Səxavət- Xəyalım cırpınır dalğalarında

10306227_1402015700107399_6336093144888813290_n

***

Ötə bu günlərdən on il, on beş il,

Həyat axarında ,yerbəyerində.

Haçansa yığışaq söz işiğina

Görüşək Bakida günün birində.

 

Ürəkdən dərdləşək, danışaq, gülək,

Bir az da kövrələk, alışaq, sönək.

Geriyə qaytarıb ömürün çarxını,

Səni incitdiyim günlərə dönək.

 

Deyəm ki, düşünmə unutdum səni,

Hər zaman qəlbimdə səni anmışam.

Məhəbbət gəncliyi dəliləşdirir

Bir az yaşa dolub ağllanmışam.

 

Deyəm ki, gec oldu gəl sağollaşaq

Dil aça üzündə, gözündə kədər.

Deyəsən ,gedəndə zəng elə mənə

Səni otürəcəm vağzala qədər.

 

Nisgil ayrlıqın məkanı vağzal

Sənə zəng eləyəm səhər on birdə.

Deyəm ki, telefonda gəl sağollaşaq

Sən niyə əziyət çəkirsən bir də.

 

Yox deyib, gələsən bir az ötməmiş,

Dost kimi boynuma dolana qollar.

Kədərdən titirəyən həzin səsinlə

Mənə söyləyəsən uğurlu yollar.

 

Baxışlar insanın qəlbin boşaldır,

Ürəklər ovunur söz ilə ,Gülüm

Minəm bir maşına, sənə əl edəm

Önündə Kəlbəcər yazıla Gulum.

 

 

***

Sənə dostmu deyim,düşmənmi deyim?

Varlığın durubdu qəstimə mənim.

Yanıb zərrə-zərrə oda dönmüşəm

qəm qüssə isinir istimə mənim.

 

Sənə dostmu deyim, düşmənmi deyim?

sən mənim ən gözəl dostum, əzizim.

Xəyalım cırpınır dalğalarında

sən mənim ən böyük hicran dənizim.

 

Sənə dosmu deyim,düşmənmi deyim?

gəzdim yağışında , dolunda sənin.

deyirəm indidən düşmən olaq ki,

bir gün öləcəyəm qolunda sənin.

Yazıya 732 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.