb.Tədbirin gedişatında İbrahim İlyaslının müxtəlif illərdə qələmə aldığı şeirləri poeziya sevərlər tərəfindən səsləndirilib. Düzənlənən tədbirin keçirilməsinin əsas səbəbkarı sevimli şair İbrahim İlyaslı öz növbəsində yaradılan şəraitə görə DGTYB Yönətim Kurulunun Rəhbərliyinə, ” Axın” İctimai Birliyinin sədrinə, Bakı şəhəri 129 saylı orta məktəbin direktoruna və əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu xüsusilə qeyd edib.DGTYB Yönətim Kurulunun üzvü, gənc yazar Emil Rasimoğlu tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, şair İbrahim İlyaslıya yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Kənan AYDINOĞLU
Yazıya 568 dəfə baxılıb