Federiko Qarsia Lorka–Nə acıymış suları dənizlərin…

825558789  Axşam
Layla deyir
Portağallara.

-dünya bir portağaldı
Bacım mahnı oxuyur…

Ay ağlamsınır
-portağal olmaq istəyirəm…

Olmaz,qızım,pəmbələşsən də
Olmaz.
Kiçik bir limona dönsən də.
…heyif…

***

Gecə düşmür
Nə sən gələ bilirsən
Nə də mən gedə.

Amma gedəcəm
Günəş
Əqrəb kimi
daraşsa da canıma.
Gələcəksən sən də
Dilini yandırsa da duzlu yağışlar.

Açılmır səhər
Nə sən gələ bilirsən
Nə mən gedə…

Gedəcəm, amma
Qurbağalara atacam çeynədiyim saqqızı.
Sən də
Düşüb gələcəksən
Çamurlu ləpirlərinə qaranlığın…

Gəlmir
Nə səhər
Nə gecə.
Bir-birimizçün
ölə bilərik məncə…

***

Dəniz gülümsəyir uzaqdan
Köpüklər dişləri
Dodaqları göy üzü…

Nədir gizlətdiyin,dəli qız
Külək oynadan məmələrində?

“suyudur dənizlərin,
Suyudur”…

Nədir daşıdığın,gənc adam
Qanına qarışdırıb?

“suyudur dənizlərin,
Suyudur”…

Nədir bu duzlu göz yaşların,ana?
“suyudur dənizlərin,
Suyudur”…

Nə acıymış,
nə acı Suları dənizlərin.

Dəniz
Gülümsəyir uzaqdan
Dişləri – köpüklər
Dodaqları- göy üzü.

İngiliscədən Tərcümə : FƏRİDƏ

Yazıya 995 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.