AYSEL NƏSİRZADƏ – TANRI MƏNİ YADINA SAL

poeziyaGöy üzündən pərdə-pərdə
Asılmış boz buludları,
Tanrı öz əllərilə
Çəkmiş Günün üzünə,
Bəxtim kölgəyə düşmüş,
Rast gəlmirəm izinə.
Tanrı məni yadına sal,
Bir sevginin oduna sal,
Qış evindən boylanıram, çıxım yazına düşüm.
Mənəm-sən yaratdığın,
mən də yadına düşüm.
Yolumu aç..
Bəxtim oldu qara sal daş,
Bəxtsizlərə oldum yoldaş,
İşə yatmır əlim-qolum 
Qolumu aç..
Öz körpəmə qucaq olsun.
Günəşini sal üstümə,
Bəxtim rəngini dəyişsin
Bircə yolluq qoy ağ olsun.

Yazıya 521 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.