Nəsimi Abbasov: “Mən hətta Azərbaycan iqtidarına ,,afərin” demek istərdim ki, manatın məzənnəsini on ilə yaxındır ki, stabil saxlaya bilib!”
Son günlərin hadisələri – manatın dollar və avro nisbətində birdən-birə ucuzlaşması, ərzaq dükanlarının qapadılması, qiymətlərin kəskin şəkildə qalxması və s. ilə bağlı Rusiyada yaşayan ziyalılarımızın nə düşündükləri ilə maraqlandıq. Bu suallarla Rusiyanın Sn_Peterburq şəhərində yaşayan Nəsimi Abbasovla söhbət apardıq.
– Salam! Özünüzü təqdim edin.
– Abbasov Nəsimi Qərib oğlu. Azərbaycan Tibb Universtetini bitirmişəm. Hal-hazırda Rusiyanın Sn_Peterburq şəhərində həkim vəzifəsində çalışıram.
– Uzun illərdir ki, Rusiyada yaşayırsınız və ölkələrarası siyasi, iqtisadi əlaqələrdən məlumatlısınız. Bu gün Azərbaycanda manatın nənəzzülü sadə xalq üçün nə deməkdir?
– Azərbaycanda manatın tənəzzülü gözlənilən bir hal idi. Mən hətta Azərbaycan Iqtidarına ,,afərin” demek istərdim ki, manatın məzənnəsini on ilə yaxındır ki, stabil saxlaya bilib! Məlumdur ki, bu günki iqtisadi böhran Azərbaycana şimaldan – Rusiyadan getdi. Və o da məlumdur ki, Azərbaycanın bir çox bölgələri məhz Rusiya ilə dolanır. Minlərlə Azərbaycan vətəndaşının ailəsinə çörək Rusiyadan gedir, Rusiya ilə Azərbaycan arasında iqtisadi müqavilələr hökm sürməkdədir. Belə olduqda, burada baş verənlər oradan yan keçə bilməzdi.
– Bəs Rusiyadakı böhran nəticəsində kim qazandı, kim uduzdu?
– Bir neçə ay əvvəl başlayan böhran Rusiyada hələ də davam edir. Və gözlənilən iki ildə də belə olacaq. Buna hamımız çox təəssüf edirik. Hələ ki, qazanan vəziyyəti qarışdıranlar, uduzan isə sadə əhalidir.
– Bizdə əhali etiraz olaraq aksiyalar təşkil edir. Yəqin ki, Rusiyada da belə aksiyalar hazırlanırdı. Bu aksiyaların nəyi isə dəyişəcəyinə ümid edirsinizmi?
– Menim zənnimcə, xalqin aksiyalar təşkil etməsinin manatın məzənnəsinə heç bir dəxli olmayacaq. Əksinə, ziyan edəcək! İqtisadiyyat duracaq və ləngiyəcək. Bu iqtisadi böhran o dərəcədə güclü olacaq ki, bəlkə də bizə doxsanıncı illəri xatırladacaq. Artıq burada – Rusiyada o illərin müsibəti yaşanır. Nəticədə, yenə də zərbə kasıb kütləyə dəyir. Rüşvət Rusiyada iki dəfə artıb. Dövlət məmurları kiçik biznes adamlarının canına daraşıb! Hər gün cürbəcür yoxlamalar bəhanəsiylə sahibkarları soyurlar. Bütün bunlar Azərbaycanda da gözlənilir.
– Sadə əhali də bilir ki, dünya ölkələrinin Azərbaycana sərmayə qoyması üçün əvvəl onların pulunun məzənnəsi bizim məzənnəyə uyğun gəlməlidir. Lakin, əmək haqqlarını yüksəltmədən hökümətin belə bir addımı gözlənilməz oldu…
– Bir daha vurğulayıram: etiraz aksiyaları vəziyyəti daha da gərginləşdirə bilər. Aksiyanı yalnız və yalnız əmək haqlarının artırılması yönündə təşkil etsələr, bu, daha məqsədəuyğundur. Azərbaycanın büdcəsi sosial gəlirlərin artırılmasına qadirdir! Əks halda, Ölkəni çox ağır günlər gözləyir!
– Böhrandan çıxa biləcəyikmi?
– Guman edirem ki, çıxarıq! İnşaallah!
“kultur.az”
Yazıya 662 dəfə baxılıb